Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-198/2023 09.06.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X12 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində anadan olması haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə soyad hissəsində "Baxşəliyeva", ad hissəsində "Nəzakət", ata adı hissəsində “Eyvaz”, "Doğum tarixi" qrafasında "xx.xx.1975-ci il", "Doğulduğu yer" qrafasında "Ermənistan Respublikası Gorus şəhəri", "milliyyəti" qrafasında "azərbaycanlı", "Ata adı" qrafasında "X6- azərbaycanlı", "Ana adı" qrafasında "X3azərbaycanlı" yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildə Ermənistan Respublikası Gorus şəhərində doğulmuşdur. X2, anası X1r. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan qaçqın düşərkən Şuşa şəhərində məskunlaşmışdir.1992-ci ildə isə Şuşa şəhərindən məcburi köçkün düşmüşdür. Ailəsinə məxsus əmlak və sənədlər Ermənistanda qalmışdir. İşğal altında olan torpaqlarında qaldığından Maraqlı şəxsnə doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün müraciət etmiş, lakin şəhadətnamənin təkrar verilməsinin mümkün olmaması bildirilmişdir. Hazırda müəyyən məsələlərlə əlaqədar doğum haqqında şəhadətnəmə lazım olur, həmin şəhadətnaməni əldə edə bilmir. Maraqlı şəxs xx.xx.2023-ci il tarixli 05/Q-02/62 saylı imtina məktubu vermiş və doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müüracət etməyi izah etmişdir. Ona görə də, hüquqi əhəmiyyətli olan bu faktın məhkəmə qətnaməsi ilə müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində ərizəçinin anası olduğunu, qızının xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində doğulduğunu göstərdi və ərizədə qeyd edilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində, ərizəçinin qardaşı olduğunu, bacısının xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində doğulduğunu göstərdi və ərizədə qeyd edilən xüsusatları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi İsmayıllı və Qəbələ rayonları üzrə Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 131 saylı arayışdan görünür ki, Ərizəçi İsmayıllı rayonunun Qalagah kəndində müvəqqəti məskunlaşmışdır İİİ-SL seriyalı, 330032 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində anadan olmuşdur. Atası qrafasında" X7- azərbaycanlı", anası qrafasında " X4- azərbaycanlı" qeyd edilmişdir. AZE seriyalı, 03660522 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı, 185692 saylı ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Maraqlı şəxs xx.xx.2023-ci il tarixli 05/Q-02/62 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, müraciətə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən ollduğunu təsdiq edən sənədlər əsasında icra edildiyi bildirilmiş və doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim etmədiyinə görə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas Müddəa”ların 13-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası, bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata dınm dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində anadan olması, onun doğum haqqında akt qeydi barədə müvafiq dövlət orqanlarının arxivində məlumatların aşkar edilməməsi, doğum akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən kifayət qədər sənədlərin olması faktları müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Gorus şəhərində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə soyad hissəsində "Baxşəliyeva", ad hissəsində "Nəzakət", ata adı hissəsində “Eyvaz”, "Doğum tarixi" qrafasında "xx.xx.1975-ci il", "Doğulduğu yer" qrafasında "Ermənistan Respublikası Gorus şəhəri", "milliyyəti" qrafasında "azərbaycanlı", "Ata adı" qrafasında "X6- azərbaycanlı", "Ana adı" qrafasında "X3azərbaycanlı" yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-198/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-198/2023
09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver