Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-462/2025 04.12.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, X3 iclas katibliyi, ərizəçinin nümayəndəsi vəkil X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, anası - xx.xx.1936-cı il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində yaşadıqları evdən məcbur köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhlə 5035, bina 2, mənzil 22-də məskunlaşmışlar. Ərizəyə əlavə edilmiş xx.xx.1959-cu il tarixli 1-İE № 875102 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 onun anasıdır. Anası xx.xx.1993-cü ildə Ağdam şəhərində vəfat etmiş, Ağdam şəhərində dəfn edilmişdir və dəfn tarixi qəbir daşının üzərində qeyd olunmuşdur. Ancaq həmin vaxt müharibə vəziyyəti olduğuna görə məhrum anasına ölüm haqqında şəhadətnamə almamışdır. Məhrum anası X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, xx.xx.2025-ci il tarixli 994- 05/15 nömrəli məktubundan görünür ki, şöbənin arxivində və avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlar üzrə yoxlama aparılmış, məhrum anası X10 barəsində ölüm haqqında heç bir məlumat olmadığı aşkar olnmuş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi vəkil X2 ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçinin anası X9 1993-cü ildə, Ağdamda vəfat etmişdir. Mərhumənin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçinin atası Famili tanımışdır. 90-cı illərdə Ağdamda vəziyyət qarışıq idi. Eşitmişdir ki, Familin arvadı Sevil vəfat etmişdir. Vəziyyət qarışıq olduğuna görə yas mərasimində iştirak edə bilməmişdir. Ərizəçinin anası Sevil Ağdamda dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. 1-İE seriaylı 875102 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Şuşa şəhərində anadan olmuşdur, atası qrafasında X13, anası qrafasında X9 qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbir daşının üzərindəki yazılardan müəyyən olunur ki, xx.xx.1936-cı ildə anadan olmuş X9 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 994-05/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum anası- X5 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktının bərpa edilməsinə əsas verən zəruri sənədlər (məhkəmə qətnaməsi və.s) təqdim edilmədiyi üçün və qanunvericiliyin tələbinə uyğun olaraq faktın bərpa edilməsi birbaşa səlahiyyətinə aid olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmaması bildirilmiş və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi anası xx.xx.1936-cı il təvəllüdlü anası X5 xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-462/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-462/2025
04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver