Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-281/2021 29.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X10 iclas katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçinun «itirilmiş doğum akt qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi itirilmiş doğum akt qeydi aktının bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin xx xxxx 1977-ci il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda doğulması qeydi aktının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o,xx xxxx 1977-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonu, Saravan kəndində doğulmuşdur. X3, anası X4r.Doğum haqqında şəhadətnamə işğal altında olan torpaqlarında qaldığından Maraqlı şəxsnə doğum haqqında şəhadətnəmənin təkrar verilməsi üçün müraciət etmiş, lakin təkrar şəhadətnamənin verilməsi mümkün olmaması bildirilmişdir.Hazırda müəyyən məsələlərlə ona doğum haqqında şəhadətnəmə lazım olur,o həmin şəhadətnəməni əldə edə bilmir.Maraqlı şəxs ona 20.02.2021-ci il tarixli 05/Q-06/62 saylı imtina məktubu vermiş və doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müüracət etməyi izah edilmişdir. Ona görə də, hüquqi əhəmiyyətli olan bu faktın məhkəmə qətnaməsi ilə müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş,o,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını nəzərə alaraq hesab edir ki,işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid X6 bildirdi ki, ərizəçi Ərizəçi onun qızıdır. Ərizəçi xx xxxx 1977-ci ildə Ermənistan Əzizbəyov rayonu Saravan kəndində doğulmuşdur. Atası X19 oğludur.Qızının doğum haqqında şəhadətnəməsi Ermənistan Əzizbəyov rayonunda qalmışdır. Məhkəmə iclasında şahid X17 bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx xxxx 1977-ci ildə Ermənistan Əzizbəyov rayonu Saravan kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnəməsi də orada qalmışdır. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslıdır,təmin edilməlidir. İş materiallarında olan: - AZE 0******* sarialı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Əzizbəyov rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Bakı şəhəri, Sabunçu rayonu sektorunun 08.07.2021-ci il tarixli 1169 saylı arayışından görünür ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Ramana qəsəbəsi ev 341 ünvanında məskunlaşmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 20.02.2021-ci il tarixli 05/Q-06/62 saylı məktubu ilə Ərizəçi sorğusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli,52 nomrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətin aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarının” müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq sənədlər əsasında icra edilir. Ermənisatan Respublikası Əzizbəyov rayonu Saravan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 25.12. 1978 –cı il tarixli, İİ-SL 293696 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, 24 avqust 1978-ci il təvəllüdlü X5 anası X15 qızı və X3dır. Ermənisatan Respublikası Əzizbəyov rayonu Saravan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05.05.1985 –cı il tarixli, İV-SL 481781 nömrəli doğum haqqında şəhadətnəmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28 aprel 1985-ci il təvəllüdlü X9 anası X15 qızı və X3dır. Şuşa rayon VVADQ şöbəsi tərəfindən verilmiş 08.04. 1997 –cı il tarixli, XİX-JQ 480151 nömrəli doğum haqqında şəhadətnəmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 16 aprel 1981-ci il təvəllüdlü X12 anası X15 qızı və X3dır. Ermənisatan Respublikası Əzizbəyov rayonu Saravan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 11.06.1976-ci il tarixli İ-ZJ 313587 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Bulud Məhəmməd qızı ilə nikahlarını 11 iyun 1976-cı il tarixdə 5 sayla qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra ərə Süleymanov,arvada Süleymanova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan Əzizbəyov rayonu Saravan kəndində anadan olmuşdur, atasıX11, anası X4r.Doğum şəhadətnaməsin itirmişdir,başqa qaydada alması isə mümkün deyildir. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan Əzizbəyov rayonu Saravan kəndində anadan olması doğum akt qeydi bərpa olunmalı, doğum haqqında şəhadətnməsində onun atasının X11, anasını X15 qızı qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi doğum qeyd edilməsi faktını təsdiq edən sənədi başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpa edilməsi məhkəmədən kənar mümükün deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172- 179, 182, 183, 185, 192, 209-214, 216-220, 296-300, 307 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ərizəçinun xx xxxx 1977-ci il tarixdə Ermənistan Əzizbəyov rayonu Saravan kəndində anadan olması akt qeydi bərpa olunsun. Doğum şəhadətnəməsi verilərkən ata qrafasında “X11”, ana qrafasında “X6” qeyd olunsun. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-281/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-281/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver