Məhkəmə qərarları › İş №2(078)-1008/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1008/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1008/2021 11.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı 12.07.2021-ci il tarixli 149 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerində vəzifəsinə bərpa olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X18 12.07.2021-ci il tarixli 149 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerində vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 2013-cü ildə Şərur Rayon Poçt Şöbəsində əməliyyatçı olaraq işə qəbul edilmişdir. İşlədiyi müddətdə hər hansı nöqsanı olmamışdır. Onların iş rejimi növbəli olduğundan işçilərin hər biri digərinin şifrəsində istifadə edirdir. Çünki onlarda qayda belə idi və idarə rəisi bunun üçün hər hansı bir qadağan bildirməmişdi. 2021-ci ilin mayın 29-da işlədiyi yerin rəhbəri Rasim müəllim onu otağa çağırmış və getdiyində Xələc kəndinin əməliyyatçısı X7 da müdirin otağında görmüşdür. Müdir ondan Elvinin kod parolundan istifadə edib-etmədiyini soruşmuş, o isə cavabında kod paroldan istifadə etdiyini, bütün qəbzləri və ödənişləri Elvinə təhvil verdiyini bildirmişdir. Həmin vaxt müdir Elvinin kod parolunda aparılan ödənişlərdə kəsir olduğunu demişdir. Həmin vaxt Elvin bütün borcun onun olduğunu onun bu işə heç bir günahı olmadığını dedi. Daha sonra iyulun 5-də Naxçıvanpoçtun nümayəndəsi Şərur rayon Filialına gələrək onların idarə müdirinin yanına getmələrini bildirdi. İyulun 6-da o və Elvinin kod parolundan istifadə edən yoldaşları Naxçıvan şəhərinə İdarə müdirinin yanına getdilər. Müdir onları qəbul edərək iyulun 9-na kimi borcu bağlanmasını bildirdi. Həmin vaxt akt tərtib edilərək onlar tərəfindən imzalanmışdır. İyulun 12-də Elvin bütün borcu ödəmişdir. Daha sonra müdir Rasim müəllim onlara işdən azad edildiyini bildirdi. Səbəbi isə Elvinin kod parolundan istifadə etmək idi. Lakin onu Həmkarların iclasına heç kim dəvət etməmiş və ona görə də iştirak etməmişdir. İdarədə bütün işçilər həmişə bir-birinin kod parolundan istifadə edibdir. Burada heç bir qeyri-qanuni hərəkət olmayıbdır. Onun heç bir günahı və təqsiri olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edibdirlər. Əmrin surətini almaq üçün dəfələrlə İdarə müdirinə müraciət etsə də sonunda 29 iyulda əmr və əmək kitabçası ona verilmişdir. Mediasiya prosesində razılıq əldə etmədikləri üçün məhkəməyə müraciət etmişdir. Günahsız işdən çıxarıldığı üçün əmrin ləğv edilməsi və iş buraxma dövrü üçün əmək haqqının hesabanıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Əliyeva X3 X18 Şərur Rayon Filialında əməliyyatçı olaraq işləmişdir. İşçilər bir-birinin kod parolundan istifadə edə bilməzlər. Hazırki halda iddiaçının işdən azad edilməsi səbəbi Elvin Axundluya kömək etməsi, onun kod parolundan istifadə edərək müəyyən bir müddətdə Elvinin yeyintisinin bilinməməsinə səbəb olmuşdur. Nəticədə işəgötürən xeyli miqdarda maddi ziyan vurulmuşdur. Düzdür iddiaçının əməliyyatlarında kəsi olmamışdır. Lakin o və Nilufər adlı digər əməliyyatçı Elvinə kömək etmişlər, hesabat dövründə əməliyyat aparmaqla kəsiri bağlamasına kömək etmişlər. Bu hal yoxamalar zamanı öz təsdiqini tapmışdır. Ona görə də akt tərtib edilib hər bir işçi öz səhvini etiraf etmişdir. Bu şəxslərin işdə qalması mümkün deyil. Ona görə də hamısı işdən azad edilmişlər. Yoxlamalarda daha sonra bu kimi hallar aşkar edildikdə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Hümanistlik edilərək iddiaçının qadın olması onun öz əməliyyatında kəsir olmaması nəzərə alınıb barəsində araşdırma aparılması üçün hüquq-mühafizə orqanına müraciət edilməmişdir. İşdən çıxarılma proseduruna düzgün əməl edilmişdir. İddiaçıya Həmkarlar iclasının keçirilməsi, vaxtı barədə İdarə müdirinə deyilmiş, o da iddiaçıya məlumat vermişdir. Həmkarlar Komitəsinin iclası keçirilmiş, iddiaçının hərəkəti nəticəsində İdarəyə vurulmuş ziyan nəzərə alınıb iddiaçının işdən azad edilməsinə razılıq verimişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Dəfələrlə iddiaçıya demişdir ki, gözləsin, ona köməklik edəcəklər. Lakin iddiaçı və atası onlara qarşı hörmək çərçivəsində hərəkət etməmişlər. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o Şərur rayon X16 kənd poçtunda əməliyyatçı işləmişdir. Məzuniyyətdə olanda koronavirus olanda işə gələ bilməmişdir. Onun adından başqa şəxslər kod paroldan istifadə edərək əməliyyat aparmışlar. Özü iddiaçıdan xahiş etmişdir ki, əməliyyat aparsın. İddiaçı da əməliyyat aparmışdır. Onun apardığı ödənişlərdə kəsir olmuş, lakin bu iddiaçı ilə əlaqəli olmamışdır. Bunu onların hamısını mərkəz İdarəyə apardıqları zamanı bildirmişdir. Bütün kəsiri ödəmişdir. Lakin yenə də onu, iddiaçını və başqa işçiləri Əmək Məcəlləsinin 70-ci madəsi ilə işdən azad etmişlər. İddiaçının heç bir günahı yoxdur. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o Şərur rayon X16 kənd poçtunda əməliyyatçı işləmişdir. Məzuniyyətdə olanda koronavirus olanda işə gələ bilməmişdir. Onun adından başqa şəxslər kod paroldan istifadə edərək əməliyyat aparmışlar. Özü iddiaçıdan xahiş etmişdir ki, əməliyyat aparsın. İddiaçı da əməliyyat aparmışdır. Onun apardığı ödənişlərdə kəsir olmuş, lakin bu iddiaçı ilə əlaqəli olmamışdır. Bunu onların hamısını mərkəz İdarəyə apardıqları zamanı bildirmişdir. Bütün kəsiri ödəmişdir. Lakin yenə də onu, iddiaçını və başqa işçiləri Əmək Məcəlləsinin 70-ci madəsi ilə işdən azad etmişlər. İddiaçının heç bir günahı yoxdur. Məhkəmə baxışı iclasında şahid X11 ifadəsində bildirmişdir ki, "xxxx" X18 Həmkarlar Komitəsinin sədri vəzifəsində işləyir. 09 iyul 2021-ci il tarixli məktubla X8 Şəxsin Şərur Rayon Şöbəsinin özündə və bir sıra kəndlərində olan əməliyyatçılar barəsində tərtib edilmiş 06 iyul 2021-ci il tarixli akt müzakirə edilməsi üçün onlara göndərilmiş və bunun əsasında həmin vaxt iclas keçirilmişdir. İclasa aktda göstərilən şəxslərin iştiraklarını təmin etmək üçün Şərur Rayon Filialının müdirinə məlumat verilmişdir. Lakin aktda adı qeyd olunan şəxslər iştirak etməmişdirlər. 2021-ci ilin 9 iyul tarixində əmək kollektivinin 20 nəfərdən ibarət iclası keçirilmiş və adları qeyd edilən şəxslərin o cümlədən Şərur rayon Mərkəzi poçt əməliyyatçısı İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və əmək vəzifələrinin kobud şəkildə pozduğu üçün tutduqları vəzifədən azad edilməsi qanunauyğun hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri mülki iş üzrə toplanmış materiallalrala əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi əssassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsinə əmək müqaviləsinin surəti əlavə edilməmiş, həmçinin cavabdeh təşkilatın nümayəndəsinə işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinin təqdim edilməsi məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin Şərur Rayon Filialının 02 dekabr 2013-cü il tarixli 12 nömrəli əmrinin surətindən aydın olur ki, İddiaçı həmin tarixdən "xxxx" MMC-nin Şərur Rayon Filialının Kərimbəyli KRB-nin əməliyyatçısı vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 2013-cü il tarixdə "xxxx" MMC_nin X6 KRB-nin əməliyyaçısı vəzifəsinə təyin eidlmiş, 03.02.2014-cü ildə vəzifəsindən azad edilərək Şərur şəhəri üzrə ŞAD əməliyyatçısı vəzifəsinə keçirilmiş, 07.06.2017-ci ildə Dərəkənd poçt Bölməsində əməliyyatçı vəzifəsinə təyin edilmiş, 02.12.2019-cu il tarixdə Yuxarı Aralıq kənd poçt bölməsinə əməliyyatçı vəzifəsinə keçirilmiş, 12.07.2021-ci il tarixdə tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" X18 149 nömrəli əmrindən aydın olur ki, "xxxx" X18 Şərur Rayon Filialının Aparatının əməliyyatçısı İddiaçı 12 iyul 2021-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş İşçinin məsuliyyət və etika itizamnaməsindən aydın olur ki, X1 iltizamnaməni 01 iyun 2018-ci ildə imzalamışdır. İş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli aktdan aydın olur ki, Şərur Rayon Filialında aparılmış monitorinq zamanı mərkəzi poçt əməliyyatçısıs Əliyeva X4 poçt bölməsi əməliyyatçısı X2 parolundan istifadə edərək ödənişlər qəbul etmiş, qəbul etdiyi vəsaiti qəbzlər və arayışlarla birlikdə əməliyyatçı Axundlu Elvinə təhvil vermişdir. İddiaçı törətdiyi əməli öz izahatında qeyd etmişdir. İş materiallarında olan “NaxçıvanpoçtÜ X18 X9 yazılmış Şərur Rayon Mərkəzi poçt Bölməsinin əməliyyatçısı İddiaçı izahatından aydın olur ki, X7 öz xahişi əsasında kod parolunda işləyib qəbul etdiyi vəsaiti qəbzləri və arayışlarla birgə özünə təqdim etmişdir. Etdiyi səhvin məsuliyyətini başa düşür və bir daha işində nöqsan olmayacağına söz verir. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli məktubdan aydın olur ki, X8 Şəxsin Şərur Rayon Şöbəsinin özündə və bir sıra kəndlərində olan əməliyyatçılar barəsində tərtib edilmiş 06 iyul 2021-ci il tarixli akt müzakirə edilməsi üçün "xxxx" X18in Həmkarlar İttifaqı Komitəsinin sədrinə göndərilmişdir. İş matriallarında olan "xxxx" X18in Həmkarlar Komitəsinin 2021-ci ilin 9 iyul tarixli Protokolundan Çıxarışdan aydın olur ki, əmək kollektivinin 20 nəfərdən ibarət iclası keçirilmiş və adları qeyd edilən şəxslərin o cümlədən Şərur rayon Mərkəzi poçt əməliyyatçısı İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və əmək vəzifələrinin kobud şəkildə pozduğu üçün tutduqları vəzifədən azad edilməsi qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər a) müəssisə ləğv edildikdə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün İdarənin Həmkarlar Komitəsinə məktubla müraciət olunmuş və həmin müraciətə baxılaraq Komitə tərəfindən protokoldan çıxarış işəgötürənə təqdim olunmuşdur. İddiaçı Həmkarlar Komitəsinin iclasına dəvət olunmadığını və iştirak etmədiyini qeyd etsə də cavabdeh tərəfindən təqdim olunmuş şahid ifadəsindən görünür ki, iddiaçı Komitə iclasına dəvət edilmiş lakin gəlməkdən imtina etmişdir. Məhkəmə şahid ifadələrini sübut kimi qiymətləndirərək iddiaçının Həmkarlar Komitəsinin iclasında dəvət edildiyi və iştirak etməkdən boyun qaçırdığı qənaətinə gəlir. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənə, müəssisənin qanuni mənafeyinə hansı formada xələl gətirməsi iş materiallarında olan 06 iyul 2021-ci il tarixli Aktla təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı işdən azad edilməsi ilə bağlı əmrin düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən onun işə bərpa edilməsi üçün işdə hər hansı əsas yoxdur, ona görə də iddia rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı 12.07.2021-ci il tarixli 149 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerində vəzifəsinə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar