Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-108/2025 27.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin mərhum qaynatası Maraqlı şəxs11 Səfəralı oğlundan miras qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin ərizəçinin mərhum əri X34 tərəfindən qəbul edilməsi faktının, mərhum əri X17 vəfatından sonra ondan qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi bildirmişdir ki, maraqlı şəxslərlə danışdığını, ona etirazının olmadığını, 1976-cı ildə qayınatasının və 1997-ci ildə qayınanasının vəfat etməsi, evinin hər qayğısına qaldığını, evin adına keçməsini, evin adını keçməsində əvvəllər səhlənkarlıq etdiyini, maraqlı şəxslər qayının vərəsələri olduğunu, qayının 2024-cü ildə vəfat etməsi, digər maraqlı şəxslərində baldızının vərəsələri olduğunu, şahidləri olduğunu, evdə hal-hazırda qaldığını, səhhəti ilə əlaqəli işin tez bir zamanda nəticələnməsini və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, Maraqlı şəxs11 Səfəralı oğlu vəfat etdikdən sonra vərəsə X34 evin qayğısına qalmışdır. X34 da, vəfat etdikdən sonra evin qayğısını və digər kommunal xərcləri Ərizəçi çəkmişdir. Ev faktiki olaraq ərizəçiyə məxsusdur. Hal-hazırda ərizəçi həmin evdə yaşayır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X23, Maraqlı şəxs8, Maraqlı şəxs2, Maraqlı şəxs7, X31, Maraqlı şəxs6, Maraqlı şəxs12, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs11, Maraqlı şəxs9 məhkəmənin keçirələcəyi yer və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdirlər. Məhkəmə maraqlı şəxslər X7, Maraqlı şəxs8, Maraqlı şəxs2, Maraqlı şəxs7, X9, Maraqlı şəxs6, Maraqlı şəxs12, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs11, Maraqlı şəxs9 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçinin qayınatası və qayınanasını tanıdığını, Qızbəstinin həyatyoldaşı vəfat edəndən sonra evin qayğısına qaldığını, digər maraqlı şəxslərin əvvəllər gəldiyini, Qızbəsti ilə maraqlı şəxslər arasında problem olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X10 ifadəsində bildirmişdir ki, qonşusu olduğunu, münasibətlərinin yaxşı olduğunu, qayınatasının və qayınanasının rəhmətə getdiyini, evə Qızbəsti ilə yoldaşının baxdığını, evin xərclərini Qızbəstinin çəkdiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, iş materiallarına olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” X48 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs11 Səfəralı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 18/60 nömrəli reyestr kitabının 11830 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********624 nömrəli ərizəyə, əsasən Əliyeva X25 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********240 nömrəli ərizəyə, əsasən Salehli X14 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********733 nömrəli ərizəyə, əsasən Hacıyeva X26 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********732 nömrəli ərizəyə, əsasən İlyasova X20 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********728 nömrəli ərizəyə, əsasən Əliyev X15 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********887 nömrəli ərizəyə, əsasən Əliyev X27 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********820 nömrəli ərizəyə, əsasən Əliyeva X8 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********934 nömrəli ərizəyə, əsasən Əhmədova X21 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********968 nömrəli ərizəyə, əsasən Əliyev X22 şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən ibarət, üzərində isə 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında“ xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa, əsasən, Əliyeva X5 şəhəri, X28 küçəsi, ev 2A ünvanında qeydiyyatdadır. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4№li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 709 nömrəli arayışına, əsasən, Ərizəçi mərhum həyat yoldaşı X34, mərhum qayınatası Maraqlı şəxs11 Səfəralı oğlu və mərhum qayınanası X11 ilə Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında uzun müddət yaşayıblar. Naxçıvan MR Rabitə və Texnologiyalar Nazirliyinin Naxçıvan Şəhər Rabitə İdarəsinin xx.xx.2024-cü il tarixli, 278 nömrəli arayışa, əsasən, X34 ***-**-** №-li telefondan xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi istifadə üçün 46.20 manat abunə haqqı ödəyib. Naxçıvan MR Dövlət Energetika Xidmətinin xx.xx.2024-cü il tarixli, 43 nömrəli verdiyi arayışa, əsasən, Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanı smart tipli elektrik sayğacının xx.xx.2024-cü il tarixinə qədər borcu yoxdur. Naxçıvan MR Qaz İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli arayışına, əsasən, Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanının smart tipli qaz sayğacının ödənişlərini Ərizəçi tərəfindən ödənilmişdir. Naxçıvan MR X30 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına, əsasən, Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanının su sayğacı ödənişlərini Ərizəçi tərəfindən ödənilmişdir. Naxçıvan Şəhəri 3 Saylı Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Ərizəçi mirasın qəbulu müddəti keçdiyindən mirasın qəbulu üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan və AZ-İİ seriyalı, 672767 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 dizenteriyadan xx.xx.2020-ci ildə vəfat etmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ-İİ seriyalı, 672770 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs11 Səfəralı oğlu xx.xx.1976-cı ildə vəfat etmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 45772 nömrəli xx.xx.1997-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X18 xx.xx.1997-ci ildə vəfat etmişdir. Naxçıvan “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli arayışa, əsasən, Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ seriyalı, 139170 nömrəli 28 mart 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X40 naməlum narkotik maddə ilə zəhərlənmə diaqnozu ilə 24 may 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ seriyalı 416162 nömrəli çıxarışa, əsasən, X19 xx.xx.2019-cu ildə Bakı Şəhərində ölmüşdür. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa, əsasən, X32 və X3 nikah bağlamışdır. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4№li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 719 nömrəli arayışına, əsasən, mərhum Maraqlı şəxs11 Səfəralı oğlu M.H.Şəhriyar küçəsi, ev 2A ünvanında yaşayıb və aşağıdakı tərkibdə vərəsələri vardır:
1. X18
2. X24
3. X34
4. Maraqlı şəxs1. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4№li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 518 nömrəli arayışına, əsasən, mərhum X34 M.H.Şəhriyar küçəsi, ev 2A ünvanında yaşayıb və aşağıdakı tərkibdə vərəsələri vardır:
1. X12
2. Maraqlı şəxs4
3. X33
4. Maraqlı şəxs3
5. Maraqlı şəxs5. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən əmlakın mülkiyyətçisi olan Maraqlı şəxs11 Səfəralı oğlu xx.xx.1976-cı ildə vəfat etmişdir. Belə olan halda hazırki tələbə Maraqlı şəxs11 Səfəralı oğlundan qalan miras əmlakın qəbul edilməsinə münasibətdə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan qanun-yəni 11 sentyabr 1964-cü ildən 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Maddənin məzmunundan da göründüyü kimi qüvvədən düşmüş Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. İş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə və maraqlı şəxslərin əmlakda mübahisə olmamasına dair ərizələri ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs11 Səfəralı oğlunun vəfatından sonra ondan miras qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsindən və üzərində olan 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evi ərizəçinin mərhum X34 tərəfindən sağlığında qəbul edilmiş və öz ailəsi ilə həmin ünvanda yaşamışdır. Ona görə də X1 atası Maraqlı şəxs11 Səfəralı oğlundan qalan miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. İş materiallarında olan sənədlərdən aydın olur ki, Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan və AZ-İİ seriyalı, 672767 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 dizenteriyadan xx.xx.2020-ci ildə vəfat etmişdir. Belə olan halda hazırki tələbə X13 qalan miras əmlakın qəbul edilməsinə münasibətdə hüquq münasibətinin yarandığı-yəni hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2 vəfatından sonra ondan qalmış ünvan 6 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin izahatı ilə yanaşı, maraqlı şəxslərin ərizələri, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi həyat yoldaşının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mərhum Maraqlı şəxs11 Səfəralı oğlundan miras qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində olan 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin X34 tərəfindən sağlığında qəbul edilməsi faktı müəyyən edilməli, X2 vəfatından sonra ondan miras qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində olan 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. Mərhum Maraqlı şəxs11 Səfəralı oğlundan miras qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində olan 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin X34 tərəfindən sağlığında qəbul edilməsi faktı müəyyən edilsin. X2 vəfatından sonra ondan miras qalan Naxçıvan şəhəri, X28 küçəsi, ev 2A ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və üzərində olan 140.20 kv.m inşa edilmiş fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva