Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1120/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən ediməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən miras əmlakdan mərhum anam X5 1/7 hissədə payının onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müayyən edilməsi. barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X9 xx.xx.2022-ci il tarixində qaraciyərin bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən əldə edilən çıxarışda ünvan 1 ünvanında yerləşən miras əmlak olan fərdi yaşayış evində mərhum anam X5 1/7 hissədə payı müəyyən olunmuşdur. O da mərhum anası X5 1/7 hissədə payını qəbul etmək istəyir. Mərhum anası X5 aşağıdakı vərəsələri həyat yoldaşı X16 (vəfat edib), oğlu Maraqlı şəxs1, qızı Maraqlı şəxs2dır. Mərhum anası X5 ölümündən sonra miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 1/7 hissədə payı o qəbul etmidir. Mərhum anası X5 1/7 hissədə payına münasibətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün X21 Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmiş, X21 Xidmət Mərkəzinin Notariat ofisinin 17 iyul 2025-ci il tarixli məktubunda müddət buraxıldığından vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 1145, 1243, 1243.1, 1246, 1248.1, 1268.1-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş "notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın" 99-cu bəndi ilə əsaslandırmışdır. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Ərizəçi iddianı müdafiə edərək verdiyi izahatında anasının onunla yaşadığını, anasının özünün baxdığını, vəfatından sonra anasının bütün miras əmlakının ona qaldığını bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş emişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Maraqlı şəxs1 verdiyi izahatında iddiaçının doğru dediyini, anasına onun baxdığını, anasının əziyyətini çəkdiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Maraqlı şəxs2 verdiyi izahatında iddiaçının doğru danışdığını, haqlı olduğunu bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını ifadələrini dinləyib, onu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Məhkəməyə təqdim olunan Naxçıvan Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1056/2025 nömrəli məktubda bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi 10 iyul 2025-ci il tarixdə ərizə ilə müraciət edərək 12 oktyabr 2022-ci il tarixdə anası X9 vəfat etmişdir. Ondan Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanda yerləşən daşınmaz əmlak miras qalmışdır. Mərhum anası X4 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildiririk ki, sənədlər təqdim olunmadığı üçün, mübahisə olduğu üçün və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Yuxarıda qeyd olunanlara əsasən mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddət məhkəmə tərəfindən uzadılanadək Vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilsin. Vətəndaş Ərizəçi təklif olunsun ki, vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından adiyyatı üzrə məhkəməyə müraciət etsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 1099 nömrəli vərəqində qeydiyyata alınan çıxarışdan məlum olur ki, hüququ rəsmiləşdirən şəxs X12, daşınmaz əmlakın növü- fərdi yaşayış evi, daşınmaz əmlakın ünvanı- ünvan 3ü- xüsusi, daşınmaz əmlakın üzərində hüququn növü- mülkiyyət, daşınmaz əmlakın ümumi sahəsi- 63.7m2, torpaq sahəsinin mülkiyyət növü- xüsusi, torpaq sahəsi üzərində hüququn növü- mülkiyyət, torpaq sahəsinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin ölçüsü- 0.1558 ha, daşınmaz əmlakın reyestr nömrəsi- **********40-10301, hüquq sahibinin adı- X9, payı- 1/7 hissə, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi- xx.xx.2023-cü il tarixidir. Məhkəməyə təqdim olunan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(078)-79/2025 nömrəli qətnaməsində X6 X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m² fərdi yaşayış evində olan 2/7 hissədə payını, mərhum X10 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m² fərdi yaşayış evində olan 1/7 hissədə payını və mərhum X11 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m² fərdi yaşayış evində olan 1/7 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə X6 Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanında yerləşən 0.1558 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 63.7 m² fərdi yaşayış evində 5/7 hissə payı müəyyən edilməsi qət edilmişdir Məhkəməyə təqdim olunan xx.xx.2012-ci il tarixli 802627 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.2017-ci il tarixli 702530 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X17 xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.1978-ci il tarixli 496826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs2 xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Məhkəməyə təqdim olunan xx.xx.1973-cü il tarixli 477503 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Məhkəməyə təqdim olunan xx.xx.1972-ci il tarixli 381472 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Maraqlı şəxs1 xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Naxçıva Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdairəsinin xx.xx.2025-ci il tarixli 7461 nömrəli arayışından aydın olur ki, Əhmədova X13 şəhəri, 19 məhəllə, bina 5, ev 15 ünvanında qeydiyyatdadır. Naxçıva Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdairəsinin xx.xx.2025-ci il tarixli 7419 nömrəli arayışından aydın olur ki, Əhmədov X14 şəhəri, 19 məhəllə, bina 5, ev 15 ünvanında qeydiyyatdadır. Naxçıva Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdairəsinin xx.xx.2025-ci il tarixli 7460 nömrəli arayışından aydın olur ki, Əhmədov X15 şəhəri, 19 məhəllə, bina 5, ev 15 ünvanında qeydiyyatdadır. Naxçıva Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdairəsinin xx.xx.2025-ci il tarixli 7458 nömrəli arayışından aydın olur ki, X1 şəhəri, 19 məhəllə, bina 5, ev 15 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mərhum X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu hissədə miras əmlakla bağlı hüquqi məsələlər həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin halları ilə müəyyən edilir ki, mərhum X3 olduğu vaxtdan Ərizəçi anası ilə birgə yaşamış, X5 vəfatından sonra mirası qəbul etmişdir və bu gün də anadan qalan miras əmlakı sahiblənmişdir. Miras qoyan ərizəçinin anasıdır və qanun üzrə vərəsələr sırasına daxildir. Ərizəçi hələ anasının sağlığından onunla yaşamış və onun vəfatından sonra mirasın qəbulu üçün onun idarəçiliyi üçün bütün zəruri hərəkətləri həyata keçirmişdir. Bu halda ərizəçinin ərizəsi təmin edilməli, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Naxçıvan şəhəri, Validə Hüseynova küçəsi, döngə 1, ev 2 ünvanında yerləşən 63.7 kv.metr fərdi yaşayış evi və 0.1558 ha torpaq sahəsindən ibarət miras əmlakın mərhum X4 miras qalan 1/7 hissəsində payın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə şamil edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1120/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1120/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver