Məhkəmə qərarları › İş №2(077)-144/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-144/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-144/2021 06.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi «nikah akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 03 noyabr 1982-ci ildə Əsgəran rayonu Daşbulaq kənd sovetliyində bağlanmış «nikah akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,xx xxxxx 1955-ci ildə Ağdərə rayonu,Umudlu kəndində,əri X8 23 iyul 1951-ci ildə Ağdərə rayonunda doğulmuşlar.Onlar 03 noyabr 1982-ci ildə Əsgəran rayonu,Daşbulaq kənd sovetliyində nikahlarını qeyd etdirərək evlənmişlər.Birgə nikahımızdan iki övladımız var.Şuşa şəhərinin işğalı ilə əlaqədar şəhəri tərk edərkən bir çox sənədləri ilə birlikdə nikah haqqında şəhadətnamənə də orada qalmışdır.Nikah haqqında şəhadətnamənin təkrar verilməsi üçün Maraqlı şəxsnə və Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmiş, Xankəndi şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair sənədlər Xankəndi şəhər arxivində saxlanıldığı üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərdiyi faktları təsdiq edərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,lakin məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin rəyini nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək,işdəki sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki,aşağıda qeyd edilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid X6 bildirdi ki,Ərizəçi Şahmar qızı onun anası,X8 atasıdır.Atası və anası 03 noyabr 1982-ci ildə rəsmi nikaha daxil olmuşlar.Həmin nikahdan o və qardaşı Cəfərov Babək doğulmuşdur. Məhkəmə iclasında şahid X12 qızı bildirdi ki, Ərizəçi Şahmar qızı onun əmisinin arvadı,X8 əmisidr.Onlar 03 noyabr 1982-ci ildə rəsmi nikaha daxil olmuşlar.Onların birgə nikahdan 2 övladları: X9 və X10 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar sahəsinin 05 fevral 2021-ci il tarixli 6 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri,2-ci Alatava küçəsi 10B saylı evdə məskunlaşmışdır. İş materiallarında olan Şuşa RPŞ-nin 17.10.1991-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki,Ərizəçi ilə X8 03 noyabr 1982-ci ildə Əsgəran rayonu,Daşbulaq kənd sovetliyində nikahlarını qeyd etdirmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli 05/Q-181/69 saylı arayış ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,barəsində nikah haqqında məlumat müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə 29.01.2021-ci il tarixədək yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 30 yanvar 2021-ci il tarixli,05Q/75-117/15 saylı məktubundan görünür ki, Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətinin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvələr olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 02.12.2020-ci il tarixli 05\Q-128/69 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki, Xocalı rayonunun Daşbulaq KİN-nin 1982-ci ilə aid nikah haqqında akt qeydi kitabları Xankəndi şəhərində qaldığı üçün nikah haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətinin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq sənədlər əsasında icra edilir. İş materiallarında olan 18.03.2021-ci il tarixli aktdan görünür ki, X4,X3 və X2 tərəfindən tərtib olunmuş aktdan görünür ki, onlar Ərizəçi ilə X5 03.11.1982-ci il də nikaha daxil olması faktını təsdiq edirlər. İş materiallarında olan Vİİ-SL№ 260274 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X8 ilə Ərizəçi birgə nikahlarından 22 sentyabr 1985-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cəfərov Rəcəb Əyyub oğlu 05.05.2021-ci il tarixdə “başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığından” Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun,övladlığa götürmənin,nikahın,boşanmanın,ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi,qeydə alınmalı fakt üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki,Ərizəçi ilə X8 03 noyabr 1982-ci ildə Əsgəran rayonu,Daşbulaq kənd sovetliyində nikahlarını qeyd etdirmişlər.Həmin nikahdan iki övladları: 06.08.1984-cü il təvəllüdlü X9 və 22.09.1985-ci il təvəllüdlü X6 doğulmuşlar.Ərizəçi Şuşa şəhərindən məcburi köçkün düşərkən nikah haqqında şəhadətnaməni itirmiş və yenidən nikah haqqında şəhadətnamənin bərpa edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki,ərizə təmin edilməli, Ərizəçi ilə X8 arasında ilə 03 noyabr 1982-ci ildə Əsgəran rayonu,Daşbulaq kənd sovetliyində qeydə alınmış nikah haqqında akt qeydi bərpa olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 185, 192, 209-214, 216-220, 296-300, 307 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X8 arasında 03 noyabr 1982-ci ildə Əsgəran rayonu,Daşbulaq kənd sovetliyində qeydə alınmış nikah haqqında akt qeydi bərpa olunsun. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar