Məhkəmə qərarları › İş №2(078)-1107/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1107/2024

12.09.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1107/2024 12.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Culfa rayon Qazançı kəndində anadan olmuş oğlu X3 25 iyun 1998-ci il tarixdə Babək rayon, Xəlilli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum X7 onun oğludur. O 1998-ci il tarixdə Babək rayon Xəlilli kəndində vəfat etmiş və Babək rayon Xəlilli kənd Qəbirstanlığında dəfn olunmuşdur. Babək rayon Şıxmahmud kənd icra nümayəndəliyinin 06 iyun 2024-cü il tarixli, 378 nömrəli arayışına əsasən X8 25 iyun 1998-ci il tarixdə Babək rayon Xəlilli kəndində vəfat etmiş və Babək rayon Xəlilli kənd Qəbirstanlığında dəfn olunmağı qeyd olunmuşdur. Culfa rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən X7 xx.xx.1996-cı il tarixdə Culfa rayon Qazançı kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında 3-cü səhifədə qeydiyyat aparılmışdır. Culfa rayon qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli, 3-16-5/8-15-114/2024 saylı arayışına əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X15 xx.xx.2024-cü il tarixli arayışda X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də oğlunun ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O oğlu X3 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə adına olan Culfa rayon Qazançı kəndində olan torpaq sahəsini sənədləşdirilməsi üçün mərhum oğlu X3 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüququ haqqında şəhadətnaməsini ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. O da oğlu X3 1998-ci il tarixdə Babək rayon Xəlilli kəndində vəfat etməsi faktının müəyyən olunmasını məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi tərəfindən 09 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərilmiş ərizədə 12 sentyabr 2024-cü il tarixdə saat 17:00-a təyin olunan məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəni nəzərə alan məhkəmə Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi hadisə baş verən zaman Türkiyədə olduğunu, həyat yoldaşıgilin qonşunun həyətində meyvə yığdıqları zaman uşağın su quyusuna düşdüyünü, uşağın 1996-cı ildə doğulduğunu, 2 yaşında vəfat etdiyini, kənddə pay torpaqları olduğunu, onu satmaq istədiyini, bu səbəbdən ölümü qeydə aldırmaq zərurəti yarandığını, bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində ərizəçinin onun bacısının əri olduğunu, 1996-cı ildə uşağın doğulduğunu, uşaq körpə olarkən anası ilə qonşuya gilənar yığmağa getdiklərini, uşağın su quyusuna düşərək öldüyünü, ölüm tarixini tam olaraq xatırlamadığını, uşağı xalası olaraq özünün yuduğunu, uşağın Babək rayon, Xəlilli kəndində dəfn edildiyini, atasının yasın 3-cü günü gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində uşağın su quyusuna düşərək öldüyünü, özünün evdə olmadığını, evdə olsa uşağı çıxara biləcəyini, uşağın dəfnində özünün də iştirak etdiyini, uşağın Babək rayon, Xəlilli kəndində dəfn edildiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 362472 nömrəli çıxarışdan görünür ki, X7 16 aprel 1996-cı il tarixdə Culfa rayon, Qazançı kəndində doğulmuşdur. Onun atası Ərizəçi, anası X2r. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 281 nömrəli arayışda qeyd olunmuşdur ki, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.1996-cı il tarixdə Culfa rayon Qazançı kəndində anadan olmuş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü ilədək "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-281/2024 nömrəli məktubdan görünür ki, X3 xx.xx.1998-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 32 nömrəli arayışda qeyd olunmuşdur ki, 1998-ci ildə vəfat etmiş X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 449 nömrəli arayışdan görünür ki, Cəfərov X5 şəhəri, 48-ci məhəllə, ev 90 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Babək rayon İcra Hakimiyyəti Şıxmahmud İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 378 nömrəli arayışdan görünür ki, X7 İcra nümayəndəliyinə məlum olan mərhum 25 iyun 1998-ci il tarixdə Babək rayon, Xəlilli kəndində vəfat etmiş və Xəlilli kənd qəbiristanlığında dəfn olunmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 16 aprel 1996-cı il tarixdə Culfa rayon, Qazançı kəndində doğulmuş X3 25 iyun 1998-ci il tarixdə Babək rayon, Xəlilli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -16 aprel 1996-cı il tarixdə Culfa rayon, Qazançı kəndində doğulmuş X3 25 iyun 1998ci il tarixdə Babək rayon, Xəlilli kəndində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 16 aprel 1996-cı il tarixdə Culfa rayon, Qazançı kəndində doğulmuş X3 25 iyun 1998ci il tarixdə Babək rayon, Xəlilli kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar