Məhkəmə qərarları › İş №2(078)-1059/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1059/2020

08.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1059/2020 08.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın boşaldılaraq açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək

1. Paylı mülkiyyətdə olan ünvan 1 mənzil 12 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) boşaldılması;

2. Paylı mülkiyyətdə olan ünvan 1 mənzil 12 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə (3/5 hissədə payın) cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir və buna görə də iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı tələbinin əvvəlində tələb düzgün olaraq mülkiyyətdə olan əmlakın boşaldılaraq açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi olaraq qeyd edilməsinə baxmayaraq xahiş etdi hissəsində iddiaçı bir cavabdeh qeyd etməsinə baxmayaraq tələbin sonunda xahiş etdi hissəsində (3/5 hissədə payın) cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını qeyd etmişdir. Halbuki həmin tələb yəni payın dəyərinin cavabdeh tərəfindən ödənilməsi tələbinə məhkəmə tərəfindən artıq baxılmış və iş üzrə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmışdır. İddia tələbinə əlavə edilmiş çıxarışdan aydın olur ki, ünvan 2 mənzil 12 ünvanı yeddi şəxsin mülkiyyətində olmaqla paylar çıxarışda konkret olaraq göstərilmişdir. Məhkəmə iddiaçıya izah edir, iddia tələbi konkret olmalıdır, bu halda iddiaçı adı paylı mülkiyyətçi olaraq çıxarışda göstərilmiş bütün cavabdehləri və onların poçt ünvanlarını iddia tələbində konkret göstərməlidir. Həmçinin tələb konkret olaraq iddia tələbinin əvvəlində qeyd edildiyi kimi paylı mülkiyyətdə olan əmlakın boşaldılaraq açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi kimi göstərilməlidir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın boşaldılması və paylı mülkiyyətdə olan ünvan 1 mənzil 12 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə (3/5 hissədə payın) cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar