Məhkəmə qərarları › İş №2(078)-1147/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1147/2024

18.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1147/2024 18.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan MR Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinə və Naxçıvan MR Səhiyyə Nazirliyinə qarşı işçinin razılığı olmadan vəzifəsini dəyişdirilməsi barədə müvafiq əmrin ləğv olunması, əvvəlki vəzifəsinə qaytarılması, ezamiyyət xərclərini və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsin 29 mart 2014-cü il tarixli, böyük tibb bacısı vəzifəsindən qanunsuz olaraq tibb bacısı vəzifəsinə keçirilməyi ilə bağlı müvafiq əmrinin ləğv olunması və baş tibb bacısı vəzifəsinə qaytarılmağı, onun tərəfindən ezamiyyət xərclərinə çəkilmiş 2217.98 (iki min iki yüz on yeddi manat doxsan səkkiz qəpik) pulun, böyük tibb bacısı vəzifəsindən qanunsuz olaraq tibb bacısı vəzifəsinə keçirilməyi ilə bağlı çəkdiyi mənəvi zərər olaraq 10000 (on min) manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 226.65 manat pulun cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Bağırova X3 MR Səhiyyə Nazirliyinin hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və məhkəmənin 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə Naxçıvan MR Səhiyyə Nazirliyi cavabdeh qismində prosesə cəlb edilmişdir. 18 noyabr 2024-cü il tarixdə saat 14:30-da keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin 455 nömrəli əmri ilə əvvəlki işinə bərpa olunduğunu, buna görə də iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə İddiaçı iş üzrə icraata xitam verilməsi haqqında ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İddia ərizəsinə əlavə edilən qəbzdən aydın olur ki, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7467 nömrəli qəbzlə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə 23838 nömrəli qəbzlə 126.65 (bir yüz iyirmi altı manat altmış beş qəpik) manat olmaqla ümumilikdə 226.65 (iki yüz iyirmi altı manat altmış beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci bəndinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: -əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinə əlavə edilən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7467 nömrəli qəbzlə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə 23838 nömrəli qəbzlə 126.65 (bir yüz iyirmi altı manat altmış beş qəpik) manat olmaqla ümumilikdə 226.65 (iki yüz iyirmi altı manat altmış beş qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinə və Naxçıvan MR Səhiyyə Nazirliyinə qarşı işçinin razılığı olmadan vəzifəsini dəyişdirilməsi barədə müvafiq əmrin ləğv olunması, əvvəlki vəzifəsinə qaytarılması, ezamiyyət xərclərini və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 7467 nömrəli qəbzlə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə 23838 nömrəli qəbzlə 126.65 (bir yüz iyirmi altı manat altmış beş qəpik) manat olmaqla ümumilikdə 226.65 (iki yüz iyirmi altı manat altmış beş qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar