Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1023/2022 16.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1550 (bir min beş yüz əlli) manat pulun və ödənilmiş 35.50 (otuz beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2021-ci ilin aprel ayında Naxçıvan şəhərində yaşadığı ev çökdüyündən yenidən həmin torpaq sahəsində ev inşa etməyə başlamışdır. Evi tikib başa çatdırandan sonra həmin ilin noyabr-dekabr aylarında evin elektrik işlərini gördürmək üçün elektrik ustası kimi tanıdığı Naxçıvan şəhər sakini Cavabdeh ilə danışmışdır. Emil gəlib, evə baxandan sonra xəttin birini onunla 6 manata çəkməyı razılaşmışdır. Müəyyən işlər gördükdən sonra havalar soyuduğu üçün işi dayandırmışdır. Buna baxmayaraq Emilə müəyyən vaxtlarda işlədiyi işin müqabilində nəğd şəkildə pul birlikdə 1550 manat dəyərində nisyə ərzaq vermişdir. 2022-ci ilin fevralında elektrik işini davam etdirməyə başlayanda Emil işini başa çatdırmamışdır. Emili çağırıb, hesabı dəqiqləşdirmək istəyəndə onun cəmi birlikdə 1550 manat borcu olduğunu bildikdən sonra aralarında mübahisə yarandı.Emil ona konkret olaraq bildirdi ki, “ mən nə sənə gəlib qalan işimi başa çatdıracam, nə də ki, sənə pul verəcəm, hara istəyirsən get müraciət elə kimsədən qorxub-çəkinmirəm.” Hal-hazırda Emilin ona 1550 manat borcu var. Borcunu qaytarmaqdan imtina edir, işini başa çatdırmır, əksinə onu söyüb-təhqir edir. Özünə ev tikdirdiyi üçün həmin pula böyük ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sədrik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, elektrik xətlərinin çıxış nöqtələrinin 1 ədədini 6 manatdan hesablayıb razılaşmış, sonra Emil işinin qarşılığında işlətdiyi dükandan nisyə ərzaq götürməyə başlamışdır. Bir-iki dəfə də borc pul aldı və dedi ki, alimenti ödəyə bilmir. O da pulu vermişdir, 337 manatlıq ondan bazarlıq edib, bir dəfə də 480 manat nağd pul vermişdir. Ona deyib ki, aliment ödəyəcəyək köməklik etsin, o da 480 manat pul vermişdir. Həmin borc dəftərini məhkəməyə təqdim etmişdir. Emil əlavə də 960 manatlıq bazarlıq edib. Köhnə dəftərində keçən il hamısını qeyd etmişdir. Hazırda dəftəri təzələmişdir. Onun qalıq 960 manat borcunu təzə dəftərə köçürmüşdür. Köhnə dəftəri atmışdır. Cavabdehə gördüyü işin pulunu verməmişdir. Çünki işini yarımçıq görüb. Əlavə 400 maat başqa ustalara pul verib onun yarımçıq işlərini gördürmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. O, iddiaçının evində elektrik ustası kimi işləmiş və elektrik naqillərini çəkmişdir. Ara-sıra da ona verəcəyi pulun müqabilində həmin qiymətə onun dükanından ərzaq götürmüşdür. Ancaq götürdüyü ərzaqların hamısı işlədiyi pulun müqabilində olmayıb. Özü dəfələrlə iddiaçıya nağd şəkildə götürdüyü ərzaqların pulunu vermişdir. Hazırda on deyil, iddiaçı ona pul borcludur. İddiaçı onu evində işlədib ancaq işlədiyi işin haqqını tamam verməyib. İddiaçıya heç bir borcu yoxdur. Borcla bağlı telefonunda borc dəftərinin siyahısı var. Telefonu hazırda təmirdədir. Təqdim edə bilmir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, o, iddiaçının dükanından 337 manatlıq bazarlıq etmişdir. 480 manat da nağd şəkildə borc pul almışdır. Qalan iddiaçıya 1 qəpik belə borcu yoxdur. İddiaçının iddia etdiyi 960 manat borc da tamamilə yalandır. Onun iddiaçıya 817 manat borcu var. Bunu etiraf edir. O, iddiaçının evində işləyərkən ancaq elektrik xətlərini çəkmişdir. İşini də tam hazırlayıb iddiaçıya təhvil vermişdir. Elektrik xətlərinin çıxış nöqtələrinin 1 ədədini 6 manatdan deyil iddiaçı ilə 9 manatdan razılaşmışdır. Hazırda iddiaçının ona borcu var. İddiaçının evində 1550 manatlıq iş görmüşdür. O da onun gördüyü işin əvəzinə bu pulu monun üstünə atmaq istəyir. O iddiaçı ilə haqq-hesab etmişdir. 480 manat alimenti ödəmək üçün pul almışdır. 337 manat da bazarlıq etmişdir. İddiaçının dükanında kamera vardır. Əgər ona dediyi qədər borcu varsa sübut etsin. O, dəftəri qəbul etmir. O dəftər sonradan yazılıb. O dəftəri yazanda orada olmamışdır. Onlar haqq-hesab edəndə köhnə dəftər var idi və orada 817 manat borc yazılmışdı. O, bütün elektrik işini başa çatdırmışdır. İddia qaldırıb gördüyü işin haqqını tələb edəcək. Qeyd etdiklərini nəzərə alıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində 1550 (bir min beş yüz əlli) manat pulu cavabdehdən tələb etmiş, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh iddiaçıya 817 (səkkiz yüz on yeddi) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh iş üzrə İddiaçı 817 (səkkiz yüz on yeddi) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə ümumilikdə 1550 manat məbləğində pul və ərzaq verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçıdan ümumilikdə 817 manat məbləğində pul və ərzaq aldığını bildirmişdir. Cavabdehin etirafı iddiaçını iddia tələbinin 817 manat məbləğində olan hissəsini sübut etməkdən azad etsə də qalan məbləğdə borcun olmasına dair tələbini iddiaçı sübuta yetirməlidir. İddiaçı tələbini sübuta yetirmək üçün nisyə dəftərini məhkəməyə təqdim etmişdir. Tərəflərin iştirakı ilə həmin dəftərə baxış keçirilən zaman tərəfərin izahatı ilə müəyyən edilmişdir ki, təqdim edilən dəftər tərəflər arasında borc münasibətləri olan zaman tərtib edilən dəftər yox, daha sonra tərtib edilən dəftərdir. Bu halı cavabdeh bildirmiş, iddiaçı cavabdehin bildiriyi halı təsdiq etmişdir. Sonradan iddiaçı tərəfindən dəftərin tərtib olunmasını o, növbəti ilə keçirilməsi və dəftəri vərəqlərinin dolması ilə əsaslandırmış, lakin keçmiş dəftərin hazırda mövcud olmadığını, onu atdığını bildirmişdir. Halbuki cavabdeh onların arasında borc haqq-hesabının hazırda təqdim edilən dəftərdə yox, keçmiş dəftərdə aparıldığını, həmin dəftərlə özünün də tanış olduğunu, o dəftərdə borc məbləğinin 817 manat qeyd edildiyini bildirmiş, buna münasibətdə iddiaçı borc məbləğinin 1550 manat olmasına dair təkzibedilməz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, bu hissədə sübutetmə yükünü qanunvericilik iddiaçının üzərinə qoymuşdur. İddiaçı tərəfindən təqdim edilən dəftərdə məbləğ və hesab yazılmış, həmin məbləğin cavabdehə məxsus olmasına dair cavabdeh tərəfindən hər hansı imza, tarix qeyd edilməmişdir. Buna görə də məhkəmə sözügedən dəftərdə aparılan qeydlərin müqavilə tələblərinə uyğun olmaması əsası ilə sübut qismində qiymətləndirilməməsi nəticəsinə gəlir. Belə ki, təqdim eidlən dəftər sübutun dəqiqlik, konkretlilik, təkzibolunmazlıq xüsusiyyəti ilə uzlaşmır. İddiaçı qed edilən dəftərdən başqa pulun və ərzağın verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 817 (səkkiz yüz on yeddi) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı X1 verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Belə ki, İddiaçı borcun məbləğinin 1550 manat olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh də məhz 817 manat borcu etiraf etmişdir. Həmçinin məhkəmə Cavabdeh iddiaçının ona verəcəyi pul olması, həmin pul müqabilində onun iddiaçıdan pul alması, dükanından ərzaq alması ilə bağlı bildirdiyi arqumentlərlə bağlı məhkəmə qeyd edir ki, cavabdeh borcun əvəzləşdirilməsini tələb etməmiş, bununla bağlı qarşılıqlı iddiasını təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd etdiyi hallarla bağlı iddia ilə müraciət emək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hazırki işdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 11658 nömrəli qəbzlə ödənilmiş 35.50 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 18.70 (on səkkiz manat yetmiş qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 817 (səkkiz yüz on yeddi) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 11658 nömrəli qəbzlə ödənilmiş 35.50 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 18.70 (on səkkiz manat yetmiş qəpik) manat Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1023/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1023/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver