Məhkəmə qərarları › İş №2(077)-275/2020

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-275/2020

23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-275/2020 23.11.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi «doğum akt qeydi kitabında adının Banuçiçək kimi qeyd olunması faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «doğum akt qeydi kitabında adının Banuçiçək kimi qeyd olunması faktının müəyyən edilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki,o,xx xxxx 2001-ci ildə doğulmuşdur. X2, anası X4r.Valideynləri xx xxxxxx 1999-cu ildə rəsmi nikaha daxil olmuşlar,həmin nikahdan xx.xx.2001-ci ildə o, Banuçiçək, xx.xx.2006-cı il tarixdə isə qardaşı X10 oğlu doğulmuşlar. O,özünə məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir.Hazırda mülki işlərlə əlaqədar olaraq bacı və qardaşının yaxın qohumluq faktını sübut etməkdə maneə yaradır.Bu səbəbdən doğum haqqında şəhadətnamənin bərpa edilməsi zərurəti yaranmışdır.Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də,onun müraciətinə xx.xx.2020-ci il tarixli 05/Q-107/69 nömrəli məktubla imtina cavabı verilmişdir.Həmin imtina cavabında göstərilmişdir ki,Şuşa rayon Qeydiyyat şöbəsində xx xxxx 2001-ci il tarixdə tərtib edilmiş 69 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərək adı "Banuçiçək" deyil,"Banu" olduğu müəyyən edilmişdir.Cavab məktubundan görünür ki,əsl adı ilə qeydiyyat şöbəsində qeydə alınan ad arasında ziddiyyət vardır.Bu səhvin isə qeydiyyat şöbəsi tərəfindən bərpa olunması mümkün deyildir.Bütün sənədlərində o cümlədən şəxsiyyət vəsiqəsində adı "Banuçiçək" kimi qeyd olunmuşdur.Qohumları və tanışları onu "Banuçiçək" kimi tanıyır. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmişdir. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün onun doğum haqqında akt qeydinin düzgün yazılması zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,o,məhkəmə iclasına gəlməmiş,məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir Məhkəmə iclasında şahid X11 bildirdi ki,ərizəçi Ərizəçi onun qardaşı qızıdır.Onu Banuçiçək kimi tanıyır, sənədlərində də adı Banuçiçək kimi qeyd edilmişdir,lakin zərurət yarandığından təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edərkən adı “Banuçiçək” deyil , “Banu” qeyd edildiyindən sənədlərində uyğunsuzluq olduğu üçün ona imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxsndə xx xxxx 2001-ci il tarixdə tərtib edilmiş 69 saylı doğum haqqında akt qeydindən görünür ki, uşağın soyadı Hüseynli, adı Banu,ata adı Hüseyn, cinsi qadın göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat birliyi 52 saylı Mənzil Kommunal İstismar sahəsinin xx xxxxxxx 2020-ci il tarixli 24 saylı arayışından görünür ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhəri, S. Rüstəm küçəsi ev 36,mənzil 6 ünvanında məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05\Q-107/69 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətinin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalarının 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir.Bu səbəbdən adında olan ziddiyyət aradan qaldırıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə verilə bilər. İş materiallarında olan Şuşa rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Vİ-ЖГ № 391338 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X1 Şəlalə Sahib qızı ilə nikahlarını xx xxxxxx 1999-cu il tarixdə 65 sayla qeyd etdirmişlər. İş materiallarında olan 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il-tarixli AZ-1İ № 078221 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki,X9 xx xxxxx 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Şuşa rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli AZ-İ № 720873 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə Hüseynova Şəlalə qızının birgə nikahlarından xx.xx.2006-ci il təvəllüdle X5 doğulmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli,AA № 398527 saylı məcburi köçkün vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki,ərizəçinin adı Ərizəçidır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli,AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki,ərizəçinin adı Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli № B01353 saylı vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki,ərizəçinin adı Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Ərizəçi xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.xx xxxx 2001-ci il tarixdə tərtib edilmiş 69 saylı doğum haqqında akt qeydi kitabında adı "Banuçiçək" deyil, "Banu" olduğu müəyyən edilmiş, lakin bütün sənədlərində adı “Banuçiçək” kimi qeyd edilmişdir.Sənədlərində uyğunsuzluq olduğundan ərizə təmin edilməli, doğum akt qeydi kitabında adı "Banu" deyil,"Banuçiçək" adı ilə əvəz edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 185, 192, 209-214, 216-220, 296-300, 307 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi «doğum akt qeydi kitabında adının Banuçiçək kimi qeyd olunması faktının müəyyən edilməsi»nə dair ərizəsi təmin edilsin. xx xxxx 2001-ci il tarixdə Maraqlı şəxsndə tərtib olunmuş 69 saylı doğum haqqında akt qeydi kitabında adı “Banu” adından “Banuçiçək” adına dəyişdirilsin. Doğum haqqında yeni şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar