Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-522/2025 16.12.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi “şəhid statusunun verilməsinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, oğlu- X5 şəhid statusunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Ərizəçi mərhum X5 şəhid statusunun verilməsi haqqında Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndınə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-cı bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qaydaların 4.1-cı bəndinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsinin Müdafiə Nazirliyinin səlahiyyətləri xaricində olduğu, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan elektron uçot sənədlərində (keçmiş Şuşa Rayon hərbi komissarlığının təqdim etdiyi Şuşa rayon hərbi komissarlığı üzrə həlak olanların və itkin düşənlərin siyahısında) X4 xx.xx.1991-ci il tarixdə həlak olması haqqında (hərbi hissə yerində “könüllü batalyon” sözləri qeyd olunub) məlumatın olduğu, mərhum övladı X5 “Şəhid” statusunun şamil edilib-edilməməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya aidiyyəti yerli qurumuna müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1və 4-1.1.1-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həmçinin, onun yerli baş idarə, idarə, şöbə və bölmələri inzibati orqanlardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, ərizəçiyə mərhum övladı X5 “Şəhid” statusunun şamil edilibedilməməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya aidiyyəti yerli qurumuna ərizə ilə müraciət etmək hüququ, müraciəti təmin olunmadığı təqdirdə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151.1, 153.2.1, 153.3, 153.6 və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: Ərizəçi “şəhid statusunun verilməsinə dair” ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, mərhum övladı X5 “Şəhid” statusunun şamil edilibedilməməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya aidiyyəti yerli qurumuna ərizə ilə müraciət etmək hüququ, müraciəti təmin olunmadığı təqdirdə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-522/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-522/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver