Məhkəmə qərarları › İş №2(077)-170/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-170/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-170/2022 30.06.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) «itirilmiş doğum akt qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi «itirilmiş doğum akt qeydi aktının bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.1987-ci il tarixdə Maraqlı şəxsndə aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsi,doğum haqqında şəhadətnamə verilərkən soyadının Hüseynova,adının Səbinə,doğum haqqında şəhadətnamənin ata qrafasında X14,ana qrafasında X5,doğum tarixinin xx.xx.1987-ci il,doğulduğu yerin Xocavənd rayonu,Əmirallar kəndi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,maraqlı şəxsin Ağcabədi rayon Qeydiyyat şöbəsi deyil,Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,o,xx.xx.1987-ci ildə Xocavənd rayonu,Əmirallar kəndində doğulmuş,atası X14,anası isə X3r.Hazırda Şuşa rayonu,Malıbəyli kəndində qeydiyyatdadır.X1 şəxsiyyət vəsiqəsini dəyişmək üçün “Asan” xidmət mərkəzinə müraciət etmiş və qızının doğum haqqında şəhadətnaməsində soyadı Hüseyinova yazıldığı üçün onun doğum haqqında şəhadətnaməsi lazım olmuşdur.Lakin doğum haqqında şəhadətnaməsi Şuşa şəhəri işğal olunan zaman orada qaldığından təqdim edə bilməmişdir.Ona görə də,doğum akt qeydinin olub-olmaması ilə bağlı Ağcabədi,Xocavənd və Şuşa rayon Qeydiyyat şöbələrinə müraciət etmiş,lakin qeyd edilən şöbələrdən imtina almışdır.Hazırda vətəndaş kimi doğum haqqında şəhadətnaməsinin olmaması ona məxsus hüquqlarını həyata keçirilməsinə maneçilik törədir,ona görə də,doğum akt qeydinin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək,təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə məktub göndərərək Ərizəçinin iddiasını qəbul etdiklərini bildirmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini və ərizəçinin fikrini nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid X14 bildirdi ki,Ərizəçi onun qızıdır.Qızı Səbinə xx.xx.1987-ci ildə Xocavənd rayonu,Əmirallar kəndində doğulmuşdur.Şuşa rayonundan məcburi köçkün düşərkən digər sənədləri kimi,qızının doğum haqqında şəhadətnaməsi də orada qalmışdır. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Ərizəçi onun ilk övladıdır.Qızı Səbinə xx.xx.1987-ci ildə Xocavənd rayonu,Əmirallar kəndində doğulmuşdur.Qızının doğum haqqında şəhadətnəməsi Şuşa şəhərində qalmışdır. Məhkəmə iclasında şahid X7 bildirdi ki,Ərizəçi onun bacısının qızıdır.Bacısı Zəmilə evləndikdən sonra Şuşa şəhərinə köçmüş,lakin valideynlərinin evinə qonaq gələn zaman,yəni xx.xx.1987-ci ildə ilk uşağı Səbinəni dünyaya gətirmişdir. Məhkəmə,ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib,işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib,belə nəticəyə gəlir ki,ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: - AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Bakı şəhəri, Sabunçu rayonu sektorunun xx.xx.2021-ci il tarixli 1169 saylı arayışından görünür ki,Ərizəçi ünvan 1 ünvanında məskunlaşmışdır. - AA seriyalı 322438 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün düşmüşdür. - Ağcabədi rayon Yuxarı Qiyamadinli kəndi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 539620 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X15 xx.xx.2007-ci il tarixdə Ağcabədi rayonu,Yuxarı Qiyamadinli kəndində doğulmuşdur.Ata qrafasında X10 və ana qrafasında X8 qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/76-243/15 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki,Ağcabədi rayon Qeydiyyat şöbəsinin arxivində və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış,doğum haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Dağlıq X13 aid olan vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”nın reyestri xidmətində saxlanılmır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq sənədlər əsasında icra edilir.Bununla bağlı kifayət qədər əsaslar olmadığı üçün doğum haqqında akt qeydinin bərpası rayon Qeydiyya şöbəsində mümkün deyil və məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - Şuşa rayon Malıbəyli kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş Xİİİ-ЖГ 428342 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki,X11 xx.xx.1990-cı il tarixdə Şuşa rayonu,Malıbəyli kəndində doğulmuşdur.Ata qrafasında X14 və ana qrafasında X5 qeyd edilmişdir. - Ağcabədi rayon Avşar kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 713999 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki,X16 xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonu,Avşar kəndində doğulmuşdur.Ata qrafasında X14 və ana qrafasında X5 qeyd edilmişdir. - AA2019415 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,X14 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - AZE15688800 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1967-ci il tarixdə Xankəndi şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun,övladlığa götürmənin,nikahın, boşanmanın,ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa,hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Xocavənd rayonu,Əmirallar kəndində anadan olmuşdur,atası X14,anası X3r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir və başqa qaydada alması isə mümkün deyildir.Ərizəçi xx.xx.1987-ci il tarixdə Xocavənd rayonu,Əmirallar kəndində doğulması,X9 ərizəçinin atası,X2 ərizəçinin anası olması ərizəçinin özünün izahatı,onun şəxsiyyət vəsiqəsi ilə bərabər,məhkəmə iclasında şahidlərin ifadələri ilə də təsdiq olunur.Ona görə də,məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli,Ərizəçi xx.xx.1987-ci il tarixdə Xocavənd rayonu,Əmirallar kəndində doğulması akt qeydi bərpa edilməli,doğum şəhadətnaməsi verilərkən ata adı X14,ana adı X5 olması müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1987-ci il tarixdə Xocavənd rayonu,Əmirallar kəndində doğulması akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnaməsi verilərkən ata qrafasında “X14”,ana qrafasında “X5” olması müəyyən edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar