Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1181/2024 10.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi1, ərizəçilərin vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs11 və Maraqlı şəxs12 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın faktiki qəbulu faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək babaları X4 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın faktiki olaraq ataları X20 tərəfindən, onun vəfatından sonra isə onların-Ərizəçi1 və Ərizəçi2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs8, Maraqlı şəxs10, Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs9, Maraqlı şəxs12, Maraqlı şəxs11 və Maraqlı şəxs13 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, babası X7 17 may 1994-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mülkiyyətində olan ünvan 2 ünvanında olan evdə X6 ailəsi ilə birlikdə yaşamışdır. X6 17 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin evdə onlar, yəni övladları Ərizəçi1 və Ərizəçi2 yaşayırlar. Onlardan başqa atasının vəfatından sonra həmin evdə yaşayan olmayıb. Onların həmin evdə yaşamalarını qonşular da təsdir edə bilər. X3 digər vərəsələri də mirasın onların tərəfindən qəbul edilməsi faktını təsdiq edirlər və miras əmlakla bağlı heç bir tələbləri yoxdur. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi2 ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ərizədə geniş izahat verib. Babasının və atasının sağlığında və onun ölümündən sonra o və qardaşı Coşqun miras əmlakda yaşayıb, onu faktiki olaraq qəbul və idarə edib. Digər vərəsələrin öz evi var. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət ediblər. Ərizəçi2 sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı mütəxəssisin iştirakı ilə dindirilən Ərizəçi1 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ərizəçilərin vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, miras əmlakla bağlı heç bir mübahisələri yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs10 izahatında bildirmişdir ki, miras əmlakla bağlı heç bir tələb və şikayəti yoxdur. Miras əmlak onun baba evidir. Babası və əmisi Asif vəfat edəndən sonra həmin evdə ərizəçilər qalır. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs7 izahatında bildirmişdir ki, miras əmlakla bağlı heç bir tələb və şikayəti yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs12 izahatında bildirmişdir ki, miras əmlakla bağlı heç bir tələb və şikayəti yoxdur. O da qardaşı Kamal da etiraz etmir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs11 izahatında bildirmişdir ki, miras əmlakla bağlı heç bir tələb və şikayəti yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs8, Maraqlı şəxs5, Maraqlı şəxs9 və Maraqlı şəxs13 rəsmi qaydada məlumat verilmişdir. Maraqlı şəxslərdən Maraqlı şəxs3 və Maraqlı şəxs5 xx.xx.2024-cü il tarixdə teleqram, Maraqlı şəxs1 isə məhkəməyə ərizə göndərərək miras əmlakla bağlı heç bir tələb və şikayətlərinin olmadığını bildirmişlər. Məhkəmə işə digər maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs8, Maraqlı şəxs5, Maraqlı şəxs9 və Maraqlı şəxs13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, ərizəçilərlə qonşudur. Yusifəli təxminən 30 ildir vəfat edib. Asif sinif yoldaşı olub. Asif 15 il olar ki, vəfat edib. Yusifəli kişi vəfat edəndən sonra o evdə Asif yaşayıb. Asifin 2 həyat yoldaşı olub. Hər birindən 2 olmaqla 4 övladı var. Birinci yoldaşından Kamal, Könül, ikinci yoldaşından Coşqun və Elnur doğulub. Birinci həyat yoldaşı üçüncü övladını dünyaya gətirəndə vəfat edib. Sonra ərizəçilərin anası ilə evlənib. Uşaqların hamısına Asif baxıb. Əvvəl Könül, sonra Kamal evlənib ayrılıb. Könül və Kamal ailə quranda Asif sağ idi. Asif vəfat etməmişdən qabaq oğlu Kamala ev tikib. Qızı da ailə qurub evdən ayrılmışdı. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində göstərmişdir ki, ərizəçilərlə qonşudur. 1995-də həmin məhəlləyə köçüb. Asifi tanıyıb. Yaxşı insan idi. Asif vəfat edəndə o Bakıda olub. Miras əmlakda Asif yaşayıb. Asifin ərizəçilərdən başqa da övladları var. Miras əmlakda ərizəçilər və onların ailəsi yaşayır. Digər bacı qardaşın özünə məxsus evi var. Məhkəmə baxışı iclasında şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçilərlə 48 ildir qonşudur. Yusifəli kişi vəfat edəndə həyat yoldaşı sağ idi. Asif xəstə idi. Həmin evdə Asif və ailəsi yaşayırdı. Asifin iki həyat yoldaşından 4 övladı var. Asifin sağlığında birinci yoldaşından olan uşaqlar evlənib evdən ayrılıblar. 2-3 il olar ki, Elnur kirayədə yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin və maraqlı şəxslərin izahatını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 262726 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 xx.xx.1979-cu il tarixdə avtomobil qəzası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 36-cı səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ seriyalı 040387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.1999-cu il tarixdə infarkt diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 14-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 434106 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx.xx.1994-cü il tarixdə ürəyin işemiya xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 134-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 166342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 xx.xx.2007-ci il tarixdə ağciyər xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 330-cu səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 165132 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 xx.xx.2008-ci il tarixdə qaraciyər serrozu diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 222-ci səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 333070 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X20 xx.xx.2009-cu il tarixdə xərçəng intiksikasiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 384-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Behbud ağa Şahtaxtınski küçəsində mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.25 kv.m-dən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə X3 adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01/4299 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış mərhum X3 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X13 - həyat yoldaşı-vəfat edib;
2. X16-oğlu-vəfat edib;
3. X21-oğlu-vəfat edib;
4. X20-oğlu-vəfat edib;
5. X17-oğlu-vəfat edib;
6. X16-oğlu-1954;
7. X14-qızı-1947;
8. X8-qızı-1957;
9. Maraqlı şəxs6li oğlu-oğlu-vəfat edib. Maraqlı şəxs6 (əvəzinə Maraqlı şəxs8), Maraqlı şəxs7, Maraqlı şəxs8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən aydın olur ki, xx.xx.1994-cü il tarixində vəfat etmiş X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatası payı qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatası paydan imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən ərizəçilərin vəkili Maraqlı şəxs11 xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 166 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçilərə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan aydın olur ki, Ərizəçi1 və Səfərov X22 şəhəri, Şahtaxtınski, ev 17 ünvanında qeydiyyatdadırlar. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Məhkəmə hesab edir ki, mərhum X20 mərhum X3 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Məhkəmə hesab edir ki, mərhum X20 mərhum X3 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Belə ki, iş üzrə ərizəçilərin, onların vəkillərinin, maraqlı şəxslərin izahatından və şahidlərin ifadələrindən aydın olur ki, X3 vəfatından sonra X20 həmin evdə yaşamış, 2009-cu ildə həmin evdə vəfat etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla, miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki tələb üzrə vərəsə mərhum X20 atasının vəfatından sonra atasından miras qalan əmlakda yaşamış, mirasa sahiblik etməklə faktiki idarə etmişdir. Mülki qanunvericiliyin normalarına əsasən miras açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab edilir. Ona görə də mərhum X10 vəfatından sonra ondan miras qalan əmlakın vərəsələri ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi maraqlı şəxslərin izahatları, şahidlərin ifadələri və iş materialları ilə sübut olunur. Belə ki, mərhum X10 vəfatından sonra onun ailə üzvləri-ərizəçilərin sözügedən əmlakda yaşaması, yaşadıqları müddətdə əmlakda müəyyən təmir-tikinti işləri aparmaları öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, mərhum X9 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakı vərəsələri ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçilərin vəkilinin izahatından da məlum olmuşdur ki, ərizəçilər qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçilərin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 miras qalan Naxçıvan şəhəri Behbud ağa Şahtaxtınski küçəsində mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.25 kv.m-dən ibarət 15 nömrəli fərdi yaşayış evinin mərhum X1 qəbul etməsi faktı müəyyən edilməli, mərhum X9 miras qalan Naxçıvan şəhəri Behbud ağa Şahtaxtınski küçəsində mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.25 kv.m-dən ibarət 15 nömrəli fərdi yaşayış evinin X10 vərəsələri Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə vəfat etmiş X2 miras qalan Naxçıvan şəhəri Behbud ağa Şahtaxtınski küçəsində mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.25 kv.m-dən ibarət 15 nömrəli fərdi yaşayış evinin mərhum X1 qəbul etməsi faktı müəyyən edilməli, mərhum X9 miras qalan Naxçıvan şəhəri Behbud ağa Şahtaxtınski küçəsində mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214.25 kv.m-dən ibarət 15 nömrəli fərdi yaşayış evinin X10 vərəsələri Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva