Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1151/2022 13.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, ailəvi tanış olduğu Cavabdeh evini təmir etdirməsi üçün 25 iyul 2019-cu il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialından ona 13500 (on üç min beş yüz) manat pul götürüb verdiyini, bankın bu məbləği 4 il müddətinə bölərək ayda 467 (dörd yüz altmış yeddi) manat ödəyəcəyini bildirdiyini, cavabdehin ona pulu hər ay vaxtlı-vaxtında ödəyəcəyinə söz verdiyini, lakin Cavabdeh sözünə əməl etməyib banka olan borcunu gecikdirib vaxtlı vaxtında ödəmədiyini, hətta bir neçə ay davamlı ödəmədiyindən məcbur qalıb onun əvəzinə ödəməli olduğunu, həmin vaxtdan bu günə kimi cavabdehin ödəmədiyi ayları özünün ödədiyini, cavabdehin ona olan cəmi borcunun 5500 (beş min beş yüz) manat təşkil etdiyini, davamlı olaraq ona olan borcunu istəməyinə baxmayaraq bu günə qədər heç bir manat belə qaytarmadığını, bunu öz əl yazısı əsasında yazdığı ərizə ilə təsdiq etdiyini, cavabdehin borcunu ona qaytaracağını bildirsə də, onun bu sözünə də əməl etməyəcəyini bilərəkdən məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu, buna görə də, məhkəmədən bu barədə köməklik göstərməsini istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 5500 (beş min beş yüz) manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş borc barədə yazılı raportun surətinə əsasən, Cavabdeh ailəvi tanışı olan İddiaçı ona evini təmir etmək üçün bankdan pul götürüb verməsini xahiş etdiyini, 25 iyul 2019-cu il tarixdə İddiaçı "xxxx" ASC-nin Sumqayıt filialından ona 13500 (on üç min beş yüz) manat ayda 467 (dörd yüz altmış yeddi) manat olmaqla 4 il müddətinə pul götürüb verdiyini, ona həyat yoldaşı X2 və oğlu X4 ilə birlikdə hər ay vaxtlı-vaxtında bu pulu banka ödəyəcəklərinə dair söz verdiklərini, lakin bu vaxtadək ayrı-ayrı vaxtlarda pulu ödəyə bilmədikləri üçün onların yerinə İddiaçı ödədiyini, bu günə qədər (25 iyul 2022) İddiaçı 5500 (beş min beş yüz) manat borclarının olduğunu, davamlı olaraq istəməyinə baxmayaraq bu günə qədər ona heç nə qaytarılmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir АzərbаycаnRespublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin АzərbаycаnRespublikаsınınKоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, Cavabdeh ərizəsində, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını, iddiaçının izahatını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək, həmçinin Cavabdeh etirafını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5500 (beş min beş yüz) manat borc məbləği və 74 (yetmiş dörd) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5574 (beş min beş yüz yetmiş dörd) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat borc məbləği və 74 (yetmiş dörd) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5574 (beş min beş yüz yetmiş dörd) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1151/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1151/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver