Məhkəmə qərarları › İş №2(078)-1068/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1068/2020

10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1068/2020 10.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi mirasın yalnız onun tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək atası X1 qalan miras əmlakın-Naxçıvan şəhəri M.Ə.Sabir küçəsi döngə 8, ev 5-in yalnız onun tərəfindən qəbul eidlməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərdən daşınmaz əmlakın çıxarışı, texniki pasportu, ölüm haqqında şəhadətnamə, vərəsəlik haqqında arayışlardan aydın olur ki, miras qoyan şəxs X2r. Lakin ərizəyə əlavə edilən doğum haqqında şəhadətnamədən aydın olur ki, ərizəçinin atasının adı Tahar yox, Tahir olaraq göstərilmiş, digər hüquqmüəyyənedici sənədlər doğum haqqında şəhadətnamədə göstərilmiş qaydada ərizəçinin atasının adı Tahir olaraq göstərilmişdir. Məhkəmə belə hesab edir ki, ərizənin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, ərizəçi atası olaraq göstərdiyi X1 qalan mirası tələb etmək üçün əvvəlcə özünün doğum haqqında şəhadətnaməsi ilə atasının adında olan uyğunsuzluğun (Tahar-Tahir adlarının uyğunsuzluğunun) aradan qaldırılması tələbi ilə müraciət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu sənədlərlə işin icraata qəbul edilməsi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.1-ci maddələrinə əsasən hakim iddia ərizəsinin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də Ərizəçi tərəfindən xx.xx.2020-ci il tarixli 68759 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi mirasın yalnız onun tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2020-ci il tarixli 68759 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qalxdıqdan sonra ərizəçi ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar