Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1072/2021 18.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X13 Şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi iş stajının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1977-2004-cü illərdə Naxçıvan şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsində saatsaz kimi işləməyi, iş stajının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, 1977-ci ildən Naxçıvan səhəri Məişət Xidmətinin Rembit Texnika İdarəsində saatsaz kimi işə başlamış, 2005-ci ilə qədər həmin İdarədə işləmişdir. Həmin ildən sonra idarə ləğv olunduğundan fəaliyyət göstərməklə vergi ödəyicisi kimi qeydiyyatda dayanaraq çalışır və Naxçıvan MR-də hamı onu saatsaz kimi tanıyır. İşlədiyi illərdə ona əmək kitabçası verilmədiyindən və İdarənin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən əmək stajını əldə edə bilmir. Ərizəçi qeyd etmişdir ki, o, pensiyaya çıxmaq istəyir, lakin əmək stajı olmadığından pensiya almaq hüququ əldə edə bilmir. Onun qeyd etdiyi illərdə sözügedən idarədə işləməyini onunla birlikdə işləmiş X3, X6, X4 təsdiq edə bilər. Digər şəxslər vəfat etdiklərindən onları şahid kimi ərizədə qeyd edə bilmir. O işlədiyi ilk vaxtlar müdirləri Nadya müəllimə olubdur. 1978-1980-ci illərdə Nadya müəllimlə onlara rəhbərlik edibdir. Daha sonra 1980-ci ildə Mamed müəllim müdir oldu, təxminən 6 ay işlədi. Sonra Qurbanəli müəllim müdir təyin edildi, 1 il də o işlədi. Daha sonra Fuad Nağıyev 12 il onlara rəhbərlik etdi. Sonuncu müdirləri isə Ədalət müəllim oldu və 2005-ci ilə qədər onlara rəhbərlik etdi. 2005-ci ildə İdarə ləğv edildi və onlar vergidən qeydiyyatdan keçib müstəqil fəaliyyət göstərdilər. 65 yaşı tamam olanda pensiyasının təyin olunması ilə əlaqədar Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsinə müraciət etmiş, şöbənin 26 avqust 2021-ci il tarixli 02/941 nömrəli məktubunda müraciətinin şöbənin pensiya təyin edən komissiya tərəfindən nəzarət qaydasında araşdırıldığı, əmək kitabçası və 01 yanvar 2006-cı il tarixədək arxiv arayışı olmadığından, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı göstərilmişdir. Halbuki əmək kitabçasının onda olmaması və İdarənin sənədlərinin arxivə təhvil verilməməsi onun təqsiri deyildir. Ərizəçi sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili Vəkil verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X13 Şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndəsi X2 oğlu ərizəni rədd edərək verdiyi izahatında bildirmişdir ki, Ərizəçi 25 avqust 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X13 şəxsin Naxçıvan şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, onun müraciətinə Fondunun Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiya tərəfindən nəzarət qaydasında baxılaraq, onun təqdim etdiyi sənədlər araşdırılmış və müraciəti qanunvericiliyə uyğun olaraq şöbə tərəfindən 26 avqust 2021-ci il tarixli 02/941 saylı məktubla cavablandırılmışdır. Ərizəçi ərizəsində 1977-ci ildən Naxçıvan şəhəri Məişət Xidməti Rembit Texnika İdarəsində saatsaz kimi işə başladığını və həmin İdarədə 2005-ci ilədək işlədiyini, həmin ildən sonra idarə ləğv olunduğunu, işlədiyi müddətdən vergi ödəyicisi kimi qeydiyyatda olaraq bu günədək çalışdığını, işlədiyi illər ərzində ona əmək kitabçasının verilmədiyini, İdarə sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən əmək stajı əldə edə bilmədiyini və bu səbəbdən əmək pensiyasına çıxa bilmədiyini bildirmişdir. "X7" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 06 ay artırılır. 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «a» bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Miidaliə Fonduna sığorta haqları keçirmək şərtilə əmək pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda “X7" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin iş müddətləri iş stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi istər əvvəl qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda, istərsə də 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “X7” Azərbaycan Respublikası Qanununda işçinin iş stajının məcburi dövlət sosial sığorta haqları ödənilməsi şərtilə sığorta stajı kimi hesablanıb əmək pensiyası təyinatı zamanı nəzərə alınması müəyyənləşdirilmişdir. Ərizəçi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X13 şəxsin Naxçıvan şəhər şöbəsinə daxil olmuş ərizəsi şöbənin pensiya təyin edən komissiyası tərəfindən nəzarət qaydasında araşdırılmış və təqdim olunmuş sənədlərdə əmək kitabçası və 01.01.2006-cı il tarixədək arxiv arayışları, 01.01.2006- 01.07.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeyd olunmadığından yaşa görə pensiya təyin etmək mümkün olmamışdır. Qüvvədə olan "X7 " Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən vətəndaşlara əmək pensiyası qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdıqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının nə tələb olunan 25 il stajı, nə də minimum pensiya təminatı üçün tələb olunan pensiya kapitalı olmadığından ona əmək pensiyası təyin etməkdən imtina olunmuşdur. “X7" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyala keçirilir. "X7” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən "Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Hüquqi aktların Dövlət Revstrində 21 dekabr 2017-ci ildə **********0017 nömrə ilə qeydiyyata alınmış Normativ Hüquqi akt olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "X7 "Azərbaycan Respublikasının Qanununa əsasən "əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2.2-ci bəndinə əsasən əmək fəalivyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin dövrlər sosial sığorta stajına daxil edilir. Ərizəçi işlədiyi təşkilatlarda bu kimi hallar mövcud olmamışdır. Hazırkı mübahisə üzrə ərizəçinin iş stajı sübut edilmədiyi üçün ona pensiya təyin olunması mümkün deyil. Təşkilatın nümayəndəsi sonda qeyd olunanları nəzərə alaraq, ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində bildirmişdir ki, o, 1941-1951-ci illərdə Naxçıvan Şəhər Sənaye Kombinatına saat təmiri sexində 1956-cı ildən usta kimi işləmiş, 1993-1994-cü illərdə pensiyaya çıxmışdır. Xatırladığı qədəri ilə onun işlədiyi dövrdə İlyas kursdan gəlib Firudin ustanın yanında işə başlamışdır. Pensiyaya çıxan dövrdə İlyas orada işləyirdi. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, Naxçıvan səhəri Məişət Xidmətinin Rembit Texnika İdarəsində ayaqqabı təmirçisi işləmişdir. İlyas sözügedən idarədə 1974-cü ildən işləyir. İlyasla yan-yana dükanlarda 30 il işləmiş, işlədiyi dövrdə İlyas 250, özü isə 280 manat dövlətə pul ödəmişdir. 1997-ci ildə işdən çıxmışdır. İşdən çıxarkən də əmək kitabçasını idarədən zorla almışdır. İşlədiyi idarənin adının Rembit Texnika İdarəsi və ya “Qartal” İstehsalat firması olub-olmadığını tam xatırlamır. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, Naxçıvan səhəri Məişət Xidmətinin Rembit Texnika İdarəsində 1979-2011-ci illərdə televizor ustası kimi işləmiş, 2011-ci ildə pensiyaya çıxmışdır. İşlədiyi dövrdə İlyas da orada işləmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri mülki iş üzrə toplanmış materialları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş 23.07.2021-ci il tarixli 13/815 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsinin sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən Ərizəçi işləməsinə dair məlumat yoxdur. Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi 11.05.2005-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən Ərizəçi verilmiş 26.08.2021-ci il tarixli 02/941 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, “X7" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X7" Azərbaycan Respublikasının Qanununa 01 yanvar 2019-cu il tarixdən edilmiş dəyişikliyə əsasən bu Qanunun 22-1.1. maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “X7" Azərbaycan Respublikasının Qanununun 31.2-
1. maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il İ yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasım təyin edən orqana daxil oldıığu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Ərizəçi təqdim etdiyi sənədlərdə əmək kitabçası və 01.01.2006-cı il tarixədək arxiv arayışı olmadığından və 01.01.2006-01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeyd olmadığından ona yaşa görə əmək pensiyası təyin etməyin mümkün olmadığı göstərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli məktubu ilə Naxçıvan şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsinin fəailiyyətini dayandırıbdayandırmaması, hazırda İdarənin VÖEN-lə fəaliyyət göstərib-göstərməməsi, ləğv edilmişdirsə hüquqi varisinin təyin edilib-edilməməsi barədə Naxçıvan MR Dövlət Vergi Xidmətinin Naxçıvan şəhər Vergilər İdarəsinə sorğu göndərilmiş, İdarənin 12 oktyabr 2021-ci il tarixli cavab məktubunda Naxçıvan şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsinin hüquqi şəxs qismində vergi ödəyicisi kimi Naxçıvan şəhər Vergilər İdarəsində qeydiyyatda dayanmadığı göstərilmişdir. Eyni zamanda məhkəmənin 07 oktyabr 2021-ci il tarixli məktubu ilə Naxçıvan şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsinin hansı ildən fəaliyyət başlaması, İdarəyə məxsus əmrlər kitabı, Ərizəçi həmin İdarədə işləməsinin təsdiq ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə sorğu göndərilmiş, İdarənin 14 oktyabr 2021-ci il tarixli 02/114 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məişət Xidməti Kombinatı-Məişət xidmətinin təmirlri şöbəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən Ərizəçi işləməsi haqqında məlumat yoxdur. İlk növbədə qeyd olunmalıdır ki, şahid qismində dindirilmiş şəxslərin ifadələrini iş üzrə toplanmış digər sübutlarla, o cümlədən ərizəçinin özünün izahatı ilə yanaşı yoxlanmalı, həmin sübutlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, hazırki tələb yalnız Naxçıvan Şəhər Arxiv İdarəsinin arayışına və dindirilmiş şahidlərin ifadələrinə əsaslanaraq təmin eidlə bilməz. MPM-ə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır (305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-in 308-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Göründüyü kimi qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin əsas zəruri şərti kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyrimüəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Baxılan iş üzrə ərizəçi Naxçıvan şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsində işləməsi faktının müəyyən olunmasını xahiş edir. İddiaçının təqdim etdiyi şahidlərdən X1 əmək kkitabçasından aydın olur ki, müxtəlif dövdə həmin idarədə işləmişdir. Digər şahidlər ifadələrində Naxçıvan Şəhər Məişət Xidmətinin Rembit Texnika İdarəsində işlədiklərini və pensiya aldıqlarını bildirsə də əmək kitabçalarının surətindən aydın olur ki, onları işlədikləri idarələrin adı sözügedən Naxçıvan Şəhər Məişət Xidməti Rembit Texnika İdarəsi olmamışdır. Sözügedən şəxslər fərqli idarələrdə çalışmışlar. İş materialları əsasında digər şahidlərin işlədikləri idarələrlə iddiaçının işlədiyini iddia etdiyi idarə əsasında hər hansı hüquqi bağlılığın olub olmadığı müəyyən edilmir. Mövcud vəziyyətdə isə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, yaxud itirilmiş sənədin bərpasının mümkün olmadığı barədə qənaətə gəlmək mümkün deyil. Nəticə: İşin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
Ərizəçi iş stajının müəyyən olunması tələbinə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva