Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-929/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şəmkir Rayon * saylı Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Şəmkir Rayon * saylı Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 adına olan ünvan 2i ərazisində yerləşən JN-288 KOD 504*00*8 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 0.28 ha kənd təsərrüfatı təyinatlı və JN-288A KOD 504*00*8 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0.20 ha həyətyanı təyinatlı torpaq sahələrinin onun faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2nın adına Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində 0.28 ha kənd təsərrüfatı təyinatlı və 0.20 ha həyətyanı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahələrinə dair müvafiq olaraq JN—288 KOD 504*00*8 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı və JN-288A KOD 504*00*8 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X2 *8 noyabr 20*0-cu il tarixli 2V-3—377 reyestr nömrəli vəsiyyətnamə əsasında özünə məxsus olan bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. X9 *4 iyul 20*3-cü il tarixdə ölmüşdür. Xalası evlənməmiş, vəfat edənə kimi subay olmuşdur. Xalasının sağlığında və hazırda da mərhumun ona vəsiyyət etdiyi torpaq sahələrini faktiki olaraq o istifadə edir. Lakin xalasının ölümündən sonra dəfn və yas mərasiminə başı qarışdığından və qanunları bilmədiyimdən vəsiyyətnamənin açılması üçün notariat kontoruna vaxtında müraciət edə bilməmişdir. Hazırda vəsiyyətnamənin açılması üçün notariat kontoruna müraciət etsə də qanunla müəyyən olunmuş vaxt ərzində müraciət etmədiyi üçün notariat kontoru onun mərhum xalasından qalan mirasa vərəsə tanınmağından imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, mərhum X4 adına olan ünvan 2i ərazisində yerləşən JN-288 KOD 504*00*8 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 0.28 ha kənd təsərrüfatı təyinatlı və JN-288A KOD 504*00*8 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0.20 ha həyətyanı təyinatlı torpaq sahələrinə dair Ərizəçi mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Şəmkir Rayon * saylı Notariat Kontoru məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxmasını xahiş etdiyindən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadə verərək bildirdi ki, o ünvan 2ində ərizəçi ilə qonşuluqda yaşayır. Həcər Abbasova *0 ildir ki, vəfat edibdir. X9 ailə qurmamış və övladı olmamışdır. Həcər Abbasovaya ərizəçi baxmış, qulluğunda ərizəçi durmuşdur. Eyni zamanda dəfn xərclərini də Ərizəçi çəkmişdir. X* bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. X5 ölümündən sonra mirasa ərizəçi sahiblik etmiş və faktiki o idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X6 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AZ-İİ № 324023 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 *4 iyul 20*3-cü il tarixdə ölmüşdür. İş materiallarında olan *8.**.20*0-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ona məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının “Mahmudlu” kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X9 ölən günədək ünvan 2 ünvanında yaşamışdır. Mərhum vəfat etməmişdən əvvəl Ərizəçi vəsiyyətnamə vermiş, mərhum vəfat etdikdən sonra onun əmlakına Ərizəçi nəzarət etmiş, saxlama xərclərini çəkmiş və həyətdə tikinti işləri aparmışdır. İş materiallarında olan, JN-288A KOD 504*00*8 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 0,20 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan, JN-288 KOD 504*00*8 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, 0,28 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.*.*-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli qərarının *0-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2ində yerləşən 0.20 ha və 0.28 ha torpaq sahələri mülkiyyət hüququ ilə mərhum X8 məxsus olmuşdur. X9 ona məxsus bütün əmlakı Ərizəçi vəsiyyət etmişdir. O, *4.07.20*3-cü il tarixdə ölmüşdür. Ərizəçi vəsiyyətnamə üzrə vərəsəsi olmaqla, mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Ərizəçi ərizə ilə notariat orqanına müraciət etsə də notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X3 miras qalmış ünvan 2i ərazisində yerləşən JN-288 KOD 504*00*8 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 0.28 ha kənd təsərrüfatı təyinatlı və JN-288A KOD 504*00*8 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0.20 ha həyətyanı təyinatlı torpaq sahələrinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin *4.2, 2*7.4 və 2*8.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 227, 307-3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış ünvan 2i ərazisində yerləşən JN-288 KOD 504*00*8 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 0.28 ha kənd təsərrüfatı təyinatlı və JN-288A KOD 504*00*8 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0.20 ha həyətyanı təyinatlı torpaq sahələrinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-929/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-929/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver