Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1168/2024 30.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı2, İddiaçı1 Təvəkkül qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı2, İddiaçı1 Təvəkkül qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə vərəsələr- İddiaçı2, İddiaçı1 Təvəkkül qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 çatan paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçılar cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara çatan paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasını xahiş etmişlər, halbuki mülki məhkəmə olaraq notariat ofisinin üzərinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə ddia tələbinə baxılması iddianın forma və məzmununu nəzərdə tutan mülki prosessual qanunvericiliyin normalarına uyğun deyildir, məhkəmə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək səlahiyyətinə malik orqan deyildir. İddiaçılar Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin hərəkət və ya hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət edə bilərdilər. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi qaytarıldığına görə, "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə İddiaçı2 tərəfindən 25 iyul 2024-cü il tarixli, 5517 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı1 Təvəkkül qızı tərəfindən 25 iyul 2024-cü il tarixli, 4623 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı3 tərəfindən 25 iyul 2024-cü il tarixli, 31425 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı4 tərəfindən 25 iyul 2024-cü il tarixli, 3893 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı5 tərəfindən 25 iyul 2024-cü il tarixli, 31467 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçılar İddiaçı2, İddiaçı1 Təvəkkül qızına, İddiaçı3, İddiaçı4 və İddiaçı5 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı2, İddiaçı1 Təvəkkül qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə İddiaçı2 tərəfindən 25 iyul 2024-cü il tarixli, 5517 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı1 Təvəkkül qızı tərəfindən 25 iyul 2024-cü il tarixli, 4623 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı3 tərəfindən 25 iyul 2024-cü il tarixli, 31425 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı4 tərəfindən 25 iyul 2024-cü il tarixli, 3893 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı5 tərəfindən 25 iyul 2024-cü il tarixli, 31467 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçılar İddiaçı2, İddiaçı1 Təvəkkül qızına, İddiaçı3, İddiaçı4 və İddiaçı5 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1168/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1168/2024
30.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver