Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1078/2021 10.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X1, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və mənzildə məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X3 cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iş üzrə iddiaçı X3 məhkəməyə iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin yaşayış və istifadə hüquqlarına 4000 (dörd min) manat kompensasiya ödənilməklə ailə üzvləri ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması tələbi çərçivəsində baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 10 dekabr 2021-ci il tarixli 2(078)-1078/2021 nömrəli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə yuxarıda göstərilən çərçivədə- ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin yaşayış və istifadə hüquqlarına 4000 (dörd min) manat kompensasiya ödənilməklə ailə üzvləri ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclasında izahat verən iş üzrə iddiaçı X3 iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi atası Tağıyev Məhərrəmə məxsus olmuş, 16 iyun 1995-ci ildə ona bəxşiş müqaviləsi əsasında bağışlamışdır. Atası 2011-ci ildə anası 2020-ci ildəvəfat etmişdir. Həmin həyətdə üç ev vardır. Digər qardaşı evi sənədləşdirmiş, o da özünə həyətdə başqa bir ev tikib ailəsi ilə yaşayır. Atasının ona verdiyi evdə isə cavabdeh- qardaşı Müzəffər öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər özlərinə ayrıca ev tikiblər. Lakin hələ də onun adına olan evdə yaşamağa davam edirlər. O isə oğlunu evləndirəcəkdir və buna görə də həmin evin boşaldılmasına ehtiyacı vardır. Uzun müddətdir ki, cavabdehlərlə yola gedə bilmirlər. Hətta bir vaxt onlara torpaq sahəsi də vermişdir ki, ev tikib çıxsınlar. Lakin sonra cavabdehlər razılaşmadığından torpağını geri almışdır. Neçə illər narahatlıqla yaşamışdır. O da rahat yaşamaq istəyir. Bu gün cavabdehlərə 4000 (dörd min) manat kompensasiya ödəməyə imkanı çatır.ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən cavabdehlərin vəkili Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı ilə qardaşdır və uzun müddətdir ki, bir həyətdə mübahisəli şəkildə yaşayırlar. Artıq bu cür yaşayışdan onlar da bezmişdir. Özlərinin Babək şəhərində evləri vardır. Evi tikiblər, sadəcə hamam-tualeti təmirsiz vəziyyətdədir. İddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razıyıq və həmin pulla təmirsiz sahəni təmir edib evə köçə bilərlər. Onlar da rahat yaşamaq istəyir, ona görə də iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul edərək bildirmişdir ki, 1994-cü ildə Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Övladları yetkinlik yaşına çatmış, bir övladı 2011-ci il təvəllüdlüdür. Həyat yoldaşı Cavabdeh1 bildirdiklərini o da təsdiq edir. Neçə illərdir narahat şəkildə bir həyətdə yaşayıblar. Artıq bundan sonra rahat yaşamaq istəyir. Ona görə də təklif edilən kompensasiya məbləğini qəbul edir və evdən çıxmağa razıdırlar. Babək rayonunda torpaq sahəsi onun adına alınmış, evi hələ qeydiyyata aldırmamışlar. Evi qeydiyyata aldırdıqdan sonra onlar hazırki evin qeydiyyatından çıxacaqlar. İddianın təmin edilməsinə etirazları yoxdur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının, cavabdehlərin izahatlarını dinləyib iddia tələbinin təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İş materiallarına əlavə edilmiş 16 iyun 1995-ci il tarixli evin bəxşiş edilmə müqaviləsindən aydın olur ki, X5 ona məxsus olan Naxçıvan şəhəri, Vaqif küçəsi döngə 3 mənzil 23-də yerləşən iki otaqdan bir dəhlizdən ibarət evini oğlu X2 bağışlamış, X3 atasından həmin bəxşişi qəbul etmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixdə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZİ376413 nömrəli Çıxarışdan aydın olur ki, X5 13 noyabr 2011-ci ildə beyinə qansızma diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının 14 noyabr 2011-ci il tarixdə 350 nömrəli qeydiyyatı aparılmışdır. İş materiallarında olan 22 iyul 2021-ci il tarixdə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZİ749857 nömrəli Çıxarışdan aydın olur ki, X6 10 sentyabr 2020-ci il tarixdə kəskin ürək çatışmazlığı diaqnozu ilə vəfat etmiş, bu barədə ölüm kitabının 21 sentyabr 2020-ci il tarixdə 394 nömrəli qeydiyyatı aparılmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 101 nömrəli məktubdan aydın olur ki, ünvan 3 ünvanında yerləşən X1 adına olan həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçün yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 06 avqust 2021-ci il tarixli 04/468 nömrəli məktubundan aydın olur ki, Cavabdeh2 adına 31 may 2018-ci il tarixdə ünvan 4 ünvanında 0.0350 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 30 iyul 2011-ci ildə Naxçıvan şəhərində doğulmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... Məhkəmə iş üzrə cavabdehlərə kompensasiya ödənilməklə yaşayış və istifadə hüquqlarına xitam verilməsi və mənzildən ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması iddia tələbini mülki işin materialları ilə araşdırıb hesab edir ki, cavabdehlərin etirafı nəzərə alınmalıdır. Belə ki, cavabdehlər məhkəmə iclasında 4000 (dörd min) manat kompensasiya məbləğini iddiaçıdan alaraq müvafiq qəbz imzalamış və mənzildən tez bir zamanda çıxacaqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin olunduğundan iddiaçı X7 oğlu tərəfindən "xxxx" ASC Naxçıvan filialına 12.07.2021-ci il tarixdə 27857 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzildə məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilsin. İddiaçı X3 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat məbləğində kompensasiya ödənildiyindən ünvan 5 ünvanında yerləşən mənzildən cavabdehlərin yaşayış və istifadə hüquqlarına xitam verilsin və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə həmin mənzildən məcburi qaydada çıxarılsın. İddiaçı X7 oğlu tərəfindən "xxxx" ASC Naxçıvan filialına 12.07.2021-ci il tarixdə 27857 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1078/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1078/2021
10.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver