Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-114/2021 14.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 xx xxxxxx 1990-cı il tarixdə ölümündən sonra miras qalmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında, anası X7 xx xxxxxx 1990-cı il tarixdə vəfat etdiyini, onun vərəsələrinin- 1. X12 (xx.xx.2013-cü ildə ölüb); 2. X25 (xx.xx.2010-cu ildə ölüb); 3. X19 (xx.xx.1999-cu ildə ölüb); 4. X13; 5. X8; 6. X14 olduğunu, mərhum qardaşı X15 xx.xx.2010-cu il tarixdə öldüyünü, onun vərəsələrinin- 1. X26; 2. X27; 3. X20;
4. X36; 5. X28 olduğunu, mərhum qardaşı X9 xx.xx.1999-cu il tarixdə öldüyünü, onun vərəsəsinin X31 olduğunu, mərhum anası X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin fərdi yaşayış evinə dair mərhum anası X7 adına xx xxxxxx 2016-cı il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən **********80-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış verildiyini, mərhum anasının vəfatından sonra onun mülkiyyətində olan evdə ailə üzvləri ilə birlikdə yaşadıqlarını, digər bacı-qardaşlarının ailə qurub həmin evdən ayrıldıqlarını, bacıları Nəzirə, Natella və mərhum qardaşı Asəfin vərəsələrinin miras qalan əmlakın onlara çatan hissəsindən mübahisəsiz olaraq notarial qaydada onun xeyrinə, bəzilərinin isə ümumiyyətlə mirasın qəbulundan imtina etdiklərini, həmin miras əmlakı mübahisəsiz olaraq ailə üzvləri ilə birlikdə orada yaşayıb idarə etməklə faktiki olaraq qəbul edib vaxtlı-vaxtında kommunal xərclərini ödədiklərini, lakin maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilmədiyini, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan Şəhər Birinci Dövlət Notariat Kontoruna müraciət etdiyini, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin məktubunda mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, 1942-ci ildə sözügedən evdə anadan olduğunu, İbrahimovanın ər soyadı, Məhərrəmovanın ata soyadı olduğunu göstərərək, mərhum anası X7 xx xxxxxx 1990-cı il tarixdə ölümündən sonra miras qalmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil ərizəni müdafiə edərək, ərizəçinin anası X7 xx xxxxxx 1990-cı il tarixdə vəfat etdiyini, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras qaldığını, həmin fərdi yaşayış evinə dair ərizəçinin mərhum anası X7 adına xx xxxxxx 2016-cı il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən **********80-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış verildiyini, ərizəçinin mərhum anasının vəfatından sonra onun mülkiyyətində olan evdə ərizəçinin ailə üzvləri ilə birlikdə yaşadıqlarını, ərizəçinin digər bacı-qardaşlarının ailə qurub həmin evdən ayrıldıqlarını, ərizəçinin bacıları Nəzirə, Natella və mərhum qardaşı Asəfin vərəsələrinin miras qalan əmlakın onlara çatan hissəsindən mübahisəsiz olaraq notarial qaydada ərizəçinin xeyrinə, bəzilərinin isə ümumiyyətlə mirasın qəbulundan imtina etdiklərini, həmin miras əmlakı ərizəçinin mübahisəsiz olaraq ailə üzvləri ilə birlikdə orada yaşayıb idarə etməklə faktiki olaraq qəbul edib vaxtlı-vaxtında kommunal xərclərini ödədiklərini, lakin ərizəçinin maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilmədiyini, ərizəçinin mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan Şəhər Birinci Dövlət Notariat Kontoruna müraciət etdiyini, Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin məktubunda mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından ərizəçinin məhkəmə müraciət etməli olduğunun bildirildiyini, ərizəçinin sözügedən evdə anadan olduğunu göstərərək, ərizəçinin mərhum anası X7 xx xxxxxx 1990-cı il tarixdə ölümündən sonra miras qalmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X46, 1947-ci ildə doğulduğunu, Səkinənin bacısı ilə oxuduğunu, Natella ilə institutda oxuduqlarını, Aydınla Natellanın da həmin evdə yaşadıqlarını, Vahid müəllimin də həmin evdə qaldığını, Ərizəçi sözügedən mənzildə yaşadığını, hazırda da Ərizəçi həmin mənzildə tək yaşadığını, ondan başqa həmin evdə kimsənin yaşadığını görmədiyini bildirmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X40, sözügedən evdə Səkinənin qaldığını, hazırda da Ərizəçi həmin mənzildə tək yaşadığını, ondan başqa həmin evdə kimsənin yaşadığını görmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 02/439 nömrəli arayışa əsasən, X21 ilə X22 barəsində Naxçıvan şəhər Qeydiyyat şöbəsində və Naxçıvan şəhər Qeydiyyat şöbəsi Arxivində nikah akt qeydiyyatı tapılmamışdır. AZ-İ seriyalı, 497284 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X22 xx xxxxxx 1990-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 391 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 598775 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X37 xx xxxxxxxx 2018-ci il tarixdə ürəyin sklerotik xəstəliyi səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 313 nömrə ilə qeyd edilmişdir. Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 376896 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli çıxarışa əsasən, X12 xx xxxx 2013-cü il tarixdə hipertoniya xəstəliyi səbəbindən vəfat etmiş və bu barədə ölüm kitabının 02-ci səhifəsində qeydiyyat aparılmışdır. AZ seriyalı, 028371 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X19 xx xxxxxx 1999-cu il tarixdə ürək əzələsi infarktı səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 219 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 375864 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X25 xx xxx 2010-cu il tarixdə beyinə qansızma səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 164 nömrə ilə qeyd edilmişdir. Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 011298 nömrəli çıxarışa əsasən, X26 xx xxxx 2002-ci il tarixdə kəskin miokard infarktı səbəbindən vəfat etmiş və bu barədə ölüm kitabının 336-cı səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 02/439 nömrəli arayışa əsasən, X21 barəsində Naxçıvan şəhər Qeydiyyat şöbəsində və Naxçıvan şəhər Qeydiyyat şöbəsi Arxivində 1941-1945-ci ilə aid ölüm akt qeydiyyatı tapılmamışdır. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, 920 nömrəli məktubuna əsasən, X10 xəbərsiz itkin düşməsi və ya həlak olması barədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Böyük Vətən Müharibəsinə aid arxiv kitablarında heç bir məlumat yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X58 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 01/3396 nömrəli arayışa əsasən, mərhum X7 aşağıdakı vərəsələri vardır:
1. X21 həyat yoldaşı vəfat edib;
2. X12 qızı vəfat edib;
3. X25 oğlu vəfat edib;
4. X19 oğlu vəfat edib;
5. X13 qızı vəfat edib;
6. X8 qızı vəfat edib;
7. X14 qızı 1942-cı ildə doğulub. Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli arayışa əsasən, mərhum X15 aşağıdakı vərəsələri vardır:
1. X17 həyat yoldaşı vəfat edib;
2. X26 oğlu;
3. X27 qızı;
4. X20 oğlu;
5. X36 oğlu;
6. X28 qızı. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X58 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 01/2443 nömrəli arayışa əsasən, mərhum X9 aşağıdakı vərəsəsi vardır:
1. X31 oğlu 1975-ci ildə doğulub. Naxçıvan şəhər XDM İK-nın xx xxxxxxx 1992-ci il tarixli, 698 nömrəli qərarından çıxarışa əsasən, xx xxxxxx 1975-ci il tarixdə anadan olmuş X3 Aydın Hidayət oğlunun övladlığına verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın təsdiqləmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.52 kv.m, torpaq sahəsinin ölçüsü 0.064 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/26 nömrəli reyestr kitabının 5076 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********80-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016). xx xxxxxx 2015-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X13 mərhum anası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən vərəsəlik yolu ilə ona çatan paydan bacısı Ərizəçi xeyrinə imtina etdiyini bildirmişdir. xx xxxxxx 2015-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X23 xx xxxxxx 1990-cı il tarixdə vəfat etmiş anası X1 ölümündən sonra mirası nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qəbul etmədiyini, buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədinin olmadığını bildirmişdir. xx xxxxx 2015-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X36 mərhum nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakdan ona çatan payı qəbul etmədiyini, heç bir tələbinin olmadığını, həmin mülkdən vərəsəlik yolu ilə ona çatan paydan bibisi Ərizəçi xeyrinə imtina etdiyini bildirmişdir. xx xxx 2015-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X32 1990-cı ildə vəfat etmiş nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakı qəbul etmədiyini, etmək fikrində olmadığını, gələcəkdə bu barədə heç bir məhkəmə iddiası qaldırmayacağını, eyni zamanda miras qalmış əmlakla bağlı bibisi Ərizəçi Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsinə tərəfdar olduğunu bildirmişdir. xx xxx 2015-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X20 nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkdən bibisi Ərizəçi xeyrinə imtina etdiyini bildirmişdir. xx xxx 2015-ci il tarixli notarial təsdiqli ərizəyə əsasən, X28 nənəsi X5 məxsus ünvan 1 ünvanında yerləşən evin Ərizəçi adına keçirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin evə dair heç bir tələbinin-iddiasının olmayacağını bildirmişdir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin məktubundan görünür ki, mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin, ərizəçinin vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadəsinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin məhkəməyə verdiyi izahatı, şahidlərin ifadəsi, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, xx xxxxxx 1990-cı il tarixdə X22 vəfat etdikdən sonra qızı Ərizəçi X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.52 kv.m, torpaq sahəsinin ölçüsü 0.064 ha olan fərdi yaşayış evini sahiblənərək mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, müvafiq faktın təsdiqi ilə bağlı Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət edilmiş və həmin orqan tərəfindən ünvanlanmış məktuba əsasən mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin mərhum X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından həmin mirasın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçinin izahatına iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
Ərizə təmin edilsin. X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.