Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-111/2023 23.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 28 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 12 oktyabr 2021-ci il tarixində Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən 0.0202 hektar torpaq sahəsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 16/26 nömrəli reyestr kitabının 4828 nömrəli vərəqində adına qeydiyyatdan keçmişdir. Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən 0.0202 hektar torpaq sahəsində qonşuluğunda olan Cavabdeh bir müddət öncə, təxminən 2022-ci ilin ortalarında ona məxsus olan həyətyanı torpaq sahəsində onun heç bir razılığı olmadan, qanunsuz şəkildə tikili tikməyə başlamışdır. Həmin andan həmin tikilinin qanunsuz olduğunu, ona məxsus torpaq sahəsi üzərində aparılmasını cavabdehə deyərək dərhal sökülməsini Vilayətə bildirmişdir. Buna baxmayaraq cavabdeh, ona məxsus olan torpaq sahəsində tikdiyi tikilini sökməyəcəyini və torpağa tökdüyü tullantıları torpaq üzərindən götürməyəcəyini bildirmişdir. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə onun özünə, polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etsə də, nəticə etibarı ilə cavabdeh onu dinləməmişdir, dövlət qurumları isə ona bildirmişdirlər ki, “qarşı tərəf bizi dinləmir, sizin mübahisənizə məhkəmə baxmalıdır”. Bu səbəbdən də artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi nəticəsində onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq hüquq normalarında nəzərdə tutmuş hüquqları kobud şəkildə pozulmuşdur və hazırda da pozulmaqda davam etməkdədir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunmasına baxmayaraq cavabdeh tərəfindən son aylar ərzində inşa edilmiş özbaşına tikili, qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunmuş və torpaq sahəsinin üzərinə tullantılar atılmışdır. Bu isə mülkiyyətində olan torpaq sahəsindən müdaxiləsiz istifadəsinə maneələr yaradır. Şəxs yalnız mülkiyyətçisi olduğu torpaq sahəsinə onun icazəsi olmadan heç kəsi buraxmaya bilər. Axı mübahisələndirdiyi torpaq sahəsi cavabdehin mülkiyyəti deyildir. Həmin ərazidə onun tikili inşa etməsi, tullantılar atması və torpağını öz əmlakına qatması qanunsuz olaraq hüquqa zidd bir əməldir. Məhkəmə 12 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X6 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir. 02 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi X7 ərizədə nümayəndəsi olduğu İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, həmin iddia tələbini dəqiqləşdirmək istədiyini qeyd edərək Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, tikilmiş pilləkənin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin ərizəsi təmin olunaraq iddia tələbinə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, tikilmiş pilləkənin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X3 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasları zamanı iddiaçının nümayəndəsi X7 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında torpağın qardaşı İddiaçıin adına sənədləşdirilməsinə baxmayaraq həmin torpaq sahəsini özü üçün aldıqlarını, orada özünün tikinti aparacağını, ancaq cavabdehin maneələri nəticəsində torpaqdan istifadə edə bilmədiklərini, cavabdehin arvadının mülkiyyətində olan qonşuluqda yerləşən torpaq sahəsində olan tikilini sökərək həmin tikilinin qalıqlarını mübahisəli torpaq sahəsinə tökdüyünü, cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsi ilə mübahisəli torpaq sahəsi bitişik olduğundan sökülmüş tikintinin qalıqlarının da mübahisəli torpaq sahəsində olduğunu, dəfələrlə cavabdehdən həmin tullantıları götürməsini tələb etsələr də cavabdehin onların dediklərinə əməl etmədiyini, iddiaçının iddia ərizəsində cavabdehin mübahisəli torpaq sahəsində tikinti apardığını qeyd etdiyini, həmin tikintinin pilləkən olduğunu, cavabdehin onlar torpaq sahəsini alıb iddiaçının adına sənədləşdirdikdən sonra mübahisəli torpaq sahəsində pilləkən tikdiyini, oradan evinə girib çıxdığını, cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin ayrıca giriş-çıxışının mövcud olduğunu, onun heç bir əsas olmadan iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etdiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil1 izahatında iddianı müdafiə etdiyini, iddiaçının nümayəndəsi X5 izahatına əlavəsinin olmadığını, onun izahatında qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında 35-ci məhəllə 7/11 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı tərəfindən bələdiyyədən alındığını, ailəsi ilə birlikdə 35-ci məhəllə, ev 138 ünvanında yaşadıqlarını, yaşadıqları evin arvadı İmanova Elduzun mülkiyyətində olduğunu, mübahisəli torpaq sahəsini almaq üçün dəfələrlə bələdiyyəyə və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdiyini, ancaq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qeyd olunan torpaq sahəsinin satış üçün yararlı olmadığının ona bildirdiyini, bu barədə hətta yazılı cavab verildiyini, torpağı ala bilməsə də iddiaçı mübahisəli torpaq sahəsini almazdan çox əvvəl mübahisəli torpaq sahəsində pilləkən tikərək evlərindən həmin pilləkənə qapı açıb evlərinə girib çıxdıqlarını, mübahisəli torpaq sahəsinin xəritədə yol kimi göründüyünü, özünün evinə başqa giriş-çıxışı olmadığını, torpağın əvvəlcə bələdiyyənin mülkiyyətində olduğunu, bələdiyyənin onların yol kimi istifadə etdiyi torpaq sahəsini satmağının düzgün olmadığını, hazırda yaşadıqları evin bir hissəsini qızına bağışladıqlarını, sənədləşmə üçün notariusa getdikdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həmin evin bağışlanmasının mümkün olmadığını, çünki evin bağışlanmış hissəsinə ayrıca giriş-çıxış verilməsinin mümkün olmadığını onlara bildirdiklərini, buna görə də bağışlanma müqaviləsinin bağlana bilmədiyini, ancaq rəsmi olaraq bağışlanma olmasa da faktiki olaraq evin bir hissəsini qızına bağışladıqlarını, evin giriş-çıxışından qızıgilin istifadə etdiklərini, özlərinin isə yaşadıqları tərəfdə giriş-çıxışın mövcud olmadığını, ona görə də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən giriş-çıxış üçün istifadə etdiklərini, mübahisəli torpaq sahəsində yerləşən pilləkənin özü tərəfindən usta gətirilərək tikildiyini, qeyd olunan pilləkənin onun tərəfindən iddiaçı mübahisəli torpaq sahəsini almadan əvvəl tikildiyini, onun evinə yeganə giriş-çıxış yolu olan torpaq sahəsinin bələdiyyə tərəfindən satılmasının qanunsuz olduğunu, mübahisəli torpaq sahəsinə bitişik tikilmiş əlavə bir tikilinin özü tərəfindən söküldüyünü, tikintinin qalıqlarının mübahisəli torpaq sahəsində olduğunu, ancaq onları özünün götürməli olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən cavabdehin vəkili Vəkil2 izahatında hüquqlarını müdafiə etdiyi Cavabdeh izahatına əlavəsi olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 cavabdehlə eyni məzmunlu izahat verərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 02 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən mütəxəssis X2 mütəxəssis rəyi ilə eyni məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən 0.0202 ha torpaq sahəsinın tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16/26 nömrəli reyestr kitabının 4828 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən Naxçıvan şəhəri, 35-ci məhəllədə yerləşən 0.0457 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.16 kv.m yaşayış, 48.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/13 nömrəli reyestr kitabının 1972 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixdə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılması, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işlə əlaqədar 23 yanvar 2023-cü il tarixdə Naxçıvan şəhəri, 35-ci məhəllə 7/11 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhəri 35-ci məhəllə, 7/11 ünvanında yerləşən həyətyanı torpaq sahəsi 202.00 m2-dır. Həyətyanı torpaq sahəsi Naxçıvan Şəhər Bələdiyyəsinin 04 oktyabr 2021-ci il tarixli 91 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə verilmiş, xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə 027392 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 mülkiyyətində olan daşınmaz əmlakın İddiaçı mülkiyyətində olan torpaq saəsi tərəfə olan hissəsinin texniki pasportda yolun göstərilməsi araşdırılan zaman məlum oldu ki, Naxçıvan MR DTİ və MHQİnin aprel 2000-ci il tarixli 9903 inventar nömrəli texniki pasport hazırlanan zaman həmin torpaq sahəsi boş ərazi olduğundan yol kimi göstərilmiş və yeni verilmiş texniki pasportda ona əsaslandırılaraq qeyd olunmuşdur. Mübahisəli torpaq sahəsi qeydiyyata alınan zaman üzərində hər hansı bir tikilinin mövcud olduğu aşkar edilməmişdir. Lakin Cavabdeh tikdiyi pilləkən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ona məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan torpaq sahəsindən qanunsuz zəbt edilmiş hissəsinin boşaldılmasını, tikilmiş pilləkənin sökülməsini, cavabdehin torpaq sahəsindən çıxarılmasını, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin diqqətinə çatdırır ki, cavabdeh məhkəmədə verdiyi izahatında qeyd olunan pilləkənin onun tərəfindən iddiaçı mübahisəli torpaq sahəsini almadan əvvəl tikildiyini, yaşadıqları evə yeganə giriş-çıxış yolunun mübahisəli torpaq sahəsindən olduğunu qeyd etsə də bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da bu qeyd edilənləri təsdiq edən hallar ortaya çıxmamışdır. Əksinə cavabdeh tərəfin özünün məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın texniki pasportundan görünür ki, X4 mülkiyyətində olan daşınmaz əmlaka ayrıca giriş-çıxış yolu mövcuddur. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə həmçinin cavabdehin diqqətinə çatdırır ki, cavabdeh qeyd olunan pilləkənin mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmazdan əvvəl tikildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmiş olsa idi belə yenə də mülkiyyətçi olaraq iddiaçının haqlı olaraq həmin pilləkənin sökülməsini tələb etmək hüququ vardı. Çünki həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrindən çıxarışdan da göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq torpaq sahəsinə istənilən qəsdə son qoyulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşmış hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsi boşaldılmalı, həmin torpaq sahəsində tikilmiş pilləkən sökülməli, həmin torpaq sahəsinə tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələr aradan qaldırılmalı və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsi boşaldılsın, həmin torpaq sahəsində tikilmiş pilləkən sökülsün, həmin torpaq sahəsinə tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələr aradan qaldırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-111/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-111/2023
23.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver