Məhkəmə qərarları › İş №2(078)-1115/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1115/2025

25.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1115/2025 25.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış dəyərinin bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Paylı mülkiyyətdə olan, ünvan 1 ünvanında 0.0427 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 67.5 m² olan fərdi yaşayış evinin aciq hərracdan satılması və satış dəyərinin paylarına uyğun nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsi və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən aydın olur ki, tərəflər arasında əmlakın naturada bölünməsi tərələbinə dair məhkəmənin qanuni qüvvədə olan qətnaməsi mövcuddur. Həmin qətnamədən sonra tərəflər arasında pay bölgüsünün ardıcıllığına riayət edilməmiş, kompensasiya ödənilməsi tələbi qeyd edilmədən birbaşa sonuncu mərhələ-əmlakın hərracdan satış mərhəsi qeyd olunmuşdur. İddiaçı məhkəmədənkənar mübahisənin həlli mərhələsinə əməl etməmiş, kompensasiya tələbi ilə müraciət etmədən hərracdan satış tələbi ilə müraciət etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin ərizənin forma və məzmununa riayət edilməlidir. Həmin maddəyə riayət edilməməsi MPM-in 152-ci maddəsinə əsasən ərizənin geri qaytarılması əsasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsi geri qaytarıldığından X1 tərəfindən 03 iyun 2025-ci il tarixdə ********** nömrəli qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış dəyərinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinə əlavə olunmuş İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar