Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1098/2024 21.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ünvan 2 yaşayış və istifadə hüquqlarına kompensasiya ödəmədən xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı satıb, ünvan 2 yerləşən daşınmaz əmlakı xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi əsasında alıb. Həmin müddətdə Cavabdeh1 və Cavabdeh2 onun yazılı ərizəsi əsasında evin qeydiyyatına düşdülər. Oğlu- Cavabdeh2 6 aylığında xalası X1 övladlığa verib. Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan münasibət kəskin şəkildə pozulduğundan onlara evin pasport qeydiyyatından çıxmalarını bildirmişdir. Cavabdehlər onu təhqir edir, ona “çəpgöz, əxlaqsız” deyir. Lakin cavabdehlər həmin evdə bir ilə yaxındır ki, yaşamırlar və evin qapılarını bağlı saxlayırlar. Bu hərəkətlə onun mənzil hüquqları pozulur. Cavabdehlərin sözügedən evdə yaşamamalarını nəzərə alıb onların yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. O məsələ ilə bağlı əvvəlcə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmədə ona şifahi şəkildə izah olundu yaşayış və istifadə hüququna kompensasiya verilmədən yaşayış və istifadə hüququnun xitam verilməsi barədə ümumi məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 verdiyi izahatında bildirmişdir ki, Aytac onun qızı, Sunay isə kürəkənidir. Qızının mübahisə ilə bağlı heç bir tələbi yoxdur. Sunay onun qızı və nəvəsinə uşaq 18 yaşına çatana qədər yaşayış yeri ilə təmin etməlidir. Cavabdehin nümayəndəsi qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, məhkəmənin üçnvanına xx.xx.2024-cü il tarixli ərizə göndərərək ərizədə qeyd etmişdir ki, iddianı tam qəbul edir, onun həmin evdə heç bir hüququ yoxdur. Məhkəmə proseslərində iştirak edə bilməyəcək, mülki işin onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslsız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Ə.Sadıq küçəsində 0.0044 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 59.27 kv.metr sahəsi olan 22C nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/48 nömrəli reyestr kitabının 9470 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş Məmmədov X7 Şəhər İcra Hakimiyyətiin xx.xx.1998-ci il tarixli 738 saylı qərarı əsasında X2 tərəfindən övladığıa götürülmüş, bu barədə xx.xx.1998-ci il tarixdə 15 saylı akt qeydi aparılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 446 nömrəli arayışında qeyd olunmuşdur ki, Cavabdeh2, Cavabdeh1 və X3 şəhəri, Əvəz Sadıq küçəsi, ev 22C ünvanında qeydiyyatdadırlar, lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin ünvanda yaşamamılarş (Əsas xx.xx.2023-cü il tarixli Su-Kanalizasiya İdarəsinin son qəbzi). Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 447 nömrəli və xx.xx.2024-cü il tarixli 462 nömrəli arayışından aydın olur ki, ünvan 2 qeydiyyatda olan şəxslər aşağıdakılardır:
1. İddiaçı,
2. Cavabdeh2,
3. Cavabdeh1,
4. X9. Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 158386 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 ilə Rzayeva (Məmmədova) Aytac Oruc qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 93 nömrəli akt qeydi icra edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yaşayış evininin tərkib hissəsindən istifadə hüququnun verilməsi ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə cavabdehlərin həmin evə dair istifadə hüququnun yaranıbyaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi məsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdehlərin iddiaçının mənzilinə qeydiyyatda düşməsi vaxtı hazırda qüvvədə olan Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonraya təsadüf edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 formal şəkildə İddiaçı məxsus evə pasport qeydiyyatına düşmüş, eləcə də onların iddiaçı ilə hər hansı ailə-hüquqi bağlılığı olmamışdır. İş materiallarında olan sənədlərdən aydın olur ki, Cavabdeh2 övladlığa verilmişdir. Cavabdeh1 isə onun həyat yoldaşıdır. Buna görə də cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşayış və istifadə hüququ yaranmadığından ona xitam verilməsindən də söhbət gedə bilməz. Mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia rədd edilməlidir. Eləcə də məhkəmə Cavabdeh2 iddianın qəbul etməsi barədə ərizəsini də əsassız hesab edir. Belə ki, tərəflər arasında yaşayış və istifadə hüququ ilə bağlı hər hansı hüquqi münasibətlər mövcud olmadığı halda tələbi qəbul etmənin də hər hansı hüquqi nəticəsi olmamalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva