Məhkəmə qərarları › İş №2(078)-1075/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1075/2023

31.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1075/2023 31.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan pul məbləğinin, ödənilmiş vəkil xərcinə görə 400 (dörd yüz) manatın və 50 (əlli) manat mediasiya ödənişinin, ümumilikdə 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh 01 aprel 2019-cu il tarixdə aralarında bağlanmış əmək müqaviləsi əsasında sürücü-ekspeditor vəzifəsinə işə götürdüyünü, cavabdehin həmin tarixdən sürücü-ekspeditor vəzifəsini icra etməyə başladığını, aralarında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin fəaliyyətinin ona qaimələr üzrə həvalə edilmiş malları müştərilərə (dükanlara) çatdırıb əvəzində isə pul vəsaitini müştərilərdən alaraq ona ödəmək olduğunu, bir müddət cavabdehin üzərinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirdiyini, lakin 2022-cü ilin dekabrın 27-də öz istəyinə uyğun olaraq idarə etdiyi, yük payladığı avtomobili qoyub çıxıb getdikdən sonra təhviltəslim prosesi həyata keçirilərkən Cavabdeh işlədiyi dövrdə müştərilərə (dükanlara) qaimələr üzrə verdiyi malların pullarını müştərilərdən alaraq ona ödəmədiyinin məlum olduğunu və nəticə etibarilə onun ona 10284.19 manat pul borcunun yarandığını, həmin pulu dəfələrlə özünə verməsini ondan xahiş və tələb etsə də, cavabdehin həmin pulu özünə götürdüyünü, “mənə çatmalıdır” deyərək pulunu geri qaytarmadığını, bununla bağlı ona yazılı olaraq da müraciət etdiyini, eyni zamanda mübahisənin həlli üçün mediasiyaya müraciət etdiyini, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən orada mübahisənin həllini tapmadığını, artıq bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini, həmçinin mübahisə ilə bağlı 400 (dörd yüz) manat ödəniş edərək, vəkil tutaraq, vəkildən hüquqi yardım aldığını, həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, artıq pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli, iddia tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsinin çıxarılmalı, cavabdeh tərəfindən ona əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan pul tələbinin təmin edilməli, tələb etdiyi 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 400 (dörd yüz) manat pulun və 50 (əlli) manat mediasiya ödənişinin cavabdehdən alınmaqla, ona verilməsinə dair müvafiq məhkəmə aktının qəbul edilməli olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iddianı müdafiə edən İddiaçı izahatında, Cavabdeh 2019-cu ildən mənimlə əmək müqaviləsi əsasında işləmişdir. Əmək müqaviləsində qarşı tərəfində, mənim də öhdəliyim göstərilmişdir. 2022-ci ilin dekabr ayının 27-də Cavabdeh heç bir səbəb olmadan işdən çıxıb getmişdir. Eyni zamanda cavabdehin firma qarşısında öhdəliyi var idi. Cavabdeh işdən gedəndən bir neçə gün sonra da işə gəlmədi. Biz Cavabdeh müraciət edərək işə gəlməməyinin səbəbini öyrənməyə çalışdıq. Cavabında işdən çıxdığını bildirdi. Cavabdehə əgər işdən çıxırsansa öhdəliyi olduğunu bildirdim. Satış müdiri Əliquliyev Vaqif dəfələrlə cavabdehlə telefon danışığı apararaq müəssisəyə gələrək malları təhvil verməli olduğunu ona bildirmişdir. Daha sonra cavabdeh gəlib malları təhvil verdi. Təhvil-təslimdən sonra məlum oldu ki, Cavabdeh üzərində 10000 (on min) manatdan çox kəsir vardır. Cavabdehdən pulun kəsir hissəsini ödəməsini tələb etdik. Cavabdeh pulun kəsir hissəsinin ona çatdığını və verməyəcəyini bildirdi. Əliquliyev Vaqifə əvvəlcə gəlib Səfər müəllimlə danışacağını bildirsə də, gəlmədi. Sonuncu dəfə öz oğlumla Əliquliyev Vaqifi cavabdehin yanında göndərərək məsələnin yoluna qoyulması ilə bağlı göstəriş verdim. Cavabdeh onlara “sizə verəcəyim heç bir pul məbləği yoxdur, gedin məhkəməyə verin” dedi. İşin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh öhdəsində olan mal və məhsullardan istifadə edərək 10000 (on min) manatdan yuxarı mənim pulumu özündə saxlayaraq verməmişdir. Cavabdeh müştərilərdən pulu yığıb özündə saxladığı bizə məlum idi. Özü də etiraf etmişdir ki, müştərilərdən pulu yığmışam, pul məndədir və həmin pulu Səfər müəllimlə danışıq apararaq verəcəyini bildirmişdir. Lakin həmin pulu vermədi.Həmin borc məbləği, cavabdehin götürdüyü mal-material və müştərilərdən yığdığı pullar əsasında yaranmışdır. Müştərilərdən pulun alınması araşdırılmış və araşdırmada firmanın satış müdiri Əliquliyev Vaqif və cavabdehin icazəsi ilə cavabdehin oğlu iştirak etmişdir. 2013-cü ildən bu fəaliyyətlə məşğulam. Fəaliyyətimiz ərzaq və qeyri ərzaq məhsullarının topdan satışını həyata keçirməkdir. Cavabdeh sürücü ekspeditor işləyirdi. Ona avtomobil vermişdik. Həm avtomobili idarə edir, həm də məhsulları satırdı. Məhsulları qaimə əsasında təhvil verirdik. Ekspeditor Anbardan malı götürüb ayırır, ayrı sahəyə yığır, onun əsasında qaimə yazılır, mən qaimə əsasında götürülən malları yoxlayıram. Qaimənin bir nüsxəsinə mən digər nüsxəsinə isə ekspeditor imza edərək mallları təhvil alıb avtomibilə yığır. Daha sonra malları satmaq üçün aparır. Bəli, qaimələri məhkəməyə təqdim etmişik. Cavabdeh 2019-cu ildən bizimlə işləyir. Bəli, cavabdeh 2019-cu ildən eyni vəzifədədir. Bəli, 2022-ci ilin dekabr ayınadək işinin öhdəsindən gəlmişdir. Aramızda mübahisə olmamışdır, borcu yaranmamışdır. 2022-ci ilin dekabr ayının 27-dən sonra cavabdehin borcu yaranmışdır. 2022-ci il dekabr ayının 27-dən sonra cavabdeh işdən çıxdığını dedi. Hər ayın sonu ekspeditorun maşında mal qalığını və müştəridəki mal qalığını yoxlayırıq. Cavabdeh özü də təsdiq edir ki, 01 dekabr 2022-ci il tarixə maşın qalığı və müştəri qalığı nə qədərdir. Bəli, yazılı şəkildə təsdiq etmişdir, bununla bağlı sənədi iddia ərizəsinə əlavə etmişik. Ekspeditorla hesabatımızı hər ayın sonu-növbəti ayın əvvəli edirik. Mağazalara mallar verilən zaman bəzi mağazalar pulu dərhal, bəziləri ayın sonu, bəziləri də növbəti malı təhvil verən zaman ödəyir. Cavabdehin öhdəçiliyində son hesabata əsasən cəmi 41344.4 manat pul olmuşdur. Sizə təqdim etdiyim sənədlərdə cavabdeh borcunun olduğuna dair imza etmişdir. Sənədlərdə göstərilən müştəri borcu mağazanın bizə olan borcudur. 2022-ci ilin dekabr ayı ərzində 2022-ci il dekabrın 26-na qədər qaimə əsasında götürdüyü malların siyahısını məhkəməyə təqdim etmişik. Qaimələrdəki imzaların biri mənə, biri isə ekspeditora məxsusdur. Cavabdeh yeni il bayramından sonra, təxminən 2023-cü il yanvar ayının 5-i işdən çıxmışdır. Bəli, ofis daxilində iki işçim vardır. Cavabdeh tapa bilmədiyimiz üçün aktlar və digər sənədləşmələr onun iştirakı olmadan tərtib edilmişdir. Rəsul xəstəxanada olarkən pul vəsaitini Rəsulun oğlu Azadla mənim satış müdirim Vaqif mağzalardan təhvil almışdır. Rəsulun oğlu qarşı tərəfdən şahid kimi gəldi fikirlərini bildirmişdir. İddiaçı çıxışında, Cavabdeh 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan pul məbləğinin, ödənilmiş vəkil xərcinə görə 400 (dörd yüz) manatın və 50 (əlli) manat mediasiya ödənişinin, ümumilikdə 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, qarşı tərəfin isə etirazını bildirdiyini, qarşı tərəfin yazdığı etiraz ərizəsinin bir az da şər-böhtan xarakteri daşıdığını, bu cür etirazın verilməməli olduğunu, etirazın əsaslandırılmalı, sübutlar əlavə olunmalı olduğunu, iddiaçının dediklərinə əlavəsinin olmadığını, iddiaçının izahatından və ona verilmiş sualları cavablayarkən həqiqətin kifayət qədər ortaya çıxdığını, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil çıxışında, Cavabdeh 01 aprel 2019-cu il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən sürücüekspeditor vəzifəsini icra etməyə başladığını və müqavilə şərtlərinə uyğun olaraq cavabdeh qaimələr əsasında fəaliyyət göstərərək müştərilərə yəni dükanlara malları təhvil verib əvəzində isə pul məbləğini alaraq müəssisəyə, firmaya və yaxud da ki, iddiaçıya təhvil vermək öhdəliyi daşıdığını, buna baxmayaraq son müəyyən olunmuş aylar ərzində iddia üzrə verilmiş sübutlarla cavabdeh şəxsin öz üzərinə düşən öhdəliyi düzgün şəkildə icra etməməsi və özü üçün əsas hesab edərək “qarşı tərəf mənə müəyyən məbləğdə pul verməlidir”, deyib pulu mənimsədiyini, cavabdehin bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədiyini, cavabdehin özü üçün əsas gətirərək həmin pulları mənimsədiyini, tam maddi məsuliyyət haqqında müqavilənin 2-ci bəndinə əsasən işçinin müqavilədən əmələ gələn vəzifələri yerinə yetirmədikdə və təqsirli hərəkətlər nəticəsində işə götürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıdığını, eyni zamanda məhkəməyə təqdim edilmiş aktlar, arayışlar və digər sübutlar əsasında və eyni zamanda şahidlərin ifadələri ilə və cavabdehin özünün də etirafı əsasında tələblərinin sübut olunduğunu, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddianı qəbul etməyən Cavabdeh izahatında, 2018-ci ilin noyabr ayında işə başlamışam. Amma sənədlərdən görsənir ki, mən işləyəndən 4-5 ay sonra iddiaçı məni işə qəbul etmişdir. 2018-ci ilin noyabr ayının sonları mən işə başlamışam. Rəsmi olaraq 2019-da işə qəbul olunmuşam. Ekspeditor işinə qəbul olunmuşam. Mən orada maddi məsul şəxs idim. Mənim imzam olmadan borcu ora necə yazıb bilmirəm. İddiaçı iddia edir ki, işdən özbaşına getmişəm. İddiaçıya da, həmin müəssisənin satış müdirinə də müraciət edərək işdən çıxmaq istədiyimi demişəm. Bir neçə dəfə demişəm ki, mən artıq sizinlə işləyə bilmirəm və mən gedirəm. Mənə təhkim olunmuş avtomobili də aparıb müəssisə də monitorun altına qoymuşam. Satış müdiri avtomobilin arxasına qıfıl vurandan sonra mən getmişəm. İddiaçı qeyd edir ki, mən dəfələrlə işə gəlməmişəm. Lakin işləmək istəmədiyimi deyərək, avtomobilini qaytarıb getmişəm işdən. Əgər işə gəlmirdimsə şifahi xəbərdarlıq etmək yerinə töhmət verilməli idi. İddiaçı həm də qeyd edir ki, indiyə kimi aramızda heç bir problem olmayıb lakin sonuncu dəfə dekabr ayında problem yaranmışdır. Problemin nə üçün yarandığını, pulu oradan niyə götürdüyümü araşdırmaq lazımdı. Mənə verilən vədlərin yerinə yetirilməməsi mənə acıq gəlmişdir. Bəli, etiraf edirəm ki, mən o pulu götürmüşəm. Çünki o pullar mənə çatacaq idi. Əməkhaqqım axıra qədər verilməyib, dörd il məzuniyyət pulum verilməyib. İlk başdan danışığımız o olmuşdur ki, mənə müəyyən qədər əməkhaqqı və satdığım malın dəyərinin 3 faizini verəcəkdir. Mən iddiaçının özünə də demişdim ki, mənə çatacaq pullar mənə verilməsə işdən çıxan zaman həmin pulları götürəcəyəm. İşə qəbul olunan zaman ərizə ilə müraciət etməmişəm. Satılacaq mallardan mənə 3 faiz veriləcəyi ilə bağlı aramızda yazılı müqavilə olmamışdır. Şifahi şəkildə razılığa gəlmişik sadəcə.Mən oradan on min manat pul götürməmişəm. Mənim oradan götürdüyüm pul məbləği cəmi 8000 (səkkiz min) manatdır.Mən hesab edirəm ki, əməkhaqqımdan həmin pullar kəsildiyi üçün 8000 manat pul götürmüşəm. Mənə çatacaq pul idi həmin pul.Mən işdən ayrılan zaman müəssisə rəhbərinə haqqımı ona yedirtməyəcəyimi, zəhməthaqqımı götürəcəyimi demişdim.İddiaçı dedi ki, zəhməthaqqını get götür.2022-ci ilin dekabr ayının sonu demişəm bu dediklərimi. 8000 manat pulu təxminən bir həftəyə yığdım.Təxminən 8000 manat idi. Pulları hissə-hissə yığmışam. Pulu mağazalardan yığmışam.İddiaçının özü etiraf etdi ki, ondan pul istəmişəm və o istədiyim pulu verməyib. Mənim də müalicəmin vaxtı olduğu üçün məcbur qalaraq belə bir hərəkətə yol verdim. 2022-ci ilin dekabrın 26- 27-si maşını aparıb təhvil verdim. Haqsızlıqlar gördüyüm üçün narahat olub növbəti gün xəstəxanaya getdim. Xəstəxanada olarkən satış müdiri Vaqif oğlum Azadla yanıma gəldi. Həmin günü mənə pulların kəsir gəldiyini, oğlum Azadla birlikdə gedib yoxladıqlarını dedi. Mən etiraz edərək oğlumun belə bir səlahiyyəti olmadığını dedim. Çünki həmin pula cavabdeh mənəm. Mən dükanları gəzən zaman iştirak etməmişəm.Oğluma etibarnamə verməmişəm, mənim xəstəxanadan çıxmağımı niyə gözləmədiklərini bilmirəm. 8000 manatı mən götürmüşəm.Əliquliyev Vaqif oğlum Azadla həmin pulları mağazaları gəzərək yığıblar. Pullar mənim oğlumun əlində olarkən 4600 manat pulun itdiyini dedilər və mənim borcuma hesabladılar həmin pulu. 8000 manatın içində həmin itən 4600 manat da var. Həmin mağazaları və avtomobili işdən çıxan zaman təhvil təslim etməyə səhhətim yol vermirdi. Cavabdeh çıxışında, qeyd olunan pul məbləği mənim iştirakım olmadan yazılmışdır. Həmin pul məbləği məndən tələb oluna bilməz. Mən haqqımı götürmüşəm. Etiraz ərizəmi və izahatımı nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini sizdən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X2 ifadəsində, mən İddiaçı direktoru olduğu firmada operator vəzifəsində işləmişəm. Tərəflər ilə heç bir qohumluğum və ədavətim yoxdur. Mən sözügedən firmada işçilərin mədaxil etdiyi pulların məbləğini və gündəlik qalıq borclarını yazırdım. Məhsul verilən zaman çıxışlarını yazırdım. Sənədləşmə işlərini bu şəkildə görürdüm. 2022-ci ilin fevral ayından 2023-cü ilin mart ayının sonuna kimi həmin firmada işləmişəm. Hər ayın sonu olan zaman növbəti ayın əvvəlinə daxil olan pul məbləğini və borc məbləğini yoxlayaraq sənədləşmə aparırdıq. Həmin vaxt məbləği tam xatırlamıram. Təxminən 10000 manatdan çox Rəsulun borcu var idi. Borcla bağlı həmin zaman akt tərtib edildi.Mən işləyən vaxtı üç ekspeditor var idi.Ekspeditorlar hər ayın axırı borcları yığaraq gətirib təhvil verirdilər. Bəli, hər kəs borcunu gətirib vermişdi. Təkcə Rəsulun borcu bağlanmamışdı. Rəsul bir neçə gün ardıarda işə gəlmədi. Daha sonra telefon ilə zəng edərək işə gəlməyəcəyini demişdi. Komputerdə “nisyə” proqramı vardır. Gündəlik tarixi vurub hesabat aparırdıq. Hər dəfəsində ekspeditorlardan məbləği soruşub düzgün olub olmadığını yoxlayırdım. Sonuncu dəfə Rəsuldan soruşan zaman razılaşmayıb. Rəsul borc barədə satış müdiri ilə telefonla danışıb. Əməkhaqqı necə razılaşılıbsa kağız üzərində qeyd olunubdur. Ayın axırı hesabatı hazırlayırdıq. Yanvar ərəfəsi ödədiyi pul ilə “nisyə” proqramında göstərilən məbləğ kəsir gəldi. Mən pul görmürəm, komputerdə göstərilən məbləğləri bilirəm yalnız. Mən mağazlardan pul alınan vaxt iştirak etməmişəm. Bu hadisəyə qədər Cavabdeh işində ciddi qüsur olmayıb. İcazəsiz işdən qaldığına rast gəlməmişəm.Ekspeditor işə başlayan zaman imza edərək götürdüyü məhsulları öhdəliyinə götürür. Həmin öhdəlikdə avtomobildə olan nə qədər məhsulun onun öhdəliyində olduğunu, Həmin məhsulu satmaq və onu qorumaq onun öhdəliyində olduğuna dair imza edir. Mağazaya mal veriləndən sonra təxminən bir ay müddətinə pullar yığılırdı. Mağzadan pulun yığılma müddəti uzadıla bilirdi, bu ekspeditorla mağaza sahibi arasında danışıqla həll olunurdu. Qaimədə yazılan qiymət dəyişilə bilməz, mağaza sahibi qaimədə yazılan qiyməti görür. Hər dəfə iki nüsxə qaimə çıxarılıb bir nüsxəsi ekspeditora verilirdi digəri isə firmada saxlanılırdı. Ayın sonu gələn zaman-növbəti ayın 1-i üzləşmə olurdu. Cavabdeh avtomobilində olan malları sayaraq anbara geri mədaxil etdik. Anbara geri mədaxili satış müdiri və mənim iştirakımla etdik. Cavabdeh avtomobildə olan mala görə borcu yox idi, borc məbləği mağazalardan yaranmışdır. Anbardar vəzifəsində işləyən yox idi. Malları Səfər müəllim və ya satış müdiri təhvil verir. Təhvil alan zaman Səfər müəllim təhvil alır. Təhvil alan zaman sənədləşmə aparılır. Təhvil alan zaman geri qaytarma qaiməsi yazılır. Ehtiyac olan zaman mağaza üçün də qaimə yazırıq. Əksər vaxt ekspeditor özündə götürdüyü qaiməni mağazaya göstərir. Rəqəmlərlə işlədiyim üçün məni də akta yazdılar. Anbar Çənlibel məhəlləsində yerləşir. Əvvəllər qeyri-qida satışı olsa da indi üstünlük qidaya verilir. Malları Bakı şəhərindən idxal edirik. Cavabdeh borcu mağazalardan yığılan pula münasibətdə yaranmışdır.Avtomobildə olan mal proqramdakı məbləğlə eyni idi. Cavabdeh işdən ayrılan zaman mağazalardan pulun kimin yığdığını bilmirəm. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 ifadəsində, Rəsul 2022-ci ilin dekabr ayının sonları işdən çıxdı. Bayramla əlaqədar biz də evə qaldıq. 2023-cü ilin yanvar ayının əvvəlləri təhvil-təslim etdik. Təhvil-təslimdən sonra ortaya müəyyən fərqli rəqəmlər çıxdı. Həmin fərqli rəqəmləri Rəsul da bilir. Mən dəfələrlə Rəsula müraciət etsəm də, Rəsul cavabında “Səfər müəllimlə öz aramızda həll edəcəyəm, Səfər müəllim bilər, mən bilərəm” deyib. 2023-cü ilin mart ayında Səfər müəllimin oğlu Kamran müəllim ilə birlikdə Rəsulun yanına getdik və pulu istədik. Rəsul pulu verməyəcəyini və məhkəməyə müraciət etməyimizi dedi. Müştəri borcu kimi bilirdik həmin borc məbləğini, lakin təhvil-təslim zamanı müştərinin bu qədər borcu olmadığı bilindi. Rəsulda olub pul. 10000 manatdan çox borcu var Rəsulun. Mağazaya təhvil-təslimə getdik, mağazalarda bu qədər borc yox idi. “Nisyə” proqramında göstərilən məbləğ mağazalardan yığılan puldan çox idi. Rəsul borc məbləğini bildiyini, fərq olduğunu Səfər müəllimlə öz aralarında həll edəcəyini dedi. Borc məbləğini dəqiq xatırlamıram, Təxminən 10000-11000 manat arası idi. Rəsula ödəniş etməsi barədə dəfələrlə müraciət etmişəm. Rəsulun son sözü “gedin verin məhkəməyə” olmuşdur. Rəsul gəlmədiyinə görə oğlu Azad gəldi yerinə. Rəsul Azadla gedin demişdi. Əvəzinizdən çıxış etmək üçün Azada etibarnamə verməmişdi. Vaxtı keçmiş malların Rəsulun üstünə yazılması onunla müdirin arasındakı danışıqdan asılıdır.Borc məbləğinin hamısı vaxtı keçmiş mallara görə yazılmayıbdır.Mallar anbardan qaimə əsasında verilir. Mağazalar müxtəlif vaxtlarda ödəyir borclarını. 2017-ci ildən bu firmada işləyirəm. Rəsula indiyə kimi etdiyi nöqsanlara görə cəza verilməyib. Rəsulun firma portfeli bağlanmışdı, 1 aydan sonra məcbur işdən çıxmalı idi. Rəsul avtomobili mənə təhvil verdi.Avtomobil təhvil verilən zaman içərisində mal var idi. Avtomobildə kəsir çıxdı lakin, Səfər müəllim dedi ki, kəsir hesab olunmasın. Borcu aydınlaşdırmaq üçün Rəsulun oğlu ilə birlikdə getmişik mağazalara. Cəmi 10600 manat fərq oldu. Ümumi borc 18000 manatdan çox idi, lakin Rəsulun təhvil verməyib götürdüyü borc 10000 dən çox idi. Kəsir mal çox az idi, əsasən mağazalarda olan borc var idi. Rəsulun oğlunun itirdiyi pul məbləği bizim yanımızda olmayıb, əvvəllər Rəsulun tapşırığı ilə gedib pulu yığıb, daha sonra itirdiyini bildirib. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən, Cavabdeh 01 aprel 2019-cu il tarixdə sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İşçi işlətdiyi maşın və avadanlığın saz və təmiz saxlanmasını təmin etməyə, qəbul etdiyi mallara və nizam-intizama və verilən satış öhdəliyinə əməl etməyə cavabdehdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, 02 nömrəli Tam maddi məsuliyyət haqqında Müqaviləyə əsasən, işçi işəgötürənə ziyan vurduqda, həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. 08 yanvar 2023-cü il tarixli, 67 nömrəli Əmək Müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, Cavabdeh özünün əmək funksiyasını və öhdəliklərini, əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyinə və müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna görə onunla bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsi 08 yanvar 2023-cü il tarixdən ləğv edilmiş və o, həmin tarixdən işdən çıxarılmışdır. Cavabdeh 08 yanvar 2023-cü il tarixli aktlar üzrə müəyyənləşdirilmiş öhdəliyində olan müəssisəyə məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul vəsaitinin ödənilməsi tələb edilmişdir. 08 yanvar 2023-cü il tarixli, 01 nömrəli akta əsasən, Cavabdeh və 01-02-03 avqust 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. 08 yanvar 2023-cü il tarixli, 02 nömrəli akta əsasən, Cavabdeh öhdəliyində olan pul vəsaitini kassaya ödəməkdən imtina etmişdir və 27-28-29-30 dekabr tarixlərində üzrlü səbəb olmadan işə çıxmamışdır. 08 yanvar 2023-cü il tarixli, 03 nömrəli akta əsasən, yoxlama nəticəsində Cavabdeh məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat kənarlaşma (kəsr) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 630 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 1575 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 866.40 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 742.97 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 1305 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 1064.99 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 91.20 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 90.24 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 136.80 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 91.20 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 240.12 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 45.60 manat dəyərində mal İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. 11 aprel 2023-cü il tarixli, 04/212 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında Müqavilənin və 11 aprel 2023-cü il tarixli, 9763 nömrəli qəbzin surətinə əsasən, İddiaçı Vəkil hüquqi yardım üçün 400 (dörd yüz) manat pul ödəmişdir. 07 iyul 2023-cü il tarixli, AAU 129595 nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı 50 (əlli) manat mediasiya ödənişi etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. АzərbаycаnRespublikаsı Mülki- Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatları, şahid ifadələrini yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul məbləği, 400 (dörd yüz) manat ödənilmiş vəkil xərci və 50 (əlli) manat mediasiya ödənişi olmaqla, cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən, Cavabdeh 01 aprel 2019-cu il tarixdə sürücüekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İşçi işlətdiyi maşın və avadanlığın saz və təmiz saxlanmasını təmin etməyə, qəbul etdiyi mallara və nizam-intizama və verilən satış öhdəliyinə əməl etməyə cavabdehdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, 02 nömrəli Tam maddi məsuliyyət haqqında Müqaviləyə əsasən, işçi işə götürənə ziyan vurduqda, həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. 08 yanvar 2023-cü il tarixli, 03 nömrəli akta əsasən, yoxlama nəticəsində Cavabdeh məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat kənarlaşma (kəsr) müəyyən edilmişdir. Bu fakt təqdim edilmiş sübutlar, məhkəmə iclasında dindirilmiş iddiaçı, cavabdeh və şahidlərin izahat və ifadələri ilə tam sübut olunur. İş üzrə Cavabdeh izahatında ona çatacaq əmək haqqı iddiaçı tərəfindən ödənilmədiyi üçün dükanlardan yığdığı malların dəyəri olan 8000 manatı özünə götürdüyünü etiraf etmişdir. Bu hal Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazda da öz əksini tapmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə Cavabdeh yazılı etirazında göstərdiyi aldanması, ona verilən vədlərin yerinə yetirilməməsi, əmək haqqının düzgün verilməməsi, sattdığı malların dəyərinin 3%-in ona ödənilməməsi, iddiaçı tərəfin malların qiymətindən baha satılması, məzuniyyət pulunun ödənilməməsi barədə fikirlərinə əsasən bildirir ki, cavabdeh bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin tələblə əlaqədar iddia və ya qarşılıqlı iddia qaydasında müraciət etmədiyindən qiymət verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul məbləği, 400 (dörd yüz) manat ödənilmiş vəkil xərci və 50 (əlli) manat mediasiya ödənişi olmaqla, cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar