Məhkəmə qərarları › İş №2(077)-174/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-174/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-174/2023 23.05.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X18 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X9 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 xx.xx.1949-cu il tarixdə Şuşa şəhərində anadan olması barədə doğum akt qeydində “ata qrafasında” X7azərbaycanlı, ”ana qrafasında” X10 - azərbaycanlı göstərilməklə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X11 xx.xx.1949-cu il tarixdə Şuşa şəhərində anadan olmuşdur. xx.xx.1973-ci il tarixdə müddətli həqiqi hərbi xidməti başa vuraraq təxris olunmuş və buna dair ******* saylı hərbi bilet verilmişdir. 2-ci qrup əlil idi. xx.xx.1975-ci il tarixdə Bəhmanov X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından Ərizəçi dünyaya gəlmişdir. Atası Hoffer xx.xx.2005-ci il tarixdə, anası X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə vərəsəsi olaraq ona məxsus əlilliyə görə birdəfəlik pul müavinətinin alınması üçün ‘‘DOST’' xidmətinə müraciət etdikdə, atasının doğum haqqında şəhadətnaməsi təqdim edilməli olduğu, doğum haqqında şəhadətnamə və ya ona dair arayış təqdim edilmədiyi halda həmin əlilliyə görə birdəfəlik pul müvinətini ala bilməyəcəyi bildirililmişdir. Atasına məxsus doğum haqqında şəhadətnamə itirilmişdir. Maraqlı şəxsnə müraciət edərək atası barəsində doğum haqqında arayış verilməsini xahiş etmiş, xx.xx.2023-ci il tarixli, 05/Ql3/69 saylı imtina məktubu ilə, şöbədə saxlanılan 1946-1952-ci illərə dair doğum haqqında akt qeydi kitablarının yoxlanıldığı, X4 doğum haqqında akt qeydinin aşkar edilmədiyi, doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. Atasına məxsus hərbi biletdə, nikahın bağlanması haqqında şəhadətnamədə, əlillik vəsiqəsində, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əliləri, Veteranları və X21 Birliyi tərfındən verilmiş 015921 nömrəli vəsiqədə, ölüm haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1949-cu il qeyd edilmişdir. Bütün bu sənədlər isə qanunvericiliyin tələbinə əsasən doğum haqqında şəhadətnamə əsasında əldə etdiyi pasport əsasında verilmişdir. Atasının vərəsəsi olaraq ona məxsus əlilliyə görə birdəfəlik pul müavinətini əldə etməsi üçün doğum haqqında akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X15 ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində X4 bacısı olduğunu, qardaşının xx.xx.1949-cu il tarixdə Şuşa şəhərində anadan olduğunu göstərdi və ərizədə göstərilənləri təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində Ərizəçi onun dayısı Hoffer Bəhmənovun qızı olduğunu göstərdi və ərizədə göstərilənləri təsdiq etdi. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZ-T seriyalı, 103745 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Atası qrafasında X11, anası qrafasında X3 qeyd edilmişdir. AZ-İ seriyalı, 133751 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X8 məxsus NZ seriyalı, ******* saylı hərbi biletdə, İ-JQ seriyalı, 271539 saylı nikahın bağlanması haqqında şəhadətnamədə, 090008 saylı əllilk vəsiqəsində, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əliləri, Veteranları və X21 Birliyi tərfındən verilmiş Ə seriyalı, 015921 saylı vəsiqədə onun doğum tarixi xx.xx.1949-cu il qeyd edilmişdir. Maraqlı şəxs 05/Q-13/69 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, şöbədə saxlanılan 1946-1952-ci illərə dair doğum haqqında akt qeydi kitabları yoxlanılmış, X4 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərinin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. X4 doğum akt qeydinin bərpa olunması barədə məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilir. İş materialları ilə müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xırdalan şəhəri, AAAF yaşayış massivi, məhəllə 25, ev 4, mənzil 15-də yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas Müddəa”ların 13-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası, bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata dınm dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi atası X4 xx.xx.1949-cu il tarixdə Şuşa şəhərində anadan olması, onun doğum haqqında akt qeydi barədə müvafiq dövlət orqanlarının arxivində məlumatların aşkar edilməməsi, doğum akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən kifayət qədər sənədlərin olması faktları müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası X4 xx.xx.1949-cu il tarixdə Şuşa şəhərində anadan olması barədə doğum akt qeydində “atası” qrafasında “X7- azərbaycanlı”, “anası” qrafasında “X10 - azərbaycanlı” göstərilməklə doğum haqqında akt qeydi bərpa edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar