Məhkəmə qərarları › İş №2(078)-1/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1/2024 17.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bağırova Kəmalə Bayramqulu qızına qarşı mənzildən məcburi qaydada çıxarılma və boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i: İddiaçı Bağırova Kəmalə Bayramqulu qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən Bağırova Kəmalə Bayramqulu qızının məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan Şəhər İcra Bölməsinin 12 iyun 2017-ci il tarixli, 415 nömrəli məktubu, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 25 aprel 2017-ci il tarixli, 2- 2(078)- 04/2016 saylı icra sənədi əsasında ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən 07 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarıldığını və hərracın qalibi kimi həmin mülkü aldığını, əmlakı aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə (indiki Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə) müraciət edərək 18 iyul 2017-ci il tarixdə qeydiyyatdan keçirməklə qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, həmin daşınmaz əmlakın tam şəkildə mülkiyyət hüququ ilə ona məxsus olduğunu, mənzilin 5/6 hissəsinin hələ 2014-cü ildən məhkəmə qətnaməsi əsasında ona məxsus olmasına baxmayaraq mənzilə Kəmalə Bağırova tərəfindən kirayəçilər qoyularaq mənfəət götürüldüyünü, 18 iyul 2017-ci il tarixdən həmin mənzilin yeganə mülkiyyətçisi olduğunu, Kəmalə Bağırovanın həmin mənzilə heç bir hüququnun olmamasına baxmayaraq mənzildən istifadə etməklə, həmin mənzilə kirayəçilər yerləşdirməklə, onlardan pul almaqda davam etdiyini, mənzilini boşaldıb ona təhvil vermədiyini, dəfələrlə bu barədə ona müraciətlər olunmasına, polis idarəsinə, aidiyyəti Mənzil İstismarı Sahəsinə mənzilin boşaldılaraq təhvil verilməsini bildirilməsinə baxmayaraq heç bir nəticəsinin olmadığını, bir mülkiyyətçi kimi öz mülkiyyətində olan əmlakına sahiblik edə, ondan istifadə edə bilmədiyini, onun həm Azərbaycan Respublikasının Konstitusiyası ilə, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə qorunan hüquqlarının pozulduğunu, Kəmalə Bağırovanın həmin mənzildən 2002-ci ildən çıxdığını, Bakıda yaşadığını, bu illər ərzində dəfələrlə K.Bağırovanın məhkəmələrdə müxtəlif iddialarına baxıldığını, heç bir iddiasının təmin olunmadığını, K.Bağırovanın həmin mənzildən istifadə hüququ tələbinin rədd olunduğunu, həmin qətnamənin qüvvədə olduğunu göstərərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən Bağırova Kəmalə Bayramqulu qızının məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bağırova Kəmalə Bayramqulu qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh Bağırova Kəmalə Bayramqulu qızı məhkəməyə yazılı izahat göndərmişdir. İzahata əsasən, mən Bağırova Kəmalə Bayramqulu qızı 1992-ci il sentyabrın 11-də Naxçıvan şəhəri, H. Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X14 oğlu X9 ilə rəsmi nikaha daxil olub, X22 tərəfindən həmin mənzilə gəlin köçürülərək və mənzilə qeydiyyata alınaraq Hüseyn Hüseynovun ailə üzvü kimi mənzildə yaşayıb onunla bərabər mənzildən istifadə etməklə, birgə təsərrüfat aparmışdıq. Mənzilə gəlin köçürülən zaman həmin mənzildə qaynatam Hüseyn Hüseynov, qaynanam X15 və həyat yoldaşım Fəxrəddin Hüseynov yaşamışdır. Bu nikahdan 1994-cü ildə qızımız Hüseynzadə Günay, 1995-ci ildə oğlumuz Hüseynzadə Hüseyn anadan olmuşdur. Mənzilin icarədarı olmuş Hüseyn Hüseynov 2009-cu ildə (onun arvadı R.Mustafayeva isə ondan əvvəl 2005-ci ildə vəfat etmişdir). Həmin vaxtdan mənzilə sahibliyi tam olaraq bizim ailə üzvlərimiz həyata keçirirdi. Mənzilə sahibliyi tam olaraq bizim həyata keçirməyimiz Azərbaycan Respublikası Ali Məhkəmədinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-(102)-966/2020 nömrəli qərarında da təsdiqini tapıb. İddiaçı mirası qəbul etmədən, mirasın qəbulu ilə bağlı notariat kontoruna da müraciət etmədən, vərəsəlik hüququ haqqında şəhadətnamə almadan və ümumiyyətlə vərəsə kimi tanınmadığı, eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək huququna malik olmadığı halda, bizim xəbərimiz olmadan mübahisəli mənzili qeyri-qanuni olaraq 5 il əvvəl vəfat etmiş Hüseyn Hüseynovun adına artıq kvadratla özəlləşdirib, xx.xx.2014-cü il tarixdə Hüseyn Hüseynovun adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Mübahisəli mənzilin Hüseyn Hüseynovun adına məhz ölümündən sonra özəlləşdirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X17 adına xx.xx.2014-cü il tarixdə verilməsi Babək Rayon Məhkəməsinin 17 mart 2018-ci il tarixli, 2(079)-164/2018 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Bununla belə, Hüseyn Hüseynovun adına mülkiyyət hüququna dair Çıxarışın məhz ölümündən sonra hüquqlarımızı pozaraq bizdən xəbərsiz tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.12.201.9-cu il tarixli 2(102)- 8072/2019 nömrəli qərarının 5-ci səhifəsinin 8-ci abzasında da əksini tapmışdır. Mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair X17 adına onun vəfatından sonra tərtib edilməsi Naxçıvan MR Ali Məhkəməsi Mulkı Kollegiyasının 06 fevral 2020-ci il tarixli 2(108)-53/2020 saylı qərardadının 4-cü səhifəsinin 2-ci abzasında da qeyd olunmuşdur. İstinad edilən məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəllədinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahidələndirilmir və yenidən sübut edilmir. Bunlardan başqa mübahisəli mənzil üzərində X12 mülkiyyət hüququnun dövlət qeydiyyatına onun ölümündən sonra alınması onunla da təsdiq olunur ki, Naxçıvan şəhər 2 nömrəli mənzil istismar kontoru tərəfindən hələ Hüseyn Hüseynovun sağlığında ona Naxçıvan şəhər XDS İK-nə təqdim etmək üçün verilmiş plan-sxemə əsasən mənzilin ümumi sahəsi 52 kv.metr olmuşdur. Hüseyn Hüseynovun vəfatından 5 il sonra onun adına xx.xx.2014-cü ildə verilmiş Çıxarışda isə mənzilin ümumi sahəsi 68.32 kv.metr göstərilmişdir. Bununlada təsdiq olunur ki, mübahisəli mənzil üzərində Hüseyn Hüseynovun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində məhz xx.xx.2014cü il tarixdə, yəni onun ölümündən sonra bizdən xəbərsiz, artıq kvadratla, qeyri-qanuni, hüquqlarımızı pozaraq qeydə alınmış və onun artıq həyatda olmamasına baxmayaraq adına Çıxarş verilmişdir. İddiaçı bizdən xəbərsiz hüquqlarımızı pozaraq, qeyri-qanuni, artıq kvadratla özəlləşdirərək aldığı Çıxarışdan istifadə etmişdir. X5, X6 həmin mənzildə doğulmuşdur, orada böyümüşdülər. İddiaçı isə həmin mənzildə yaşamır, onun ailəsi ilə yaşadığı ayrıca mənzil var. Doğulub böyüdüyümüz, yaşadığımız, qeydiyyatda olduğumuz mübahisəli mənzil ailəmizin Naxçıvan şəhərində yeganə yaşayış yeridir. Övladlarım əlavə təhsillərini Naxçıvan, Bakı şəhərində davam etdirirlər. Yaşadığımız evin hal-hazırda bazar qiyməti 120000 (yüz iyirmi min) manatdır. Mən tək ailə başçısıyam. Bizim bütün işlərimiz doğulub, böyüdüyümüz, övladlarımın hal-hazırda təhsili, təyinatları yeganə yaşayış yerimiz olan Naxçıvan şəhərində yerləşən H.Əliyev prospekti, ev 24,mənzil 13-lə bağlıdı. Nümayəndəsi olduğum X2, X1, mənim (cavabdeh Bağırova Kəmalə Bayramqulu qızının) hüquqlarımız 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvüləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaçı dövlət mənzil fonduna aid olan, heç bir xüsusi mülkiyyət sənədi olmayan, bir ailənin yaşadığı evə heçbir hüquqi olmadığı halda, ailə üzvlərindən xəbərsiz, ailə üzvlərini aldatmaqla, dolayı, qeyri-qanuni yollarla, hüquqlarımızı pozaraq, bizdən xəbərsiz qeyri-qanuni sənəd əldə etməklə hiylələrini həyata keçirib. Bunları nəzərə alaraq, İddiaçı iddiasını rədd etməyinizi xahiş edirəm. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********59-05101-093015, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-307/207 nömrəli, 23 iyun 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən, Bağırova Kəmalə Bayramqulu qızının, X2 və X1 İddiaçı qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Babək Rayon Məhkəməsinin 2(079)-164/2018 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı X4 hüquqi varisləri Bağırova Kəmalə Bayramqulu qızının, X2 və X1 cavabdehlər İddiaçı, X10, X7 və Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 30 dekabr 2019-cu il tarixli, 2(102)-8072/2019 nömrəli qərarının surətinə əsasən, iddiaçı Bağırova Kəmalə Bayramqulu qızının kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-189/2019 nömrəli, 04 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)- 53/2020 nömrəli, 06 fevral 2020-ci il tarixli qərardadının surətinə əsasən, iddiaçı Bağırova Kəmalə Bayramqulu qızının şikayəti təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-608/2019 nömrəli qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)- 966/2020 nömrəli, 23 iyun 2020-ci il tarixli qərarının surətinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(108)-03/2020 nömrəli, 31 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsinin surətinə əsasən, iddiaçı X4 hüquqi varisləri Bağırova Kəmalə Bayramqulu qızının, X2 və X1 cavabdehlər İddiaçı, X10, X11, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)- 74/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsindən iddiaçı X4 hüquqi varisləri Bağırova Kəmalə Bayramqulu qızının, X2 və X1 verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsi qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair hissədə ləğv edilmiş, Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X12 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4991/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarının surətinə əsasən, iddiaçı X4 hüquqi varisləri Bağırova Kəmalə Bayramqulu qızı, X8 və X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)- 74/2021 nömrəli mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2- (108)-1/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçılar Bağırova Kəmalə Bayramqulu qızı, X8 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(078)-307/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-(102)-3250/2022 nömrəli qərarına əsasən, iddiaçı Bağırova Kəmalə Bayramqulu qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-(108)-1/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçılar Bağırova Kəmalə Bayramqulu qızının, X2 və X1 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə və İddiaçı qarşı hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(108)-27/2023 nömrəli qətnaməsinin surətinə əsasən, iddiaçılar Bağırova Kəmalə Bayramqulu qızı, X8, X6 və iddiaçı Bağırova Kəmalə Bayramqulu qızının vəkilnümayəndəsi X16 apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçılar Bağırova Kəmalə Bayramqulu qızı, X8, X6 və iddiaçı Bağırova Kəmalə Bayramqulu qızının vəkilnümayəndəsi X16 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 oktyabr 2023cü il tarixli, 2(102)-3005/2023 nömrəli qərarının surətinə əsasən, iddiaçılar Bağırova Kəmalə Bayramqulu qızı, X8 və X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-27/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və X20 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdeh Bağırova Kəmalə Bayramqulu qızı İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 125.5 kv.m (torpaq sahəsinin ölçüsü 0.0404 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10549 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********74-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən, mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki işin materiallarından görünür ki, mülkiyyətçi ilə cavabdeh arasında qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun hər hansı razılaşma olmamışdır. Belə olan halda da yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tədbiq olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin mənzildən çıxarılması nəticəsinə gələrkən həmçinin onun mülkiyyətində yaşayış mənzilinin olmasına əsaslanmışdır ki, cavabdeh yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyillər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bağırova Cavabdeh Gülnarə Hüseyn qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar