Məhkəmə qərarları › İş №2(076)-951/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-951/2024

17.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-951/2024 17.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi Cavabdeh nümayəndəsi (vəkili) X12, Üçüncü şəxs qismində X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X13 üçüncü şəxs qismində cəlb edilməklə “azyaşlı uşaqları ilə evə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh adına qeyd edilmiş Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Qaçqınlar məhəlləsi, Gənclər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 2007-ci ildə faktiki evlənməklə 30 yanvar 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 17 mart 2008-ci ildə X8, 22 iyul 2015-ci ildə X10 və 30 avqust 2019-cu ildə X6 adlı 3 nəfər uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra qayınatası X14 evinə gəlin köçmüşdür. Orada 2011-ci ilin sonlarına kimi yaşamışıq. Yetkinlik yaşına çatmamış uşaqlarından Namiq qayınatası Qənbər Eyvazova məxsus evdə yaşadığı müddətdə doğulmuşdur. 2011 -ci ilin sonlarında isə Şəmkir rayonu Çinarlı qəsəbəsi Qaçqınlar məhəlləsi Gənclər küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən 2 otaq və bir aynabənddən ibarət fərdi yaşayış evini 14000 manata satın aldıq və ailəsilə birlikdə oraya köçüb yaşamışlar. Evdə yaşadıqları müddətdə əri Cavabdehla birlikdə qazandıqları vəsait hesabına hasar çəkdirmiş, darvaza qoydurmuş, sanitar qovşaq tikdirmiş, naves yığdırmış, tövlə tikdirmişdir. Əri Cavabdehla birlikdə həmin evdə ümumi təsərrüfat idarə etmişlər. 22 iyul 2015-ci il təvəllüdlü oğlu X10 və 30 avqust 2019-cu il təvəllüdlü oğlu X6 həmin evdə yaşadıqlrı müddətdə doğulmuşlar. Onlar ailə ilə birlikdə mübahisəli evdə yaşamışlar. Onlar evi aldıqdan sonra 05 noyabr 2012-ci ildə evin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən ev ölçülmüş, otaqların sayı qeyd edilməklə hesabat cədvəli tərtib edilmişdir. Onların da orada yaşadıqları hesabat cədvəlində qeyd edilmişdir. Hətta həmin fərdi yaşayış evində su, qaz və işıq sayğacları əri Cavabdeh adına qeyd edilmişdir. Belə ki, mübahisəli ev Şəmkir rayon Mənzil İstismar Kontorunun balansında olduğundan onlar evi alarkən onlara mülkiyyət sənədi verilməmişdir. Evi satan şəxsin adına sadəcə orderlə qeyd edilmişdir. Cavabdehla ilk vaxtlar ailə münasibətləri normal olsa da, son 4-5 il olar ki, ailə münasibətləri pozulmuşdur. Daim aralarında narazılıqlar baş verirdi. Ona görə də iddiaçı məcbur olub məhkəməyə nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etdi. Bundan sonra 2023-cü ilin oktyabr ayında Cavabdeh Şəmkir rayonu Çinarlı qəsəbə sahə müvəkkili Bəxtiyar adlı şəxslə birlikdə iddiaçını yetkinlik yaşına çatmamış uşaqlar ilə evdən çıxartdılar. İddiaçı dəfələrlə onlara yetkinlik yaşma çatmamış uşaqlarından Nurlanın ağır xəstə olduğunu onun çöldə qaldığını bildirsə də, birgə nikah dövründə aldıqları və inşa etdikləri evdən onu qovdular. İddiaçı hazırda yetkinlik yaşma çatmamış uşaqları ilə birlikdə qardaşının himayəsində yaşayır. Vəziyyəti çox ağırdır. Dəfələrlə evə köçüb yaşamaq istəsələr də, cavabdeh və onun ailəsi onlara mane olur. Onlar mübahisəli evi birgə nikah dövründə əldə etdiklərinə əhəmiyyət vermədən onu evdən qovublar. İddiaçı və yetkinlik yaşma çatmamış uşaqlarım da mübahisəli evdə qeydiyyatdadırlar. Əri Cavabdehla ayrıca təsərrüfatları var. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi ərizə təqdim etmiş və işin baxılmamış saxlanmasına etiraz edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o həmin evə 2006-cı ildə gəlin köşərək orada yaşamışdır. Uşaqlarının və onun o evdə haqqı vardır. İddianın təmin edimləsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X17 izahat verərək iddianı qəbul etmədi və bildirdi ki, hazırki mübahisə predmeti ev cavabdehin deyil, cavabdehin bacısı Yeganənindir və hazırda Yeganə 2 azyaşlı uşağı ilə orada yaşayır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X13 izahat verərək bildirdi ki, ev qardaşının deyil, onundur. Hazırda uşaqları ilə orada yaşayır. Gəlin onun ailə üzvü olmadığından və o evdə başqa adama yer olmadığından Valentinanın oraya köçürülməsinə razı deyildir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-3180/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 30 yanvar 2008-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş,nikah pozulduqdan sonra 17 mart 2008-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqlar iddiaçının-anaları İddiaçı himayəsində saxlanılmış,17 mart 2008-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq uşaq üçün 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. -Şəmkir rayon İcra başçısının xx.xx.2023-cü il tarixli sərəncamından çıxarışdan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında yerləşən iki otaqdan ibarət ümumi sahəsi 37.10 m2 olan mənzildən X5 istifadə hüququ tanınması və onunla sosial kirayə müqaviləsi bağlanması qərara alınmışdır. -Kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy Rayonları Bölməsi ilə kirayəçi X13 arasında xx.xx.2023-cü il tarixli 01 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. -Həmin müqavilənin 1-ci maddəsindən görünür ki, Bu Müqaviləyə görə Kirayəyə verən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında yerləşən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy Rayonları Bölməsinin mənzil fonduna aid, ümıımi sahəsi 37.10 kv. metrdən, ibarət 2 (iki) otaqlı yaşayış sahəsinin (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öz öhdəsinə götürür. -Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən kirayəçi öz ailə üzvlərini (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsaəsən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbləri rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci ildə rəsmi nikaha girmişlər, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7, X6 anadan olmuş, Şəmkir Rayon Məhkəmənin 2(076)-3180/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında nikah pozulmuş və birgə nikahlarından olan uşaqlar İddiaçı Nazirovanın himayəsində saxlanılmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh adına qeydə alınmış Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Qaçqınlar Məhəlləsi, Gənclər küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən ünvan cavabdehin adına qeydə alınmamış, Şəmkir rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 195 nömrəli sərəncamından çıxarışdan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında yerləşən iki otaqdan ibarət ümumi sahəsi 37.10 m2 olan mənzildən X5 istifadə hüququ tanınması və onunla sosial kirayə müqaviləsi bağlanması qərara alınmış, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy Rayonları Bölməsi ilə X13 arasında xx.xx.2023-cü il tarixli 01 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev Cavabdeh deyil, X1 müqaviləsi əsasında müvəqqəti istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mənzilə dair hər hansı hüquqlarının olması iş materiallarından müəyyən olunmur. İddiaçı mübahisəli evə köçürülməsi hüququnun olmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Odur ki, məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiasına qiymət verərkən, hesab edir ki, mənzil cavabdehin mülkiyyətində olmadığından, həmçinin iddia düzgün cavabdehə qarşı qaldırılmadığından və uşaqlarının yaşayış yeri iddiaçının yaşayış yeri olduğundan iddia təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin müddəalarına əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Lakin hazırkı mülki işdə iddiaçı X5 ailə üzvu hesab edilmədiyindən iddia həm buna görə də təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X13 üçüncü şəxs qismində cəlb edilməklə “azyaşlı uşaqları ilə evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar