Məhkəmə qərarları › İş №2(078)-112/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-112/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-112/2024 18.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 117-də yerləşən 28 saylı mənzildən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhəri İstiqlal küçəsi bina 117- də yerləşən 28 saylı 3 otaqlı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin yaşayış evinin pasport qeydiyyatında İddiaçı, Cavabdeh və X10 vardır. Qızı Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatında olsa da həmin ünvanda on beş ilə yaxındır ki, yaşamır. Cavabdeh onun evində pasport qeydiyyatında olduğundan o mülkiyyət üzərində öz hüquqlarını həyata keçirə bilmir. Cavabdeh 30 dekabr 2023-cü il tarixdə məhkəməyə iddiaçının iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırmışdır. İddiasının əsası kimi onun mülkiyyətində olan Naxçıvan şəhəri İstiqlal küçəsi bina 117-də yerləşən 28 saylı mənzildə mən əsassız və qanunsuz olaraq qeydiyyatda qalmışdır və guya bu iddiaçının mülkiyyət hüquqularını məhdudlaşdırır. İddianı qəbul etmir. İlk əvvəl onun iddiaçı ilə bioloji bağlılığı ata və övlad qohumluğudur. Yəni iddiaçı onun doğma atasıdır. Hazırda mülkiyyətçi olduğu deyilən ev anası ilə birgə nikah dövründə alınmış və anası evi atasına vermişdir. O həmin evdə qeydiyyatdadır və Naxçıvana gələndə başqa qalmağa yeri olmadığından orda qalır. Tez-tez Naxçıvana gedir, lakin iddiaçı son vaxtlar onları evə qoymur və yeni qurduğu ailə ilə həmin evdə yaşayır. Sonuncu dəfə də evə gedərkən onu evə qoymamış və evə girişinə məhdudiyyət yaratmışdır. Bu səbəbdən də məcburən Bakıya gəlmişdir. Hazırda iddiaçı onu evə qoymadığından evə gedib-gələ bilmir. İddiaçı onun istifadə hüququna xitam verilməsini tələb edirsə ona kompensasiya ödəməlidir. Bu da ümumilikdə 15.000 manat edir ki, əslində buda başqa yerdə qalmaq üçün kifayət deyil. Bu səbəbdən ona 15.000 manat kompensasiya ödənildiyi təqdirdə istifadə hüququna xitam verilməsinə razıdır. Hazırkı iddia ilə bağlı Ali Məhkəmənin konkret mövqeyi vardır ki, bu tip işlərdə övlad valideyn arasında belə mübahisələr olduqda istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilməsi qərara alınmışdır. Hazırki iş üzrə iddiaçı ona kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbini irəli sürmədiyindən iddianı qəbul etmir. Həmçinin də onun istifadə hüququna xitam verilməsinə yalnız 15.000 (on beş min) manat ödənilməklə razıdır. Hər iki halda iddiaçı onunla razılaşmalıdır. Razılaşmadığı halda iddia təmin edilməməlidir. Belə ki, Ali Məhkəmənin 2(102)-3111/2023 saylı xx.xx.2023-cü il tarixli və 2(102)-3503/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kompensasiya məbləğində razılıq əldə edilmədiyindən iddia təmin edilməmişdir. Mülki Məcəllənin 228-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 31 maddə- Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı tərəfindən ona istifadə hüququna 15.000 manat kompensasiya verilməklə xitam verilməsi tələbi olduğu halda və kompensasiya verilməsi təmin edildiyi halda istifadə hüququna xitam verilməsinə razı olar. Hazırkı iddia tələbində iddiaçı kompensasiya verilməsini təmin etmədiyindən iddianın təmin edilməməsini xahiş edir. Yuxarıda göstərilənləri nəzərə alaraq icraatda olan iddiаçı İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 11 mart 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə növbəti məhkəmədə iştirak edə bilməyəcəyini, buna maddi imkanının olmadığını, atasının ona qarşı soyuq münasibətinin məhkəmə prosesində də göründüyünü, gəlib qalacağı yer olmadığını, atasının məhkəmədə gəlib-qalmasını dediyini, ancaq qapısına gedəndə qoymadığını, bir uşaqla tələbə qızlarla kirayədə qaldığını, nə Bakıda nə də Naxçıvanda yaşamağa yerinin olmadığını, bir övladı ilə ortalıqda qaldığını, ədalətli qərar qəbul ediləcəyinə əmin olduğunu bildirmişdir. 18 aprel 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 2003-cü ildə X9 ilə aralarında olan nikahın pozulduğunu, uşaqların da anaları ilə getdiklərini, 2 ev olduğunu, evlərdən birinin özündə birinin də keçmiş həyat yoldaşı X3 qaldığını, məhkəmədə hər ikisinin ərizə yazdıqlarını, razılıq verdiklərini, 2 qızı olduğunu, uşaqları ilə əlaqəsinin olmadığını, 2013-cü ildə yenidən ailə qurduğunu, ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşadığını, cavabdehin 15000 manat kompensasiya istədiyini, onlara ev verdiyini, elə bir pul ödəmə imkanının da olmadığını, işləmədiyini, qızı Cavabdeh təxminən 2009-cu ildən ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında anası ilə atasının 2003-cü ildə ayrıldığını, sonradan yenidən barışdıqlarını, birlikdə yaşadıqlarını, özünün 2009-cu ildən Bakı şəhərində yaşadığını, işinə görə oraya köçdüyünü, 2013-cü ildə evləndiyini, ünvan 1 ünvanında yerləşən mənzili təxminən onun 10 yaşı olarkən aldıqlarını, sonra atasının yenidən evləndiyini, hal-hazırda özünün anası ilə Bakı şəhərində 1 otaqlı evdə yaşadığını, uşaq böyütdüyünü, kompensasiya ödəməsini istədiyini, əks halda yaşayış və istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində İddiaçı ilə qonşu olduqlarını, özünün 1988-ci ildən orada yaşadığını, İddiaçı qızı Cavabdeh 15 ildən çoxdur mübahisəli mənzildə görmədiyini, nə vaxtdan yaşamasını dəqiq bilmədiyini, hazırda ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı, həyat yoldaşının və balaca qızının qaldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində İddiaçı qonşu kimi tanıdığını, hazırda ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı, həyat yoldaşının və qızının yaşadığını, Cavabdeh yadına gəlmədiyini, İddiaçı əvvəl Gülayın anası ilə yaşadığını bildiyini, 18-19 ildir onları mübahisəli mənzildə görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində özünün 1988-ci ildən orada yaşadığını, İddiaçı ilə qonşu olduqlarını, İddiaçı təxminən 2000-ci ildə oraya köçdüyünü, qızı Cavabdeh da orada gördüyünü, ancaq təxminən 2009-cu ildən onu görmədiyini, hazırda ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı, həyat yoldaşının və balaca qızının yaşadığını bildirdi. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 117 nömrəli, 4 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində, 58.37 kv.m ümumi, 45.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 28 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 2 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması və 2009-cu ildən həmin ünvanda yaşamaması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 03 yanvar 2003-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X9 arasında Naxçıvan şəhər VVAQ şöbəsində 05 may 1983-cü il tarixdə bağlanmış, 92 nömrə ilə qeydə alınmış nikah aktının ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə verilmiş 23 avqust 2004-cü il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 adına olan Naxçıvan şəhəri, Nizami küçəsi 53A-da yerləşən 31 saylı mənzilin aralarında bölünməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə verilmiş ərizədən görünür ki, X7 məhkəməyə ərizə təqdim edərək sabiq həyat yoldaşı İddiaçı ona qarşı qaldırdığı iddia ilə əlaqədar Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 7, ev 22-də yerləşən şəxsi mülklərinin iddiaçıya verilməsi şərti ilə öz iddiasından imtina etməsinə və işin icraatına xitam verilməsinə etirazı olmadığını, əlavə olaraq hazırda yaşadığı Nizami 53, ev 31-də yerləşən mənzilin onun mülkiyyətində, Xətai məhəlləsində yerləşən mülklərinin isə İddiaçı mülkiyyətində qalmasına etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə verilmiş 13 sentyabr 2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək sabiq həyat yoldaşı X5 qarşı əmlak və mülk bölgüsü tələbi ilə əlaqədar qaldırdığı iddiasını geri götürdüyünü, hazırda yaşadığı yaşayış evi onun adına sənədləşdirildiyindən Lütviyyəyə qarşı heç bir əmlak tələbi olmadığını və gələcəkdə heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəyini, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyul 2015-ci il tarixli, AZ-İ seriyalı, 219531 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən X12 və X6 arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 205 nömrə ilə qeyd aparılması aydın olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 aprel 2024-cü il tarixli məktubu ilə göndərilmiş İddiaçı və X7 arasında bağlanmış 08 may 2009-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr kitabı-13/834, invertar işi-9379 olan qeydiyyat vərəqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaq, dəhliz- 58.37 kv.m, o cümlədən 45.9 kv.m yaşayış sahəsindən ibarət yaşayış evini İddiaçı bağışlamış, İddiaçı isə bağışlanan yaşayış evini X2 bəxşiş olaraq qəbul etmişdir. Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 15 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda cavabdeh Bakı şəhərində yaşayır. Həmçinin məhkəmə onu da bildirir ki, Cavabdeh 30 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə özünün həmin evdə qeydiyyatda olduğunu, Naxçıvana gələndə başqa qalmağa yeri olmadığından orda qaldığını, tez-tez Naxçıvana getdiyini, lakin iddiaçının son vaxtlar onları evə qoymadığını, yeni qurduğu ailə ilə həmin evdə yaşadığını, sonuncu dəfə də evə gedərkən onu evə qoymadığını, evə girişinə məhdudiyyət yaratdığını, bu səbəbdən də məcburən Bakıya gəldiyini, hazırda iddiaçı onu evə qoymadığından evə gedib-gələ bilmədiyini, iddiaçının onun istifadə hüququna xitam verilməsini tələb edirsə ona kompensasiya ödəməli olduğunu qeyd etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin ərizəsində qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə iclası zamanı cavabdeh 2009-cu ildən evdən çıxıb getdiyini,hazırda da anası ilə birlikdə Bakı şəhərində yaşadığını bildirmişdir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar