Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1004/2020 11.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı qızının Cavabdeh qarşı mənzilin bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Zeynalova X1 Nazim Mənsum oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, H.Rəhmanov küçəsi, döngə 3-də yerləşən 4 saylı yaşayış evindən ona çatan ½ payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı qızı məhkəməyə ünvanladığı ərizədə, Cavabdeh qarşı iddia qaldırdığını, məhkəmədən kənar münasibətlərini bərpa etdikləri üçün iş üzrə iddianın baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə etdiyi sənədlərin ona geri qaytarılması barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Həmin ərizə də müvafiq iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1 və 152.1.9-cu maddələrinə müvafiq olaraq, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı qızı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı qızının Cavabdeh qarşı mənzilin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qızı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1004/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1004/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver