Məhkəmə qərarları › İş №2(077)-299/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-299/2023

14.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-299/2023 14.09.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək qızları- X3 xx.xx.2018-ci il tarixdə və X2 xx.xx.2021-ci il tarixdə doğum faktının müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq ərizənin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 münasibətdə tələbin azaldılmasını göstərmiş və xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində qız uşağı doğması faktının müəyyən edilməsi, uşağa doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X5 ilə 2017-ci ıl tarixdə faktiki nikaha girməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2018-ci il tarixdə qızı Zəhra, xx.xx.2021-ci il tarixdə qızı Turanə doğulmuşlar.Onlar xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər.Qızı Turanənin doğumu barədə tibbi arayış vardır. Digər qızı Zəhra ev şəraitində doğulduğundan doğumu barədə tibbi arayışı olmadığından Qeydiyyat şöbəsinə müraciət etmiş,ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Şəhadətnaməni başqa yolla əldə edə bilmir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasova Hicran Eldar qızı ifadəsində göstərdi ki, Ərizəçi anasıdır. Qızı xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində ev şəraitində bir qız uşağı doğmuşdur. Uşaq doğulanda qızının yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi qaynanasıdır. Ərizəçi onun oğlu Rzaqulu ilə faktiki nikah münasibətində olduğu dövrdə, xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində ev şəraitində bir qız uşağı doğmuşdur. Sonradan oğlu ilə İncinin nikahları rəsmiləşdirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-M-15-41-23 saylı məktubundan görünür ki, Ərizəçi xx.xx.2018-ci ildə doğulmuş uşağının doğumunun qeydə alınıb-alınmaması barədə müraciətinə baxılmış və bildirilmişdir ki, müraciətlə bağlı xx.xx.2018 - xx.xx.2023-cü illər üzrə şöbənin Vətəndaşlıq Vəziyyəti aktlarının arxivində saxlanılan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və xx.xx.2018ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Naizrlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3 doğum faktının vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.6 Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar oİmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar doğum haqqında tibbi şəhadətnamə olmadığından, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 484543 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ərizəçi ilə nikahları xx.xx.2022-ci il tarixdə1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 65 nömrəli akt qeydi ilə rəsmiləşdirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktların müəyyən edilməsi barədə olan işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalıfaktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə Ərizəçi xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində bir qız uşağı doğması faktı tam sübuta yetirilir. Odur ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində qız uşağı doğması faktı müəyyən edilsin və uşağa doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar