Məhkəmə qərarları › İş №2(077)-122/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-122/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-122/2024 04.04.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X15 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə Sənubər adlı qızlarının doğulması faktının müəyyən edilməsi, uşağa doğum akt qeydi yazılarkən soyadının Nəzərova, adı Sənubər, ata adı Qurban, doğum tarixi xx.xx.2017-ci il, doğum yeri İsmayıllı rayonu Kürdmaşı kəndi, atası xx.xx.1973-cü ildə İsmayıllı rayon Kürdmaşı kəndində doğulmuş və İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olan X6, anası xx.xx.1986-cı ildə Şuşa şəhərində doğulmuş, Şuşa şəhəri, V.Səfərov küçəsi, ev 12-də qeydiyyatda olan Ərizəçi1, milliyyəti azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 İsmayıllı rayon Kürdmaşı kənd sakini Ərizəçi2 ilə 2004-cü ildə faktiki nikahla ailə qurmuş, həmin nikahdan xx.xx.2009-cu il tarixdə X10 və xx.xx.2017-ci il tarixdə X11 adlı iki uşaqları doğulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X2 doğumu qeydə alınaraq və atalıq müəyyən edilərək doğum haqqında şəhadətnamə alınmışdır. Lakin maddi imkansızlıqdan 2-ci övladları ev şəraitində doğulmaqla doğum haqqında tibbi şəhadətnamə ala bilmədiklərindən onun doğumunu qeydə aldırmaq mümkün olmamışdır. Buna baxmayaraq uşaq yaşadıqları ərazi üzrə kənd icra nümayəndəliyində qeydiyyata alınmışdır. Uşağın doğumunun qeydə alınmaması onun hüquqlarının həyata keşirilməsində çətinliklər yaratmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Ərizəçi2 onun qardaşı, digər Ərizəçi1 isə qardaşının arvadı olduğunu, Nəzərova Sənubərin xx.xx.2017-ci ildə ev şəraitində doğulduğunu, özünün, anasının və digər bacısının da doğumda iştirak etdiklərini bildirərək, ərizəçilərin ərizədə göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində Ərizəçi1 qaynı qızı olduğunu, Nəzərova Sənubərin xx.xx.2017-ci ildə ev şəraitində doğulduğunu, özünün də doğumda iştirak etdiyini bildirərək, ərizəçilərin ərizədə göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki,ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan İsmayıllı rayonu Kürdmaşı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 22 saylı arayışdan görünür ki, Nəzərov X4 rayonunun Kürdmaşı kəndində aşağıdakı ailə tərkibi ilə yaşayır: 1 .özü Ərizəçi2;

2. arvadı Ərizəçi1;

3. qızı X10. Qeyd: Ərizəçi1 İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatsız yaşayır. “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli, 18-1-47/2-A-26-xxxx/2024 saylı məktubundan görünür ki, Ərizəçi1 övladı xx.xx.2017-ci il təvəllüdlü X1 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində Mama-ginekologiya və doğum şöbəsində doğulmamışdır. “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli, 18-1-47/3-26/24 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixndə İsmayıllı RMX-nın Poliklinika Şöbəsində tibbi müayinələrdən keçmişdir və somatik sağlamdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 729204 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. Atası qrafasında Ərizəçi2, anası qrafasında Ərizəçi1 qeyd olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubundan görünür ki, Ərizəçi1 xx.xx.2017-ci il tarixdə İsmayılli rayon Kürdmaşı kəndində anadan olmuş qızının doğum haqqında şəhadətnamə ıstənilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qızının doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında akt qeydə alınması üçün doğum haqqında tibbi şəhadətnamə (103 saylı forma), valideynlərin şəxsiyyətini təsdiq edən vəsiqə, doğum və nikah haqqında şəhadətnamələr İsmayıllı rayon Qeydiyyat şöbəsinə təqdim olunmalıdır. Doğum haqqında tibbi şəhadətnamə olmadığı halda isə doğum haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəninə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3075.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki nikahlarından İsmayıllı rayonu Kürdmaşı kəndində, ev şəraitində xx.xx.2017ci il tarixdə X11 adlı uşaqları doğulmuşdur. Doğum haqqında tibbi şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Odur ki, doğum haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ərizəçilərin qızı X3 xx.xx.2017-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində doğulması, atasının Ərizəçi2, anasının Ərizəçi1 olması ərizəçilərin özlərinin izahatları ilə bərabər, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunur. Ona görə də,məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 ilə Ərizəçi2 faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə Sənubər adlı qızlarının doğulması faktı müəyyən edilsin. Uşağın soyadı qrafasında “Nəzərova”, adı qrafasında “Sənubər”, ata adı qrafasında “Qurban”, doğum tarixi qrafasında “xx.xx.2017-ci il”, doğum yeri qrafasında “İsmayıllı rayonu Kürdmaşı kəndi”, atası qrafasında “Ərizəçi2”, anası qrafasında “Ərizəçi1”, milliyyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar