Məhkəmə qərarları › İş №2(076)-938/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-938/2024

15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-938/2024 15.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Şəmkir rayonu Qaracaəmirli Bələdiyyəsinin Cavabdeh qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şəmkir rayonu Qaracaəmirli Bələdiyyəsi Cavabdeh qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə iclasında baxılması 15 mart 2024-cü il tarixə, saat 16:30-a təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Şəmkir rayonu Qaracaəmirli Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclası zamanı bildirmişdir ki, iddiaçı Şəmkir rayonu Qaracaəmirli Bələdiyyəsi tərəfindən cavabdehə qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Şəmkir rayonu Qaracaəmirli Bələdiyyəsi Cavabdeh qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar