Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-349/2025 19.08.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “Doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus 603-05/15 saylı, xx.xx.1956-ci tarixli doğum haqqında akt qeydində soyadı qrafasında “Vəliev ”dən “Bəşirov”a və doğum tarixi qrafasında “xx.xx.1956”dan “xx.xx.1956”ya dəyişilik edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət ” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində “Xüsusi icraat” kimi qeydiyyata alınmış və hazırlıq iclası xx.xx.2025-ci il tarixinə, saat 10:20-yə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı Ərizəçi məhkəməyə ərizə göndərərək, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilmədiyindən, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsində tələb olunur ki, iddiaçı Ərizəçi məxsus 603-05/15 saylı, xx.xx.1956-ci tarixli doğum haqqında akt qeydində soyadı qrafasında “Vəliev ”dən “Bəşirov”a və doğum tarixi qrafasında “xx.xx.1956”dan “xx.xx.1956”ya dəyişilik edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət ” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. Məhkəmə hesab edir ki, birinci ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilmişdir. Həmin bənddə göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə var. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsi müəyyən edir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə görə isə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə icraata xitam verilməli iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1-ci, 261.0.4 və 263- 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “Doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında” mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi müvafiq inzibatii məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-349/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-349/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver