Məhkəmə qərarları › İş №2(078)-119/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-119/2022

27.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-119/2022 27.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr, yaşayış sahəsi 83 kv.metr, yardımçı sahəsi 156.0 kv.metr olan fərdi yaşayış evinin ümumilikdə 120000 (bir yüz iyirmi min) manat qiymətləndirilməklə açıq hərracdan satılması və ona düşən 105000 (bir yüz beş min) manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkil və nümayəndəsi Vəkil iddiaçının tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində yerləşən 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr, yaşayış sahəsi 83 kv.metr, yardımçı sahəsi 156.0 kv.metr olan 4 otaqlı 16 nömrəli fərdi yaşayış evi 7/8 hissədə onun, 1/8 hissədə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətindədir. O adına 25 noyabr 2020-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********04-10301 reyestr nömrəli çıxarış almışdır. Paylı mülkiyyətdən onun 7/8 hissədə payının naturada ayrılması tələbinə dair iddia ərizəsinə 21 iyun 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq iddianın rədd olunması barədə 2(078)-191/2021 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində yerləşən 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr, yaşayış sahəsi 83 kv.metr yardımçı sahəsi 156.0 kv.metr olan 4 otaqlı 16 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət olduğundan onun 7/8 hissədə payının dəyərini təşkil edən 105000 (bir yüz beş min) manatın digər mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə xahişinə Naxçıvan Şəhər Məhkəməsində 05 oktyabr 2021-ci il tarixdə baxılaraq iddianın rədd olunması barədə 2(078)-997/2021 nömrəli qətnamə qəbul edilmişdir. O da qanunun tələbində nəzərdə tutulan qaydaları ardıcıllıqla tətbiq etmişdir. O da istəyir ki, paylı mülkiyyət hüququ əsasında dörd nəfərin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 120000 (bir yüz iyirmi min) manat qiymətləndirilməklə açıq hərracda satılsın və satış pulu mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülsün. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarına gəlməmiş gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 nümayəndəsi olduğu Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 13 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizədə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edib tələbi dəqiqləşdirərək İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evinin ümumilikdə 120000 (bir yüz iyirmi min) manat qiymətləndirilməklə açıq hərracdan satılması və ona düşən 105000 (bir yüz beş min) manat pulun alınıb verilməsi həddində baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evinin ümumilikdə 120000 (bir yüz iyirmi min) manat qiymətləndirilməklə açıq hərracdan satılması və ona düşən 105000 (bir yüz beş min) manat pulun alınıb verilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında ünvan 1 ünvanında yerləşən 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin 7/8 hissədə iddiaçının, 1/8 hissədə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olduğunu, iddiaçının adına 25 noyabr 2020-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********04-10301 reyestr nömrəli çıxarış verildiyini, paylı mülkiyyətdən iddiaçının 7/8 hissədə payının naturada ayrılması tələbinə dair iddia ərizəsinə 21 iyun 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq iddianın rədd olunması barədə qətnamə qəbul edildiyini, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində yerləşən 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət olduğundan onun 7/8 hissədə payının dəyərini təşkil edən 105000 (bir yüz beş min) manatın digər mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya verilməsi barədə iddia qaldırdığını, iddia tələbinə Naxçıvan Şəhər Məhkəməsində 05 oktyabr 2021-ci il tarixdə baxılaraq iddianın rədd olunması barədə qətnamə qəbul edildiyini, hazırda iddiaçının məhkəmədə yenidən iddia qaldıraraq İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evinin ümumilikdə 120000 (bir yüz iyirmi min) manat qiymətləndirilməklə açıq hərracdan satılması və iddiaçıya düşən 105000 (bir yüz beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini istədiyini bildirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 izahatında iddiaçının onun mərhum həyat yoldaşının qardaşı olduğunu, həyat yoldaşı vəfat etdikdən sonra onun ailəsinin ona qarşı münasibətinin dəyişdiyini, mübahisəli mənzilin alınmasından iddiaçının və onun digər bacı, qardaşlarının xəbəri olmadığını, həmin evdə özünün, həyat yoldaşının, uşaqlarının, həyat yoldaşının ata və anasının yaşadıqlarını, həyat yoldaşının ata və anasına arvadı ilə özünün baxdıqlarını, onlar vəfat etdikdən sonra da uşaqları ilə birlikdə həmin evdə yaşadıqlarını, iddiaçının onlara qarşı haqsızlıq etdiyini, onların haqqını mənimsədiyini, onların həmin evdən haqqının əvəzinin 30000 (otuz min) manat olduğunu, lakin iddiaçının həmin məbləği onlara vermədiyini, hazırda oğlu, gəlini və nəvələri ilə birlikdə özünün mübahisəli evdə yaşadıqlarını, haqları verilmədiyi halda o evdən çıxmayacaqlarını, mübahisəli mənzilin satılmasına nə özünün, nə də digər iki cavabdehin razı olmadıqlarını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. ünvan 1 ünvanında yerləşən 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin 7/8 hissədə iddiaçının, 1/8 hissədə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olması, paylı mülkiyyətdən iddiaçının 7/8 hissədə payının naturada ayrılması tələbinə dair iddiasının rədd olunması və iddiaçının 7/8 hissədə payının dəyərini digər mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya verilməsi barədə iddia tələbinin də rədd edilməsi barədə qətnamə qəbul edilməsi mülki işin mübahisəsiz hallarıdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 2 ünvanında 0.0469 ha torpaq sahəsində yerləşən 239.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 7/8 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/01 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(078)-191/2021 nömrəli qətnaməsindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiasının rədd edilməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(078)-997/2021 nömrəli qətnaməsindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinin qət edilməsi; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(078)-997/2021 nömrəli qətnaməsi və Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(078)-191/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərinin nəzərinə çatdırmaqdır. Mülki iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslıdır. Məhkəmənin bu qənaətə gəlməsində istinad etdiyi əsas sübut isə mülki iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş Naxçıvan Şəhər Məhkəməsinin qətnamələridir. İddianın təmin olunması ilə bağlı məhkəmənin istinad etdiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində yerləşən 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evi 7/8 hissədə iddiaçının, 1/8 hissədə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin Qərara əsasən qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Mülki iş materiallarından da aydın olur ki, həmin qərarda qeyd olunan tələblər yerinə yetirilmişdir. Bu hallar Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(078)- 997/2021 nömrəli qətnaməsi və Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(078)-191/2021 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını ümumiləşdirərək məhkəmə yekunda bu nəticəyə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunan bütün tələblər yerinə yetirildiyindən iş üzrə iddiaçının iddiası əmlakın açıq hərracdan satılmasına dair hissədə təmin edilməlidir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin yaşayış evinin ümumilikdə 120000 (yüz iyirmi min) manat qiymətləndirməklə açıq hərracdan satılması və iddiaçıya düşən 105000 (yüz beş min) manat pulun alınıb verilməsinə dair hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi qanunvericilikdə məhkəmə tərəfindən ancaq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətinin müəyyən edilməsinin məcburiliyi qeyd olunmuşdur. Qalan digər hallarda məhkəmə tərəfindən açıq hərracda satılacaq əmlakın ilkin satış qiymətinin müəyyən edilməli olması ilə bağlı hər hansı bir qanunvericilik norması yoxdur. Belə hallarda açıq hərracda satılacaq əmlakın dəyəri icra məmuru tərəfindən qiymətləndirici vasitəsilə müəyyən edilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iddiaçının iddia tələbinin yaşayış evinin ümumilikdə 120000 (yüz iyirmi min) manat qiymətləndirməklə açıq hərracdan satılması və iddiaçıya düşən 105000 (yüz beş min) manat pulun alınıb verilməsinə dair hissəsinin maddi və hüquqi əsası yoxdur, ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -ünvan 1 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməli; -iddia qalan hissədə rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin olunsun. ünvan 1 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünsün. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar