Məhkəmə qərarları › İş №2(078)-1141/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1141/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1141/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs6 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən mərhum bibisi X6 1/6 hissədə və X9 1/6 hissədə payının onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum anası X13 10 iyun 2022-ci il tarixdə vəfatından sonra 06 sentyabr 2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilən çıxarışla mülkiyyət hüququ əldə etmişdir. Lakin həmin çıxarışda onun 4/6 hissədə payı, mərhum bibiləri X6 1/6 hissədə və X9 isə 1/6 hissədə payı müəyyən olunmuşdur. Mərhum bibisi X18 19 mart 1996-cı il tarixdə və digər mərhum bibisi X22 04 mart 2008-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan daşınmaz əmlakda mərhum bibiləri X6 1/6 hissədə və X9 1/6 hissədə payını özü qəbul etmiş və idarə etmişdir. Həmin daşınmaz əmlakın bütün kommunal (elektrik və qaz) ödənişləri özünün adınadır və özü tərəfindən ödənilir. O, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüquqi ilə çıxarış almaq istəyir. Bu səbəbdən də mərhum bibisi X6 1/6 hissədə və X9 1/6 hissədə payının özü tərəfindən qəbul olunması faktı ilə bağlı məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Mərhum bibisi X9 vərəsələri yoxdur. Onunla həyat yoldaşı X31 arasında olan nikah 27 mart 1981-ci il tarixdə pozulmuşdur. X1 həyat yoldaşı X7 (1996-cı ildə vəfat edib), oğlu X8 (1996-cı ildə vəfat edib), qızı Maraqlı şəxs2, qızı X19, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 adlı vərəsələri var. Mərhum bibisi X1 vərəsələri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamayıblar və mərhum anaları X6 paylarını qəbul etməyiblər. Mərhum bibisi X6 1/6 hissədə və X9 1/6 hissədə payına münasibətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin 18 iyul 2025-ci il tarixli məktubunda müddət buraxıldığından vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(078)-1141/2025 nömrəli qərardadı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs8 və Maraqlı şəxs7 maraqlı şəxs qismində cəlb olunması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə aşağıda qeyd edilən ərizə və teleqramları göndərmişlər. Maraqlı şəxs8 24 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X6 1/6 hissədə və X9 1/6 hissədə payının qəbul edilməsi faktının müəyyən olunmasına etirazı olmadığını qeyd etmişdir. Maraqlı şəxs7 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X6 1/6 hissədə və X9 1/6 hissədə payının qəbul edilməsi faktının müəyyən olunmasına etirazı olmadığını qeyd etmişdir. Maraqlı şəxs3 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X6 1/6 hissədə və X9 1/6 hissədə payının qəbul edilməsi faktının müəyyən olunmasına etirazı olmadığını qeyd etmişdir. Maraqlı şəxs5 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X6 1/6 hissədə və X9 1/6 hissədə payının qəbul edilməsi faktının müəyyən olunmasına etirazı olmadığını qeyd etmişdir. Maraqlı şəxs4 08 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X6 1/6 hissədə və X9 1/6 hissədə payının qəbul edilməsi faktının müəyyən olunmasına etirazı olmadığını qeyd etmişdir. Maraqlı şəxs2 08 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Ərizəçi məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X6 1/6 payda və X9 1/6 payda mülkiyyət hüququnun tanınması (qəbul edilməsi) faktının müəyyən olunmasına heç bir etirazı olmadığını qeyd etmişdir. Maraqlı şəxs1 məhkəməyə ərizə göndərərək xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum X3 ölümündən sonra ölümü ilə əlaqədar vərəsəliyi faktiki qəbul etmədiyini, qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmədiyini və mirası qəbul etmək niyyəti olmadığını qeyd etmişdir. Məhkəmə maraqlı şəxslər tərəfindən məhkəməyə göndərilmiş ərizə və teleqramları nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxslər Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında iddia ərizəsində qeyd edilənlərə əlavəsi olmadığını bildirərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs6 izahatında bacıları Elmira və Zəhra öldükdən sonra onlardan miras qalmış əmlakda qardaşının oğlu Eldənizin, onun ailəsinin yaşadığını, miras paylarının Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduğunu, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində Ərizəçi ilə uzaq qohum olduqlarını, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Eldənizin və ailəsinin yaşadığını, həmin evdə başqa heç kimin yaşadığını görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində əvvəl Ərizəçi atasının, sonra anasının, onlar vəfat etdikdən sonra Ərizəçi ailəsi ilə birlikdə yaşadığını, həmin evdə başqa heç kimin yaşadığını görmədiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə X6, 1/6 hissədə X9 və 4/6 hissədə isə Ərizəçi mülkiyyətində olması, X6 Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 adlı vərəsələrinin olması, X9 Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs8 və Maraqlı şəxs7 adlı vərəsələrinin olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə X6, 1/6 hissədə X9 və 4/6 hissədə isə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində 18/55 nömrəli reyestr kitabının 10741 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Babək Rayon İcra Hakimiyyəti Kərimbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 204 nömrəli arayışdan mərhum Ələsgərova (Həsənova) Elmira Mehrac qızının həyat yoldaşı X7 (vəfat edib), qızı Maraqlı şəxs1, qızı Maraqlı şəxs2, oğlu X8 (vəfat edib), oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 adlı vərəsələrinin olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli arayışdan mərhum X9 atası X20 (vəfat edib), anası X23, bacısı Maraqlı şəxs5, qardaşı X28 (vəfat edib), bacısı X24 (vəfat edib), bacısı Maraqlı şəxs6, bacısı Maraqlı şəxs8 və bacısı Maraqlı şəxs7 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 503359 nömrəli çıxarışdan X20 və X10 birgə nikahından 01 sentyabr 1951-ci il tarixdə X28 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 498769 nömrəli çıxarışdan X28 və X15 birgə nikahından xx xxxx 1986-cı il tarixdə Ərizəçi adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli, AZ-İ seriyalı, 802388 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X13 10 iyun 2022-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 209 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli arxiv arayışından X20 və X10 birgə nikahlarından 24 sentyabr 1946-cı il tarixdə X6 doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 339590 nömrəli çıxarışdan X7 və X6 03 sentyabr 1963-cü il tarixdə nikaha daxil olmaları və bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 122 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 339807 nömrəli çıxarışdan X7 və X3 birgə nikahından 15 avqust 1965-ci il tarixdə X19 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 339808 nömrəli çıxarışdan X7 və X3 birgə nikahından 16 avqust 1967-ci il tarixdə X16 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, ******* nömrəli çıxarışdan X7 və X3 birgə nikahından 15 aprel 1970-ci il tarixdə X8 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 419625 nömrəli çıxarışdan X7 və X3 birgə nikahından 23 avqust 1973-cü il tarixdə Maraqlı şəxs4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 346685 nömrəli çıxarışdan X7 və X3 birgə nikahından xx xxxxxx 1979-cu il tarixdə Maraqlı şəxs3 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 446408 nömrəli çıxarışdan X3 19 mart 1996-cı il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 446409 nömrəli çıxarışdan X2 19 mart 1996-cı il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər zaks bürosu tərəfindən verilmiş 03 yanvar 1955-ci il tarixli, ИЖ seriyalı, 174586 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X20 və X10 birgə nikahlarından 15 dekabr 1954-cü il tarixdə X9 doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, AZ-İ seriyalı, 674281 nömrəli çıxarışdan X21 və X31 arasında bağlanmış nikahın pozulması, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 27 mart 1981-ci il tarixdə 08 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli, AZ-İİ seriyalı, 674281 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 04 mart 2008-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 757 nömrəli arayışdan Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Regional "ASAN xidmət" mərkəzi Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında qaz sayğacı G4 markalı smart tipli zavod nomrəsi (********) olan qaz alqı-satqısı müqaviləsi xx.xx.2019-ci ildə Ərizəçi adına bağlanmış, və həmin ildən qaz ödənişləri Ərizəçi adına ödənilir. Abonent istehlak etdiyi təbii qazın həcminə görə 10245 m3-dək ödəniş etmiş hazırda sayğacın göstəricisi 10200 m3 borcu yoxdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Regional "ASAN xidmət" mərkəzi Kommunal (işıq) Xidməti tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanında xx.xx.2016-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70376858 olan smartkart tipli elektrik sayğacın müqaviləsi Ərizəçi adına bağlanmışdır və ödənişlər Ərizəçi tərəfindən ödənilir, xx.xx.2025-ci il tarixədək heç bir borcu yoxdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum X22 və X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ərizəçi sənədlərinə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizəçi miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evinin mərhum bibisi X11 məxsus 1/6 hissədə payını və X17 məxsus 1/6 hissədə payının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən, lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 446408 nömrəli çıxarışdan görünür ki, X12 19 mart 1996-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən ərizəçinin X1 ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payından ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İşin məhkəmədə araşdırılması zamanı miras qoyan X18 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbəli vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları habelə onun həm ata həm ana tərəfindən babası və nənəsi ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölmüşsə qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 X1 birinci növbə vərəsələridir. İş materiallarından da göründüyü kimi onlar miras qoyandan qalmış mirası qəbul etməmişlər. Həmçinin qeyd olunan normalardan göründüyü kimi Ərizəçi isə X6 ikinci növbə vərəsəsidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi X6 birinci növbə vərəsələri mirası qəbul etmədiyindən onun ikinci növbə vərəsələri həmin miras əmlakı vərəsə qismində qəbul edə bilərlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal– faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi X1 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını qeyri-formal üsulla qəbul etmişdir. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı maraqlı şəxslər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 tərəfindən, həmçinin digər maraqlı şəxslər tərəfindən məhkəməyə göndərilmiş ərizə və teleqramlarda X6 miras əmlakda olan 1/6 hissədə payının Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazları olmadığını qeyd etmələrini də nəzərə alır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli, AZ-İİ seriyalı, 674281 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 04 mart 2008-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən ərizəçinin mərhum X9 ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payından ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 01 sentyabr 2000-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X22 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs8 və Maraqlı şəxs7 mərhum X9 birinci növbə vərəsələridir. İş materiallarından da göründüyü kimi onlar miras qoyandan qalmış mirası qəbul etməmişlər. Həmçinin qeyd olunan normalardan göründüyü kimi Ərizəçi isə X9 ikinci növbə vərəsəsidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi X6 birinci növbə vərəsələri mirası qəbul etmədiyindən onun ikinci növbə vərəsələri həmin miras əmlakı vərəsə qismində qəbul edə bilərlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ vardır. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X9 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı maraqlı şəxslər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs8 və Maraqlı şəxs7 tərəfindən məhkəməyə göndərilmiş teleqramlarda və Maraqlı şəxs6 məhkəmə iclasında verdiyi izahatında X9 miras əmlakda olan 1/6 hissədə payının Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazları olmadığını qeyd etmələrini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; -Ərizəçi X1 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını və mərhum X9 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını qəbul etməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi X1 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını və mərhum X9 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70.2 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar