Məhkəmə qərarları › İş №2(077)-405/2022

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-405/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-405/2022 10.11.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X4 Ərizəçi QİZİNİN Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək,xx.xx.1922-ci ildə Şuşa şəhərində doğulmuş atası X3 və 1925-ci ildə Şuşa şəhərində doğulmuş bibisi X1 doğum haqqında şəhadətnaməsinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki,ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki,ərizəçi tərəfindən verilmiş ərizədə maraqlı şəxsin qeydiyyatda olduğu ünvan və ərizə üzrə tələbi konkret olaraq göstərilməmişdir.Bundan başqa,ərizəyə əlavə olunmuş sənədlərdən X2 Ərizəçi bibisi olması faktını və Ərizəçi bibisinin tək vərəsəsi olmasını təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə X5 ərizəsinə cavab verilmiş,lakin iş üzrə həmin şəxsin ərizəçiyə münasibətdə kim olduğu göstərilməmiş və qeyd edilən məktubdan görünür ki,müvafiq qurumlara ərizəçi özü müraciət etməmişdir.Eyni zamanda qeyd edilən məktubda X3 doğum,ölüm tarixlərinin göstərilməməsi səbəbindən ərizənin icrasının imkan xaricində olduğu bildirilmişdir ki,bu hal qeyd edilən orqandan imtina alınmadığını müəyyən edir. Qeyd etməyi zəruri hesab edirəm ki,hazırkı ərizə məhkəmənin 2(077)-86/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda göstərilən nöqsanlar qeyd edilməklə geri qaytarılmış,lakin qeyd edilən nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Ərizəçiyə izah edilməlidir ki,ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi QİZİNİN Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar