Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-106/2024 09.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və X4 iştirakı ilə, Ərizəçi mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs1 və X8 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, mərhum həyat yoldaşı X5 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurub. Nikahlarından Maraqlı şəxs2, Maraqlı şəxs1 və X8 adlı üç övladı doğulub. Həyat yoldaşı 17 noyabr 2015-ci il tarixdə vəfat edib. Ondan ünvan 1 ünvanında yerləşən əmlak miras qalmışdır. Mərhum həyat yoldaşı X3 ölümündən sonra qeyd olunan mirası o qəbul edib. Övladları mirasdan onun xeyrinə imtina ediblər. Onlar mirasın rəsmi və faktiki qəbul edilməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələblərinin olmaması ilə bağlı ərizələrini notariusa təqdim ediblər. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, atası 2015-ci ildə vəfat etdikdən sonra anası həmin evdə yaşayır. Onun bununla bağlı heç bir mübahisəsi yoxdur. O, 2007-ci ildə ailə qurub evdən ayrılıb. Ərizənin təmin edilməsini xahiş edirəm. O, mirasın rəsmi və faktiki qəbul edilməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələblərinin olmaması ilə bağlı ərizəsini notariusa təqdim edib. Məhkəmə iclası zamanı dindirilən maraqlı şəxs X8 izahatında bildirmişdir ki, atası öldükdən sonra anası həmin evdə yaşayır Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Maraqlı şəxs1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin Maraqlı şəxs1 məhkəmənin ünvanına ərizə göndərərək Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə digər Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin həyat yoldaşı Mirəhən kişi rəhmətə getdikdən sonra ancaq Şəhla xanım həmin evdə yaşayıb. Hazırda da və oğlu yaşayır. Övladları ailə qurub ayrılmışdır. Məhkəmə baxışı iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçinin həyat yoldaşı Mirəhən kişi rəhmətə getdikdən sonra ancaq Şəhla xanım həmin evdə yaşayıb. Hazırda da özü yaşayır. Övladları ailə qurub ayrılmışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, maraqlı şəxslərin izahatını, maraqlı şəxsin ərizəsini, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1982-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 ilə Qurbanova (Seyidova) Şəhla Pənah qızı arasında həmin tarixdə nikah bağlamış və bu barədə 119 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs1 xx.xx.1983-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 xx.xx.1984-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs3 xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 xx.xx.2015-ci ildə durğunluq pnevmoniyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2015-ci il tarixdə 400 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1428 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış mərhum X3 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. Ərizəçi -həyat yoldaşı-1961;
2. Maraqlı şəxs1-oğlu-1983;
3. X7-qızı-1984;
4. Maraqlı şəxs3-oğlu-1987. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər B.Abbasov küçəsi, döngə 2-də mülkiyyətdə olan 0.0296 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 60.30 kv.m yaşayış, --kv.m qeyri yaşayış, 27.80 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/12 nömrəli reyestr kitabının 2185 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maraqlı şəxs2, Maraqlı şəxs1 və X8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X2 miras qalmış daşınmaz və daşınar miras əmlakdan ona düşən payı qəbul etmir və bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1354 nömrəli arayışından aydın olur ki, Seyidova X9 şəhəri, 14-cü məhəllə ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi 12.1.2023cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 654/2023 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X3 vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X3 vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin izahatı ilə yanaşı, maraqlı şəxslərin izahatı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi həyat yoldaşının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 1ünvanında yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 qalan Naxçıvan şəhər B.Abbasov küçəsi, döngə 2-də mülkiyyətdə olan 0.0296 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 60.30 kv.m yaşayış, --- kv.m qeyri yaşayış, 27.80 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva