Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-137/2021 15.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X13 iclas katibliyi, Ərizəçi Ərizəçi və onun nümayəndəsi-vəkili X6 iştirakı ilə, Ərizəçi Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə işə,Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi «qohumluq əlaqələrinin olması və mirasın qəbul edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək 15.11.1912-ci il təvəllüdlü X17 1873-cü il təvəllüdlü Rəştiyev Məcid Zülfüqar oğlunun oğlu olması,31.05.1955-ci il təvəllüdlü Ərizəçi 15.11.1912-ci il təvəllüdlü X17 oğlu olması, Rəşidov Nadir Məmməd oğlunun 15.11.1912-ci il təvəllüdlü X17 oğlu olması, 15.11.1912-ci il təvəllüdlü X17 1873-cü il təvəllüdlü X18 oğlu olması, X14 məxsus olan Şuşa şəhəri,K.Əsgərov küçəsində yerləşən 2 saylı evin X8 tərəfindən miras əmlakının faktiki qəbul edilməsi,X8na məxsus Şuşa şəhəri,Təbriz küçəsində yerləşən torpaq sahəsinin miras əmlakı olaraq faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək X7 ata adında yanlışlığın aradan qaldırılmaqla yəni X30 olaraq qəbul edilməsini, 15.11.1912-ci il təvəllüdlü X17 1873-cü il təvəllüdlü X18 oğlu olması və 31.05.1955-ci il təvəllüdlü Ərizəçi 1873-cü il təvəllüdlü X18 nəvəsi olması faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 31.05.1955-ci il təvəllülü Rəşidov X27 rayonunun Kosalar kəndində doğulmuşdur.Ailədə yeddi uşaq olmuşlar.O,Kosalar kəndində anadan olsa da,ata babası Şuşa şəhərində yaşamışdır.X46 Şuşa şəhərində iki mərtəbəli fərdi ev inşa etdirmişdir.X8 ailəsi ilə bərabər ünvan 1,sonra K.Əsgərov küçəsi ev 2 ünvanı olaraq qeyd edilmiş həmin ünvanda yerləşən babasına məxsus evdə Şuşa şəhəri işğal olunanadək yaşamışlar.X8 (16.05.1992-ci il tarixdə vəfat etmiş),anası Rəşidova Züleyxa Kərəm qızı (06.08.1995-ci ilə tarixdə vəfat etmiş) ünvan 3 ünvanında qeydiyyatda olmuşlar.X52 ünvan 3 ünvanındakı evin mülkiyyət sənədlərini qaydaya salmaq məqsədilə 05.11.1991-ci ildə Azərbaycan SSR mənzil Kommunal Təsərüfat Birliyi Təsərrüfat hesablı Mərkəzi Texniki İnventarlaşdırma Burosu Şuşa rayonu texniki İnventarlaşdırma Burosuna müraciət etmişdir.Həmin idarənin X52ə ünvanladığı 06 noyabr 1991-ci il tarixli məktubunda keçmiş Şaumyan sonrakı K.Əsgərov küçəsində 2 saylı binanın 1935-ci il tarixli arxiv sənədlərinə əsasən atası X47 məxsus olması qeyd edilmişdir.Daha sonra, X52 4 saylı hüquq məsləhətxanasına müraciət etmiş və yenə də yuxarıda qeyd edilən idarəyə mənzillə bağlı sorğu göndərilmişdir.26.11.1991-ci il tarixli 2041 saylı cavab məktubunda həmin mənzilin 1935-ci il arxiv sənədlərində Şuşa Kommunal Təsərrüfatı Şöbəsinin torpaq sahəsinin siyahısında babası Məcidə məxsus evin olması,evin iki mərtəbədən, doqquz yaşayış otağından ibarət olmaqla 223,8kv.m olduğu və ümumi xidmətə yararlı sahəsinin 277.7 kv.m olduğu qeyd edilmişdir.Eyni zamanda, həmin evin dövlətə keçməsi barədə inventarbüro sənədlərində heç bir hüquqi sənədin mövcud olmadığı və hal hazırda həmin binada şəhər XDC İcrayyə Komitəsinin yerləşdiyi qeyd edilmişdir.Şuşa şəhəri işğal olunanadək babasından atasına qalan və son günədək yaşadığı mənzili miras olaraq qəbul edə bilməmişdir. Hazırda Bakı şəhəri və digər yerlərdə yurisdiksiya baxımından Şuşa notariat kontoru fəaliyyət göstərmir və bu səbəbdəndə mirasın qəbul edilməsi ilə bağlı müraciət edə bilmirlər.Mübahisəli mənzili faktiki olaraq ilk öncə atası, daha sonra o,qəbul etmişdir.Bu səbəbdəndə X50 oğlunun X18 oğlu olması,X8na məxsus Şuşa şəhəri Təbriz küçəsində yerləşən torpaq səhəsinin və Şuşa şəhəri K.Əsgərov küçəsində yerləşən 2 saylı evin miras olaraq qəbul edilməsini məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi , onun nümayəndəsi və vəkili Şəfiyeva Gülsabah Nəsib qızının vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmişlər və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,onlar,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid X38 bildirdi ki, ərizəçi Ərizəçi onun əmisidr.Onun X5,babasının atasının adı isə X24r.Onlar İrandan gəlmə olduqlarına görə soyadları Rəştiyev olmuş, sonradan Xankəndində ermənilər sənədlərində Rəşidov qeyd etmişlər. X5 ailəsi ilə birlikdə ünvan 1,sonra K.Əsgərov küçəsi ev 2 ünvanında yaşaymışlar. Məhkəmə iclasında şahid X31 bildirdi ki, ərizəçi Ərizəçi onun dayısıdır.Onun X5,babasının atasının adı isə X24r.Onlar İrandan gəlmə olduqlarına görə soyadları Rəştiyev olmuşdur.Ərizəçinin babası X30 və X8 Şuşa şəhərində yaşamışlar.Sonradan sənədləşdirmədə ermənilər soyadlarını Rəştiyev deyil ,Rəşidov göstərmişlər. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslıdır, qismən təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 16.05.1992 –cı il tarixli, Vİİ-JQ 376037 nömrəli ölüm haqqında şəhadətnəmənin surətindən görünür ki, X29 16.05.1992-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür. - Bakı şəhəri,Əzizbəyov rayonu Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 08.08.1995-ci il tarixli İV-JQ 420722 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X25 08.08.1995-ci il tarixdə kəskin ürək damar çatmamazlığından Bakı şəhəri Əzizbəyov rayonunda ölmüşdür - X32,X33 və X34 tərəfindən tərtib edilmiş vəkalətnamədən görünür ki,ünvan 4 ünvanında yaşayan X17 atası X9 tərəfindən tikdirilmiş və həmin mənzil ailənin şəxsi əmlakı olmuşdur.Bu faktı öz imzaları ilə təsdiqləmişlər. - DİN Baş pasport,Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şəbəsi tərəfindən verilmiş 26.01.2021-ci iı tarixli 018/39-51/1 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X25 03.07.1990-cı ildən 06.08.1995-ci il tarixədək ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. - DİN Baş pasport,Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş 26.01.2021-ci iı tarixli 018/39-51/1 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X29 03.07.1990-cı ildən 16.05.1992-ci il tarixədək ünvan 5 ünvanında qeydiyyatda olmuşdur - Azərbaycan SSR Mənzil Kommunal Təsərüfat Birliyi Təsərrüfat hesablı Mərkəzi Texniki İnventarlaşdırma Burosu Şuşa rayonu texniki İnventarlaşdırma X2 ünvanlanmış 06.11.1991-ci il tarixli 1765 nömrəli məktubundan görünür ki, keçmiş Şaumyan sonrakı K.Əsgərov küçəsində 2 saylı bina 1935-ci il tarixli arxiv sənədlərinə əsasən X47 məxsus olması qeyd edilmişdir. -Azərbaycan SSR Mənzil Kommunal Təsərüfat Birliyi Təsərrüfat hesablı Mərkəzi Texniki İnventarlaşdırma Burosu Şuşa rayonu texniki İnventarlaşdırma Burosunun 26.11.1991-ci il tarixli 2041 saylı məktubundan görünür ki, mübahisəli mənzil 1935-ci il arxiv sənədlərində Şuşa Kommunal Təsərrüfatı Şöbəsinin torpaq sahəsinin siyahısında Seyid Məcidə məxsus evin olması,evin iki mərtəbədən, doqquz yaşayış otağından ibarət olmaqla 223,8 kv.m olduğu və ümumi xidmətə yararlı sahəsinin 277.7 kv.m olduğu qeyd edilmişdir. - Stepanakert rayon Kosalar kənd VVAQ şöbəsi tərəfindən verilmiş 10.06.1955 –ci il tarixli İJ 359933 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31.05.1955-ci il təvəllüdlü Ərizəçi X8,anası X15r. Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin həmkərlar ittifaqının 23.11.1940 –ci il tarixli 050379 saylı üzvlük biletindən görünür ki, 1912-ci il təvəllüdlü Rəşidov Məmməd 1930ci il tarixdən istehsalat stajı olmaqla müəllim işləmişdir. Bakı şəhəri 26 Bakı Komissarı VVAQ şöbəsi tərəfindən verilmiş 09.04.1975 –ci il tarixli İİİ-JQ 347494 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28.11.1938-ci il təvəllüdlü X11 atası X26,anası X12r. - Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.11 2017-ci il tarixli AZ-İ 908919 saylı ölüm haqqında şəhadətnamədən görünür ki,X20 18.11.2017-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi nəticəsində Bakı şəhərində ölmüşdür - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs2 16.06.2021-ci il tarixli 05/Q-126/13 saylı məktubundan görünür ki, doğum haqqında akt qeyd kitabları şöbədə 1936-cı ildən saxlanılır1936-ci il qədər ki,doğum haqqında akt qeyd itabları Xankəndi şəhərində DQMV-nin arxivində qalmışdır.Bu səbəbdən 1873-cü il təvəllüdlü X19 və 15.11.1912-ci il təvəllüdlü X17 doğumları barədə yoxlama aparılmamış və doğumları barədə məlumat verilməsi mümkün olmamışdır.31.05.1955-ci il təvəllüdlü Ərizəçi barəsində 1952-1958-ci illər üzrə yoxlama aparılmış vətəndaşın doğumu aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, Ərizəçi 31.05.1955-ci il tarixdə Xankəndi rayonu,Kosalar kəndində anadan olmuşdur, atası 15.11.1912-ci il təvəllüdlü X29, anası X15r..İş materiallrına əlavə edilmiş sənədlərdən 15.11.1912-ci il təvəllüdlü X17 atasının X30 olması faktı təsdiq edilir. X17 soyadının Rəştiyev kimi yazılmaması sənədləşmədə qrammatik səhv nəticəsində olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə bu hissədə əsaslı olmaqla təmin edilməli 15.11.1912-ci il təvəllüdlü X17 atasının X30 olması faktı təsdiq edilməlidir. Məhkəmə ərizənin 31.05.1955-ci il təvəllüdlü Rəşidov X21 Məcid Əhməd oğlunun nəvəsi olması faktı hissəsində ərizə təmin edilməməli,belə ki, X17 atası Rəştiyev Məcid Əhməd oğlu olduğundan Ərizəçi X18 nəvəsi hesab edilir, bunun fakt kimi təsdiq edilməsinə zərurət qalmır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi faktını təsdiq edən sənədi başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpa edilməsi məhkəmədən kənar mümükün deyildir. Bu faktın müəyyən edilməsi ərizəçiyə bir sıra hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamı üçün lazımdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 185, 192, 209-214, 216-220, 296-300, 307 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 15.11.1912-ci il təvəllüdlü X17 atasının X30 olması faktı təsdiq edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-137/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-137/2021
15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver