Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-103/2024 20.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhəri Babək məhəlləsi ev 20-də yerləşən 66 nömrəli 2 otaqlı mənzildən Cavabdeh yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh ögey oğludur. X2 onun həyat yoldaşıdır. Nağdəli ondan əvvəl xx.xx.1983-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə X18 ilə evlənmişdi. Onların bu evliliyindən 1984-cü ildə Cavabdeh və 1985-ci ildə X15 adında iki övladları doğulmuşdu. Kəmalə Əliyeva 1994-cü ildə vəfat etmiş, onun övladları 1996-cı ilə kimi balaca olduqları üçün bibiləri Tahirənin yanında yaşamışlar. O 1996-cı ildə ailə quranda həyat yoldaşının birinci həyat yoldaşından olan oğlanları Ziya ilə Zəka balaca idilər. Ögey oğulları əvvəl bibisi Tahirə ilə yaşamış, o, ailə qurduqdan sonra uşaqlar 3 il onlarla yaşadıqdan sonra yenə də ana nənəsi Almaz xanımın yanında yaşadılar. Elə böyüyüb oradan da hərbi xidmətə getdilər. Hərbi xidmətdən qayıtdıqdan sonra daha evə qayıtmadılar. Bakı şəhərində yaşayan dayılarının yanına gedib orada işə girdilər. Sonra Naxçıvana qayıdıb 2006-cı ildə ailə qurdular və kirayə ev tutub orada yaşamağa başladılar. Onlar mübahisəli mənzillə əlaqələrini 1999-cu ildən kəsmişdilər. Hazırda ailəlidirlər və başqa yerdə yaşayırlar, özlərinə məxsus evləri var. 17 oktyabr 2010-cu ildə həyat yoldaşı Nağdəli Zeynalov vəfat etdi. Mənzildə o və 2 övladı yaşamaqda davam edir. 2017-ci ildə mərhum həyat yoldaşının mülkiyyətində olan Naxçıvan şəhəri, Babək məhəlləsi ev 20-də yerləşən 66 nömrəli, 2 otaqlı mənzili adına keçirmək istəmiş, bu barədə Ziya və Zəka ilə danışmışdır. Onlar da həmin mənzillə bağlı gələcəkdə heç bir tələblərinin olmaması üçün ondan pul istədilər. Buna görə də kreditə girib Ziyaya 1500 manat, Zəkaya isə 1000 manat pul verib. Onlar da söz verdilər ki, mənzilin qeydiyyatından çıxacaqlar. Zəka Zeynalov sözünü əməl edərək evini sənədləşdirib mübahisəli mənzilin qeydiyyatından çıxıb öz evinin qeydiyyatına düşüb. Lakin Cavabdeh qeydiyyatdan çıxmayıb. Naxçıvan şəhəri, Babək məhəlləsi 20-də yerləşən 66 saylı iki otaqlı mənzili xx.xx.2022-ci il tarixdə mərhum həyat yoldaşı X3 adından öz adına keçirməklə qeydiyyata saldırıb. Ziya Babək şəhərində toorpaq alıb və ev tikib. Evi arvadının adına sənədləşdirib. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı ilcasında şahid X19 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. O, 1983-cü ildən həmin binada iddiaçının əri ilə qonşu olub. Cavabdeh Ziyanın anası Kəmalə müəllimə xərçəng xəstəliyindən vəfat etdi. Onda Ziya ilə Zəka çox balaca idi. Onları nənələri saxladı. Sonra Zərifə xanım ailə qurub həmin evə gəldi və Ziya ilə Zəkanı saxlamağa başladılar. Cavabdeh və qardaşı böyüdükdən sonra həmin evdən getdilər. Hazırda 15-20 ildir heç həmin evdə yaşamırlar. Hazırda Ziya və Zəkanın özlərinə məxsus evi var. Zəka və Ziyanı iddiaçının qızının toyunda görübdür. Heç tanımayıbdır. Çünki həmin binaya gəlməyiblər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarını iddiaçının izahatı, şahidin ifadəsi və təqdim edilmiş sübutlar əsasında tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki: Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş çıxarışdan məlum olmuşdur ki, X4 ilə X8 nikahından xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh adlı övladları var. Babək rayon Kərimbəyli kənd İN tərəfindən xx.xx.2015-ci il tarixdə təkrar verilmiş AZ- İ seriyalı 881222 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X4 ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmış və bu barədə 17 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 435241 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 17 oktyabr 2010-cu il tarixdə qırxtağın xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 325 nömrəli akt qeydi icra edilmişdir. Babək rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan məlum olmuşdur ki, Cavabdeh ilə Eminova (Zeynalova) Esmira Elburus qızı arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış və bu barədə 168 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Babək məhəlləsi ev 20-də yerləşən ümumi sahəsi 53.67 kv.metr olan 66 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/29 nömrəli reyestr kitabının 5682 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan İcra Hakimiyyəti Naxçıvan şəhər 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 105 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İdarədə olan məlumata görə 2011-ci ildən bu günə qədər həmin mənzildə yaşamır. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən aydın olur ki, X5 rayon Babək şəhəri M.Hüseynzadə küçəsi 3/10 ünvanında yerləşən 0.0222 ha torpaq sahəsini 2600 manata X1. İş materiallarına əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti Babək şəhər İƏDN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 18 nömrəli məktubunda qeyd olunmuşdur ki, Babək şəhəri H.Cavid küçəsi ev 7-də qeydiyyatda olan X6 adına olan 0.0222 ha həyətyanı torpaq sahəsi Babək şəhər təssərrüfatbaşına kitabda qeydiyyata alınmayıb, həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi var. X9 ailəsi ilə həmin evdə bir aya yaxındır ki, yaşayır. Kommunal xərclərin kimin adına ödənilməsi onlara məlum deyil. ünvan 3ar İdarəsinin xx.xx.2023-cü il tarixli 01/494 nömrəli arayışına əsasən Cəfərova X13 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 3ar İdarəsinin xx.xx.2023-cü il tarixli 01/493 nömrəli arayışına əsasən Zeynalov X14 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, Cavabdeh mübahisli mənzildə 1999-cu ilə kimi yaşamışdır. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, cavabdehin anası Kəmalə Əliyeva 1994-cü ildə vəfat etmiş, onun övladları 1996-cı ilə kimi balaca olduqları üçün bibiləri Tahirənin yanında yaşamış, 1996-cı ildə iddiaçı cavabdehin atası ilə ailə qurandan sonra uşaqlar 3 il onlarla yaşadıqdan sonra yenə də ana nənəsi Almaz xanımın yanında yaşamış, elə oradan da hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra daha evə qayıtmamış, Bakı şəhərində yaşayan dayılarının yanına gedib orada işə girmiş, sonra Naxçıvana qayıdıb 2006-cı ildə ailə qurmuş və kirayə ev tutub orada yaşamağa başlamışdır. İddiaçı cavabdehin daimi yaşayış yerinin olmasını, onun daimi olaraq başqa yaşayış yerində yaşamasını sübuta yetirə bilmişdir. Bununla bağlı iddiaçı məhkəməyə 15 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsini və Babək Rayon İcra Hakimiyyəti Babək şəhər İƏDN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 18 nömrəli məktubunu təqdim etmişdir. Məhkəmə cavabdehin 1999-cu ildə iddiaçının mülkiyyətində olan mənzildən köçüb getməsini və hazırda sənədləşdirməsə də özünün tikdiyi evdə yaşamasını mübahisəli mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi iddiaçının yaşayış sahəsindən getməsi onun yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal iddiaçının mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən dindirilən şahidin ifadəsinə nəzərə saldıqda şahidin ifadəsini mötəbər sübut növü kimi qəbul etmək olar. Ona görə ki, şahid ifadəsi konkretdir və iddiaçının izahatını təsdiq edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatını, şahidin ifadəsini və təqdim edilən sənədləri əhatəli şəkildə təhlil edib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023cü il tarixdə 5102 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri Babək məhəlləsi ev 20-də yerləşən 66 nömrəli mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 5102 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-103/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-103/2024
20.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver