Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1099/2023 22.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat X1rşı 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz azad olunmağı barədə olan X13 Limanının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 02 iyul 2014-cü il tarixdən başlayaraq 07 may 2021-ci il tarixədək X13 Limanında 2-ci ödəmə dərəcəsi ilə daşımaların təşkili xidmətində arayışın verilməsi üzrə növbətçi vəzifəsində işlədiyini, orada işlədiyi müddətdə verilən tapşırıqları həmişə layiqincə yerinə yetirdiyini, hər hansısa bir intizam tənbeh tədbiri almadığını, lakin 11 may 2021-ci il tarixdə 23:00-da işinin bitəcəyini, təxminən işin bitməyinə 15 dəqiqə qaldığını, onda hamiləliyi ilə bağlı vəziyyətində ağırlaşma başladığını, həmin zaman iş yoldaşları tərəfindən X14 aparıldığını, may ayının 11-dən 26-dək doğum mərkəzində qalaraq müalicə aldığını, doğum mərkəzində müalicə almağı ilə bağlı arayış alıb X13 Limanına həyat yoldaşı X10 təqdim etdiyini, xəstəxanada olduğu müddətdə xidmət rəisinin həyat yoldaşı Asif Cəfərliyə kadrların telefon nömrəsini verərək onunla əlaqə saxlamağını bildirdiyini, həmin zaman, yəni may ayının 18-də kadrların rəisi Ayşən xanımla telefon əlaqəsi saxladığını, onun ona “hamilə olduğun üçün, işgörmə qabiliyyətin olmadığından səni ixtisara salmışıq” dediyini, həmin zaman “hamilə olan şəxsi necə ixtisara sala bilərsiniz” dediyini, Ayşən xanımın “mən bilmərəm, xidmət rəisi bilər” dediyini, qanunazidd olduğunu bildirdiyi halda onun ona aidiyyatı yoxdur deyə cavab verdiyini, bundan sonra yenə hansı əsaslarla çıxarıldığını və hansı tarixdə əmək müqaviləsinə xitam verildiyini bilmək üçün əmək kitabçasının alınması ilə bağlı dəfələrlə telefon vasitəsilə müraciət etsə də, əmək kitabçasının verilmədiyini, bundan sonra yazılı olaraq müraciət etdiyini, 05 mart 2023-cü il tarixdə əmək kitabçasının poçt vasitəsilə göndərildiyini, lakin əmrin surətinin və əmək kitabçasının verilməsini xahiş etsə də, yalnız əmək kitabçasının göndərildiyini, əmrin surətinin göndərilmədiyini, məcburi olaraq birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə uyğun olaraq ştat vahidi ixtisar edildiyindən əmək müqaviləsinə 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmr ilə qərəzli şəkildə xitam verildiyini, lakin həmin maddənin onunla heç bir əlaqəsinin olmadığını hesab etdiyini, 07 may 2021-ci il tarixli əmrdən xəbəri olmadığını, 11 may 2021-ci il tarixədək işdə olduğunu, Nazirlər Kabinetinin ixtisarla bağlı qərarının aprel ayının 1-də qərar verdiyini, lakin 2021-ci ilin mart ayının sonu hamiləliyinin ağır olması səbəbindən Bakı şəhərinə getdiyini, Bakıdan iş yerinə hamiləliyi ilə əlaqədar sənəd göndərdiyini, təyyarə ilə gedərkən hamiləlik ilə əlaqədar sənəd tələb olunduğunu, bu səbəbdən sənədləri iş yerinə təqdim etdiyini, işə davamiyyət jurnalını hası səbəbdən yox etdiklərini bilmədiyini, 11 may 2021-ci il tarixədə işdən xəstəxanaya getdiyini, hamiləliyi ilə əlaqədar iş yerində rahat olsun deyə geyimində ona üstünlük verdiklərini, lakin tanınma nişanının boynundan asıldığını, xəstəxanada onu çıxardıqlarını, 7 il işlədiyini, nösana yol vermədiyini, əgər nöqsana yol versəydi onu işdə saxlamayacaqlarını, ixtisar müddətinə kimin işinə məsuliyyətlə yanaşdığını, ixtisar vaxtı onun hamilə olmasını iş yerinin bildiyini, çünki lazımi sənədləri iş yerinə təqdim etdiyini, ixtisar müddətinə ki, üç qız olaraq işlədiklərini, hazırda da üç qızın işlədiyini, ixtisara yalnız onun düşdüyünü, hazırda da onun yerinə qızın işlədiyini, 15 may 2023-cü il tarixdə yoldaşının ona iş yerinə xəstəxanada olması barədə arayış verilməli olduğunu bildirdiyini, saat 2-də sonra xəstəxanada kimsə olmadığından 16 may tarixində arayışı alıb göndərdiyini, hətta Ayşən xanımın onunla telofonla əlaqə yaradaraq kağızın onda olduğunu bildirdiyini, 18 may tarixində Ayşənin ona ayın 7-dən işdən azadsan dedikdə, onu işdən çıxara bilməyəcəklərini, hamilə olduğunu, işdən çıxarılmasının qanunda nəzərdə tutulmadığını dediyini, Ayşənin isə onun adını hamilə olduğu üçün növbə rəyisinin yazıb verdiyini dediyini, aprel ayında Ayşənin onu yanına çağırıb əvvəlcədən göndərdiyi xəstəxanada olması barədə sənədi ona verib mühasibatlığa verməsini dediyini, sənədi götürüb özünün şəxsən 2-ci otağa təqdim etdiyini, ondan əvvəl də yoldaşının şəxsən hamiləlik barədə sənədi iş yerinə təqdim etdiyini, sənədi təqdim etməkdə məqsədinin 10 gün boyu işdə olmadığından xəstəxanada olması barədə verildiyindən təqdim etdiyini, 07 may tarixində işdən çıxarılmasını bilmədiyini, ona bu barədə bildirilmədiyini, iclas keçirilmədiyini, növbəli işlədiyindən 2 gün işləyib 2 gün dincəldiyini, hamiləliyi ilə əlaqədar zərurət olduğundan mart ayının 27-si Bakı şəhərinə yoxlanmaya getdiyini, bunun üçün icazə verilməsi üçün ərizə də yazdığını, lakin Bakıda təcili əməliyyat olduğundan aprel ayının 10-da qayıtdığını, üzürlü səbəbdən işdə olmaması üçün xəstəxanadan gətirdiyi kağızı iş yerinə təqdim etdiyini, 11 maydan 26-sı may tarixlərinədək xəstəxanada olduğunu, sonra ev şəraitində müalicəsinin davam etdiyindən iş yerinə getmədiyini, 24 avqust 2021-ci il tarixdə uşağının dünyaya gəldiyini, bu səbəbdən xəstəxanaya tez-tez gedib gəldiyini, övladını düşündüyündən iş barəsində düşünmədiyini, sonra korona xəstəliyi tutduğunu, sonra saçının tökülməyə başladığını, bu səbəbdən psixoloji probleminin olduğunu, sonra noyabr 2021-ci il tarixdə özünü toparlayıb işləyə bilməsi qərarına gəldiyindən Bakıda Sücayəddin Bağırov adlı vəkillə əlaqə yaratdığını, ona yol göstərdiyini, bəzi sənədlərin iş yerindən alınmalı olduğunu bildirdiyini, lakin ala bilmədiyini, sonra müraciətinə aidiyyəti üzrə Naxçıvanda baxılacağını bildirib vəkilin oradan olmasını həmçinin mediyasiyaya müraciət etməli olduğunu bildirdiyini, 2022-ci ilin iyun ayında mediyasiyaya müraciət etdiyini, mediyasiyanın 22 dekabr 2022-ci il tarixdə arayış verdiyini, müraciət tarixindən gec arayışın verilməsinin mediatorun araşdırma aparmasının olduğunu, sonra məhkəməyə müraciət etdiyini, Babək rayon məhkəməsinin qərardadından sonra aidiyyəti üzrə məhkəməyə müraciət etdiklərini, əmək kitabçasını ala bilmədiyi üçün məhkəməyə müraciət edə bilmədiyini, qanunları bilmədiyi və sağlamlığı imkan vermədiyi üçün işə getmədiyini göstərərək, işdən qanunsuz azad olunmağı barədə olan X13 Limanının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqımın hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddia tələbini müdafiə etdiyini, iddiaçının 07 may 2021-ci il tarixli ixtisar əmrindən məlumatsız olduğunu, 11 may 2021-ci il tarixədək işdə olduğunu, işdə olduğu vaxt xəsətəxanaya yerləşdirildiyini, hamilə olduğu halda işdən çıxarılmasının qanunsuz olduğunu, iddiaçının hamilə olduğundan vəzifənin ixtisarı zamanı üstünlük hüququnun olduğunu, cavabdeh təşkilatın lazımi sənədləri bilərəkdən təqdim etmədiyini, işə davamiyyət jurnalını bilərəkdən məhkəməyə təqdim etmədiklərini, çünki iddiaçının işdə olmasının həmin jurnaldan aydın olacağını, iddiaçının işdən çıxarılması əmrinin ona təqdim edilmədiyini, müraciət olunduqdan sonra 07 mart 2023-cü il tarixdə poçt vasitəsi ilə təqdim olunduğunu, iddiaçı tərəfin əmək kitabçasını vaxtında poçt vasitəsi ilə göndərməsi barədə sübutların təqdim olunmadığını, bu səbəbdən iddia müddətinin buraxılmadığını, iddiaçının xəstəliyi ilə əlaqədar bir müddət üzürlü səbəbdən müraciət edə bilmədiyini, bunların nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X4 iddianı qəbul etməyərək, İddiaçı iddia ərizəsində X13 Limanının 07 may 2021-ci il tarixdə 34/K nömrəli əmri ilə onun əsassız olaraq Hava Limanından tutduğu vəzifədən xaric edildiyini göstərdiyini, X13 Limanının sabiq əməkdaşı İddiaçı iddiasının təmin edilməyərək rədd olunmalı olduğunu, X13 Limanının sabiq əməkdaşı daşımaların təşkili və koordinasiya xidmətinin arayışların verilməsi üzrə növbətçisinə işində yol verdiyi nöqsanlarla əlaqədar 27 fevral 2017-ci il tarixdə töhmət elan edildiyini, ondan sonrakı dövrlərdə işində yol verdiyi nöqsanlara görə dəfələrlə xəbərdarlıq edildiyini və sonda tabeliyində olduğu şəxslərdən heç kimə məlumat vermədən özbaşına öz postunu, iş yerini tərk etdiyini, bu kimi səbəblərdən də, X13 Limanında iş həcmi azaldığı üçün yerinə yetirilən müvafiq işlərin istehsalata uyğunlaşdırılması məqsədilə bir sıra ştatlar ixtisar edildiyi müddətdə işində yol verdiyi nöqsanların nəzərə alındığını, İddiaçı də əmək müqaviləsinə xitam verildiyini, 2022-ci ilin iyun ayında mediyasiyaya müraciət etdiyini bildirdiyini, mediyasiya prosesinin 1 ay davam etdiyini, lakin iddiaçının uzun müddət sonra məhkəməyə müraciət etdiyini, həmin vaxtdan 2 ildən artıq müddət keçdiyini və bu müddətdə İddiaçı bununla bağlı məhkəməyə müraciət etmədiyini, iddiaçının hamilə olması barədə iş yerində məlumatın olmadığını, bu barədə iddiaçının məlumat vermədiyini, İddiaçı məlumat vermədiyi halda iş yerinin bunu bilməsinin mümkün olmadığını, iş yeri tərəfindən əmək kitabçası və işdən çıxarılma əmrinin iddiaçının ünvanına göndərildiyini, lakin geri qayıtdığını, iddiaçının izahatında Bakı şəhərində olduğunu qeyd etdiyini, Bakı şəhərində olduğundan sənədlərin geri qayıtdığını, iddiaçının izahatında 07 may 2021-ci il tarixdə işdən çıxarılmasını bildiyini qeyd etdiyini, iki ildən artıq müddət keçəndən sonra mübahisə etdiyini, iddiaçının izahatında vəkilə müraciət etdiyini bildirdiyini, hüquqlarının ona izah olunduğunu, işə davamiyyət jurnalının saxlama müddətinin 1 il olduğunu, bu səbəbdən hazırda məhv edildiyini, iddiaçının tutduğu vəzifənin ixtisara düşdüyünü, qanunvericilikdə üstünlük hüququnun olması belə hallarda nəzərə alınmaların olduğunu, lakin iddiaçının hamiləliyi ilə əlaqədar iş yerinə məlum vermədiyini, iddiaçının bu barədə sənədləri xəstəxanadan alsada iş yerinə təqdim etmədiyini, Nazirlər Kabinetinin Hava limanında bəzi ştatların ixtisar edilməsi barədə qərarının olmasını, iddiaçının hamiləliyi ilə əlaqədar rəsmi sənədləri iş yerinə təqdim etməməsini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinin nəzərə alınmaqla, iddia müddətinin tətbiq edilərək İddiaçı iddiasının rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, İddiaçı 02 iyul 2014-cü il tarixdən 07 may 2021-ci il tarixədək X13 Limanında 2-ci ödəmə dərəcəsi ilə daşımaların təşkili xidmətində arayışların verilməsi üzrə növbətçi vəzifəsində işləmişdir. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışa əsasən, İddiaçı 11 may 2021-ci il tarixdən 26 may 2021-ci il tarixədək X12 müalicədə olmuşdur. Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin 18 sentyabr 2023-cü il tarixli, 4/404 nömrəli məktubuna əsasən, İddiaçı 11 may 2021-ci il tarixdə Naxçıvan MR Doğum Mərkəzi publik hüquqi şəxsinin Ginekologiya şöbəsinə 19-20 həftə gec düşük təhlükəsi FMA diaqnozu ilə daxil olmuş, 26 may 2021-ci il tarixədək stasionar şəraitdə müalicə almışdır. X9 şəxsin 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, X13 Limanından İddiaçı göndərilən SS827743281AZ ştrix kodlu məktub xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verilmişdir. X13 Limanının 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, işçilərin davamiyyət jurnalının saxlama müddəti bir il olduğundan 2021-ci il üçün jurnal ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarından görünür ki, X13 Limanının müraciəti əsasında 1 aprel 2021-ci il tarixli 80 nömrəli qərar ilə təsdiq edilmiş X13 Limanında ştat cədvəli yeni redaksiyada tədiq edilmişdir. 07 may 2021-ci il tarixli əmrdən çıxarışa əsasən, daşımaların təşkili və koordinasiyası xidmətinin arayışların verilməsi üzrə növbətçisi ilə bağlanmış müqaviləyə 07 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilmiş, 02 iyul 2020-07 may 2021ci il dövrü üçün 18 (on səkkiz) təqvim günü ödənilməklə, son haqq-hesabının kəsilməsi və orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Məhkəmə izahatlara, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqları və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat X1rşı 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia rədd edilməlidir. Belə ki: Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan 07 may 2021-ci il tarixli əmrdən çıxarışa əsasən, daşımaların təşkili və koordinasiyası xidmətinin arayışların verilməsi üzrə növbətçisi ilə bağlanmış müqaviləyə 07 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (ştat vahidi ixtisar edildikdə) əsasən xitam verilərək vəzifədən azad edilmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəsinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzrlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün əmək kitabçasının ona təqdim edildiyi gün hesab edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iş üzrə iddiaçının izahatından məlum olur ki, iddiaçı işdən çıxarılmasını 18 may 2021-ci il tarixdə bilmişdir. Lakin 26 may 2021-ci il tarixədək xəstəxanada müalicədə olmuşdur. Bundan başqa iddiaçının uzun müddət müalicə alması və uşaq dünyaya gətirməsi barədə rəsmi sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlardan X13 Limanından İddiaçı göndərilən məktubun xx.xx.2023-cü il tarixdə təhvil verilməsi məlum olur. 22 dekabr 2022-ci il tarixli mediasiya arayışından görünür ki, iştirak edilməməsi səbəbindən mediasiya prosesi davam etməmişdir. İş materiallarında olan Babək rayon məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı 22 may 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı bütün hallarda iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X1rşı 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1099/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1099/2023
22.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver