Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1179/2021 01.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı1 qızının, onun vəkili X3 və iddiaçı ƏlX10 iştirakları ilə, İddiaçılar İddiaçı1 qızının və ƏlX10 cavabdeh X13 qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 qızı və ƏlX24 qızı cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara mərhum X4 adına olan Naxçıvan şəhəri H.Əliyev prospekti ev 22 4 nömrəli mənzildən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 qızı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 2002-ci ildə X15 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Həmin nikahdan 27 dekabr 2002-ci ildə Südabə adlı qızları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2006-cı ilə tarixli qətnaməsi ilə nikahları pozulmuş, qızı Südabə onun yanında saxlanılmışdır. X15 2020-ci ilin iyul ayında qəsdən öldürülmüşdür. 14 ildir ki, qızı ilə birlikdə anası evində yaşayır. Anasının evində yaşamğa imkan yoxdur. Naxçıvan şəhəri H.Əliyev prosepkti ev 22-də yerləşən 4 nömrəli mənzil qayınatası Ələsgərov Səfərin adına verilmiş, lakin özəlləşdirilməmişdir. X1 evi kirayə vermiş və uzun illərdir ki, orada köçüb yaşmalarına imkan verməmişdir. Qeyd etdiklərini nəzərə alaraq ona mərhum X4 adına olan Naxçıvan şəhəri H.Əliyev prospekti ev 22 4 nömrəli mənzildən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 qızının vəkili X8 iddianı müdafiə edərək izahatında hazırki tələbə keçmiş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı ƏlX24 qızı izahatında bildirmişdir ki, atası Azər 2020-ci il tarixdə öldürülmüşdür. O tələbədir və Universitetdə təhsil alır. Anası ilə birlikdə nənəsinin evində yaşayır. İstəyir ki, atasına nə pay çatırsa həmin paydan özünə düşən haqqı alsın. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X16 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə iddiaçıların, iddiaçının vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. İş materiallarında olan Naxçıvan şəhər ZDS İcraiyyə Komitəsinin 27 iyun 1971-ci il tarixli 160 nömrəli qərarından aydın olur ki, Naxçıvan şəhəri Nizami küçəsi 4 nömrəli binanın 4 nömrəli mənzilində yaşayan X9 şəxsi yaşayış evi tikdirib ora köçdüyünə görə həmin mənzilin 5 nəfər ailə tərkibi ilə uzun müddət orada yaşayan oğlu X5 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 04 fevral 2021-ci il tarixli 04/68 nömrəli məktubundan aydın olur ki, Naxçıvan şəhəri Heydər Əliyev prospekti bina 22-də yerləşən mənzillər 90cı illərdə özəlləşdirilmiş, özəlləşdirilən mənzillərə dair arxiv sənədlərində Naxçıvan şəhər XDS İK-nın qərarına rast gəlinməmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli nikah akt qeydindən çıxarışdan aydın olur ki, X15 və İddiaçı1 qızı 01.12.2003-cü il tarixdə nikah bağlamış və bu barədə 316 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, ƏlX24 qızı 27 dekabr 2002-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, atası X15, anası X6r. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X15 ilə X2 nikahı 20 aprel 2006-cı il tarixdə ləğv edilmiş, bu barədə 15 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan 20.08.2021-ci il tarixli AZ İ 749747 nömrəli ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X15 04 iyul 2020-ci il tarixdə kəskin qanitirmə səbəbində Naxçıvan şəhərində ölmüşdür. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar Sahəsinin 12 avqust 2021-ci il tarixli 1455 nömrəli arayışından aydın olur ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olan şəxslərin sırasında İddiaçı1 qızının və X10 adları göstərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçılar İddiaçı1 qızı və ƏlX10 təqdim etdiyi sənədlərdə mübahisəli mənzilin Naxçıvan şəhər ZDS İcraiyyət Komitəsinin 1971-ci il tarixli qərarı ilə X5 adına verilməsi barədə müvafiq sənəd olsa da, hansı sübutlara istinadən iddia tələbinə cavab verməli olan şəxsin X16 göstərilməsi barədə tələbini əsaslandıra bilməmiş, bunun əsasında dayanan sübutlarını (X11 vəfat etdiyi halda ölüm şəhadətnaməsinin surətini, vərəsəlik arayışını, X12 mübahisəli mənzildə yaşayış və istifadə hüquqlarına meneə yaradan hallarının təsdiqi üçün mötəbər sübutlarını) təqdim etməmişdir. Başqa sözlə iddiaçılar tələblərinə cavab verməli olan şəxsin Cavabdeh olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçılar mübahisəli mənzildən istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmiş, iddianın dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Məhkəmə bununla bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçıların yaşayış və istifadə hüquqlarının verilməsi tələbi ilə əlaqədar onun həmin mənzildən istifadə hüququnun yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində isə göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçı X7 məhkəmədə iclasında verdiyi izahatdan görünür ki, o 2003-cü ildə ailə qurmuş, 2006-cı ildə nikah pozulmuş və övladı ilə birlikdə evdən çıxmışdır. 2006-cı ildən sonra müvafiq yaşayış və istifadə hüququ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 qızının və ƏlX10 mübahisəli mənzildən istifadə hüququ icarədarın ailə üzvünün ailə üzvü olaraq yaranmışdır. Lakin sonradan iddiaçı öz övladı ilə birlikdə həmin mənzili daimi əsaslarla tərk etmiş və uzun müddətdir həmin mənzildə yaşamır. İddiaçının övladı ilə birlikdə mənzili tərk etməsi əsası isə icarədarın ailə üzvü ilə nikah münasibətlərinə xitam verilməsi olmuşdur. Onun və övladının hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcudluğu müəyyən olunmamışdır. Beləliklə yuxarıda qeyd olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Nəticə: Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 qızının və ƏlX10 cavabdeh X13 qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1179/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1179/2021
01.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver