Məhkəmə qərarları › İş №2(078)-1179/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1179/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1179/2022 15.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdeh Borclu qarşı mənzildən əmlakın götürülməsi, kirayə yaşayanın çıxarılması, daşınmaz əmlakın alıcıya təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən əmlakın götürülməsi, kirayə yaşayanın çıxarılması, mənzilin ona təhvil verilməsi və hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 15 noyabr 2022-ci il tarixdə ərizə göndərərək ərizəsində iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdeh Borclu qarşı mənzildən əmlakın götürülməsi, kirayə yaşayanın çıxarılması, daşınmaz əmlakın alıcıya təhvil verilməsi və pul tələbinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini, hazırda iddia ərizəsini geri götürdüyünü qeyd edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 02 noyabr 2022-ci il tarixli, 2720 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Borclu qarşı mənzildən əmlakın götürülməsi, kirayə yaşayanın çıxarılması, daşınmaz əmlakın alıcıya təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 02 noyabr 2022-ci il tarixli, 2720 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar