Məhkəmə qərarları › İş №2(076)-944/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-944/2024

10.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-944/2024 10.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sari oğluna, X1, Cavabdeh5 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdeh vəsaiti hesabina sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sari oğluna, X1 və Cavabdeh5 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdeh vəsaiti hesabina sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsini cavabdehlərin zəbtindən azad edilməsi və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sari oğluna, X1, Cavabdeh5 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdeh vəsaiti hesabina sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar