Məhkəmə qərarları › İş №2(077)-145/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-145/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-145/2021 29.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi «itirilmiş doğum akt qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi itirilmiş doğum akt qeydi aktının bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin 06 avqust 1984-cü il tarixdə Əskəran rayonu Badara kəndində doğulması qeydi aktının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,06 avqust 1984-cü ildə Əskəran rayonu,Badara kəndində doğulmuşdur.X2, anası X4r.Doğum haqqında şəhadətnamə işğal altında olan torpaqlarında qaldığından Maraqlı şəxsnə doğum haqqında şəhadətnəmənin təkrar verilməsi üçün müraciət etmiş, X9 rayonunun Daşbulaq KİN – nin 1984-cü ilə aid doğum haqqında akt qeydi kitablarının Xankəndi şəhərində qaldığından təkrar şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmişdir.Hazırda müəyyən məsələlərlə bağlı ona doğum haqqında şəhadətnəmə lazım olur,o həmin şəhadətnəməni əldə edə bilmir.Maraqlı şəxs ona 02.12.2020-ci il tarixli 05/Q-129/69 saylı imtina məktubu vermiş və doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müüracət etməyi izah edilmişdir.Ona görə də, hüquqi əhəmiyyətli olan bu faktın məhkəmə qətnaməsi ilə müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,o,məhkəmə iclasına gəlməmiş,mktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid X5 bildirdi ki,Ərizəçi onun oğludur.Ərizəçi 06 avqust 1984-cü ildə Əskəran rayonu Badara kəndində doğulmuşdur.X1r. Oğlunun doğum haqqında şəhadətnəməsi rayonda yəni Əskəranda qalmışdır. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslıdır,təmin edilməlidir. İş materiallarında olan: - Əskəran rayonu Daşbulaq kənd sovetliyi tərəfindən verilmiş 31.08.1990–ci il tarixli, Vİİ-SL260275 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, 06 avqust 1984-cü il təvəllüdlü X6 anası X5 və X1r. - AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 saylı Mənzil Kommunal İstismar sahəsinin 05.02.2021-ci il tarixli 07 saylı arayışından görünür ki,Ərizəçi Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhəri,2-ci Alatava küçəsi,10B saylı evdə məskunlaşmışdır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli 05/Q-182/69 saylı arayış ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,barəsində doğum haqqında məlumat müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə 29.01.2021-ci il tarixədək yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.01.2021-ci il tarixli 05Q-75/114-15 saylı məktub ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətinin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsaında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edili. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvələr olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. - Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyi Maraqlı şəxs 02.12.2020-ci il tarixli 05/Q-129/69 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq sənədlər əsasında icra edilir. - 18.02.2015-ci il tarixli,AA № 329195 saylı məcburi köçkün vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki,ərizəçinin adı Ərizəçidur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki,ərizəçi 06 avqust 1984-cü il tarixdə Əskəran rayonu,Badara kəndində anadan olmuşdur, X2, anası X4r. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli,Ərizəçi Rəcəb oğlunun 06 avqust 1984-cü il tarixdə Əskəran rayonu Badara kəndində doğum akt qeydi bərpa olunmalı,doğum haqqında şəhadətnməsində onun atasının X8,anasını Bayramova Donya Şahmar qızı qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi doğumun qeyd edilməsi faktını təsdiq edən sənədi başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpa edilməsi məhkəmədən kənar mümükün deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172- 179, 182, 183, 185, 192, 209-214, 216-220, 296-300, 307 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 06 avqust 1984-cü il tarixdə Əskəran rayonu Badara kəndində anadan olması akt qeydi bərpa olunsun. Doğum şəhadətnəməsi verilərkən ata qrafasında “X8” və ana qrafasında “X5” qeyd olunsun. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar