Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1160/2023 20.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Kəngərli X8 MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1994-cü il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində işləməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuş və iddia tələbinə “08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qaz-quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməklə, 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərə düşən 15 il əmək stajının müəyyən edilməsi, işlədiyi həmin illərin güzəştli şərtlərlə pensiya hüququ verən sosial stajına daxil edilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə qarşı hüquqi əhəmiyyətli faktın-şəxsin işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işdə maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuşdur. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Quraşdırma idarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək "Kristal iş" firmasında qaynaqçı vəzifəsində işləməklə, 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərə düşən 15 il əmək stajının olduğunu, yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə müraciətinə cavab olaraq 16 may 2023-cü il tarixli, 109 nömrəli qərarı ilə “təqdim olunan sənədlərə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması ilə bağlı müraciətə baxıldığını, əmək kitabçasında qeyd olunan (2006-cı il tarixədək 12 il 04 ay 13 gün) stajların arxiv arayışları ilə qarşılıqlı yoxlanması zamanı təsdiq olunan staj 01 yanvar 2006-cı il tarixə 11 il 09 ay 03 gün təşkil etdiyini, 31 dekabr 2022-ci il tarixədək təsdiq olunan ümumi stajın 02 ay 02 gün, xüsusi stajın isə 11 il 09 ay 03 gün müəyyən olunduğunu, tələb olunan 06 ay xüsusi stajın təsdiq olmadığı və Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavəsini təqdim etmədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edildiyini, 10 fevral 2023-cü il tarixli arxiv arayışında 1994-cü il tarixdə Avtonəqliyyat müəssisəsi - Taksi motor parkında işlədiyi göstərilsə də, nə vaxta qədər həmin idarədə işləməyi ilə bağlı nə arxiv sənədlərində, nə əmək kitabçasında heç bır qeydiyyat aparılmadığını, 1994-cü ildən 1996-cı ilə qədər Taksi motor parkında qaynaqçı olaraq işlədiyini, iki il işləməyi barədə sənəd olmadığından güzəştli şərtlərlə pensiya hüququndan yararlana bilmədiyini, yuxarıda qeyd edilən iş yerlərinə əsasən 2006-cı ilin yanvar ayının 1-dək xüsusi əmək stajının olduğunu, göstərilənləri nəzərə alaraq, 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qazquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməklə, 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərə düşən 15 il əmək stajının müəyyən edilməsi, işlədiyi həmin illərin güzəştli şərtlərlə pensiya hüququ verən sosial stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında maraqlı şəxsin nümayəndəsi qismində izahat verən X4 ərizəni qəbul edərək, ərizəçinin pensiya təminatı ilə əlaqədar müraciət etdiyini, yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər idarəsinə müraciətinə cavab olaraq 16 may 2023cü il tarixli, 109 nömrəli qərarı ilə “təqdim olunan sənədlərə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması ilə bağlı müraciətə baxıldığını, əmək kitabçasında qeyd olunan (2006-cı il tarixədək 12 il 04 ay 13 gün) stajların arxiv arayışları ilə qarşılıqlı yoxlanması zamanı təsdiq olunan stajı 01 yanvar 2006-cı il tarixə 11 il 09 ay 03 gün təşkil etdiyini, 31 dekabr 2022-ci il tarixədək təsdiq olunan ümumi stajın 02 ay 02 gün, xüsusi stajın isə 11 il 09 ay 03 gün müəyyən olunduğunu, tələb olunan 06 ay xüsusi stajın təsdiq olmadığı və Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavəsini təqdim etmədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edildiyini göstərərək qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7, 1969-cu ildən X1ndə kadrlar üzrə mütəxəssis vəzifəsində işlədiyini, Ərizəçi təxminən 1986-cı ildən həmin müəssisədə qaynaqçı işlədiyini, Ərizəçi təxminən 1997-1998-ci illərə kimin işlədiyini, həmin müəssisənin təxminən 1998-ci ildək fəaliyyət göstərdiyini, sonradan Dövlət Əmlak Nazirliyinin sərəncamına əsasən X10 Səhmdar Cəmiyyətə keçdiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X11, Ərizəçi X1ndə qaynaqçı kimi tanıdığını, taksi fəaliyyəti göstərdiyindən tez-tez qaynaq işinə görə Kamalın yanına getdiyini, təxminən 1996-cı ilədək Kamalın işlədiyini, özünün taksi işini təhvil verdiyini, lakin Kamalın qalıb işlədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, Ərizəçi 06 yanvar 1984-cü il tarixdə Naxçıvan 7 nömrəli Qaz tikinti-quraşdırma idarəsində çilingər vəzifəsində işə qəbul olunmuş, 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək Naxçıvan 7 nömrəli Qaz tikinti-quraşdırma idarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində işləmiş, 09 oktyabr 1986-cı il tarixdə X1ndə qaynaqçı vəzifəsində işə qəbul olunmuş, 03 fevral 2004-cü il tarixdə X5 Bankının Naxçıvan MR Baş İdarəsinin valyutamübadilə məntəqəsinə xəzinədar vəzifəsinə işə qəbul olunmuş, 21 fevral 2005-ci il tarixdə X5 Bankının Naxçıvan MR Baş İdarəsinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş İdarəsi adlandırılmış, 29 iyun 2007-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmiş, 04 dekabr 2007-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş İdarəsinin 5 saylı valyuta-mübadilə şöbəsinin xəzinədarı vəzifəsinə təyin olunmuş, 08 avqust 2010-cu il tarixdə başqa işə keçməsi ilə əlaqədar həmin əmək müqaviləsinə xitam verilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 10 fevral 2023-cü il tarixli, 13/317 nömrəli arxiv arayışına əsasən, Ərizəçi X1 - Taksi motor parkında 1992-ci ilin yanvar-may aylarında, 1994-cü ilin yanvar-dekabr aylarında maaş almışdır. 1987-ci ildən 1994-cü ilə qədər olan sənədlərdə vəzifə adlarının yazılması haqqında heç bir məlumat yoxdur. Naxçıvan MR Dövlət Arxivinin 10 fevral 2023-cü il tarixli, 13/317 nömrəli arxiv arayışına əsasən, Ərizəçi 7 nömrəli Qaz tikinti-quraşdırma idarəsinə 11 yanvar 1984-cü il tarixli, 5 nömrəli əmrlə İİİ dərəcəli çilingər qəbul edilməsi, 13 fevral 1986-cı il tarixli, 17 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X1 – Taksi motor parkına 09 oktyabr 1986-cı il tarixli, 65 LS nömrəli əmrlə İV dərəcəli suvarşik qəbul edilməsi, 01 aprel 1993-cü il tarixli, 53 ko nömrəli əmrlə 01 aprel 1993-cü il tarixdən 29 aprel 1993-cü il tarixə qədər əmək məzuniyyətinə buraxılması və məzuniyyət müddəti bitdiyi üçün işdə hesab olunması əmr kitabında göstərilmişdir. Lakin işdən azad olunması haqqında hər hansı bir əmrə rast gəlinmədi. Naxçıvan MR Dövlət Arxivinin 10 fevral 2023-cü il tarixli, 13/317 nömrəli arxiv arayışına əsasən, Ərizəçi 01 sentyabr 1978-ci il tarixli, 26 nömrəli əmrlə çilingər peşəsinə qəbul edilməsi və 54 nömrəli qrupda oxuması, 28 iyul 1981-ci il tarixli, 29 nömrəli əmrlə məktəbi bitirməsi əmr kitablarında göstərilmişdir. Naxçıvan MR Dövlət Arxivinin 10 fevral 2023-cü il tarixli, 13/317 nömrəli arxiv arayışına əsasən, Ərizəçi 2 saylı Mənzil-İstismar İdarəsində 1986-cı ilin mart-aprel, iyunsentyabr aylarında maaş almışdır. 1986-cı ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Əmr kitabları 1991-ci ildən başlayır, 2015-ci ildə bitir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarına, şahidlərin ifadələrinə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ərizəçi 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməsi barədə sənədlər olmadığından, bu sənədləri başqa qaydada əldə etmək mümkün olmadığından və həmin sənədləri bərpa etmək mümkün olmadığına görə, həmçinin həmin fakt sosial sığorta stajının hesablanması baxımından hüquqi əhəmiyyət daşıdığından, Ərizəçi 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qaz-quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986-cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin nəzərə alınmalıdır ki, Ərizəçi 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməsi barədə sənədlərin Naxçıvan MR Dövlət Arxiv idarəsinə təhvil verilməməsində iş üzrə ərizəçinin hər hansı bir təqsiri yoxdur, iş üzrə ərizəçinin müvafiq arxiv sənədlərini əldə edə bilməməsi ona münasibətdə obyektiv səbəblərlə əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11 və 308-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir və məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 08 aprel 1985-ci il tarixdən 10 fevral 1986-cı il tarixədək 7 nömrəli Qazquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 01 mart 1986-cı il tarixdən 01 oktyabr 1986cı il tarixədək 2 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində, 09 oktyabr 1986-cı il tarixdən 01 sentyabr 1996-cı il tarixədək X1ndə qaynaqçı vəzifəsində, 08 avqust 1998-ci il tarixdən 18 aprel 2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməsi faktı müəyyən (təsdiq) edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1160/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1160/2023
20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver