Məhkəmə qərarları › İş №2(078)-1080/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1080/2021

14.10.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1080/2021 14.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin anası X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu şəxsin anası X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və yas mərasimi də yaşadıqları evdə saxlanılmışdır. Bunu yaxın qohumları və qonşuları da təsdiq edə bilər. Ərizəçinin anası Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Anası vəfat edən zaman müvafiq dövlət orqanlarına müraciə edilmədiyindən ölüm haqqında şəhadətnamə vaxtında alınmamışdır. Hazırda ərizəçinin yaşadığı evin sənədləşməsi ilə əlaqədar ölüm sənədini almaq zərurəti yaranmışdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil sonda qeyd olunanlara əsasən ərizəçinin anası X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 izahatında göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası-mərhum X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, mərhum Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yasını da yaşadığı evdə saxlamışlar. Mərhumun yas mərasimində də yaxından iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 izahatında göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası-mərhum X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, mərhum Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmiş və yasını da yaşadığı evdə saxlamışlar. Mərhumun yas mərasimində də yaxından iştirak etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş 125 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X1 Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir. Sol tərəfi X4 1948-1990, sağ tərəfi X5 1932-2001, baş tərəfi X9 1964-1990, ön tərəfi X3 1935- 2001. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ tərəfindən verilmiş 22.06.2021ci il tarixli, 3 nömrəli tibbi arayışda qeyd olunmuşdur ki, X2 adına ölüm haqqında şəhadətnamə yazılmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 02.06.2021-ci il tarixli, 1193 nömrəli məktublara əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşın vəziyyəti aktları” avtomatlaşdırılımış qeydiyyat informasiya sistemində 02.06.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X2 ölüm akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 02.06.2021-ci il tarixli, 02/292 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də X2 ölüm qeydiyyatının aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi anasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 15 iyun 2000-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar