Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1192/2021 17.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan Naxçıvan şəhəri H.Əliyev bina 10, 41 nömrəli mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, o iddia qaldıraraq oğlu Cavabdeh1 5000 manat kompensasiya ödənilməklə özünə məxsus olan ünvan 1 ünvanında yaşayış və istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbində qeyd etdiyi məbləğ ağlabatan hesab edilməyərək iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və işə apellyasiya qaydasında baxılarkən 10000 manat kompensasiya ödənilməsinə razılıq vermiş və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək onun iddiası təmin edilmiş 10000 manat kompensasiya ödənilməklə oğlu X3 yaşayış və istifadə hüququna xitam verilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icra edilmişdir. İcra mərhələsində oğlu evdən çıxıb getmiş, lakin arvadı və iki uşağı hələ də evdədir. Onun verdiyi 10000 manat pul icranın depozit hesabındadır. Oğlu arvadına etibarnamə versə də evdən çıxmasınlar deyə həmin pulu götürmür. Onlar yaşlı adamdır. Evi satıb həyət evi almaq istəyir. Lakin cavabdeh və ailəsi evdən çıxmaq istəmirlər. O da məcbur qalıb bu barədə məhkəmədə iddia qaldırmışdır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, əri Cavabdeh1 hazırda işləmək üçün Rusiya Federasiyasına getmişdir. O və iki azyaşlı uşağı qayınatasına məxsus evdə yaşayırlar. İddiaçının oğluna verdiyi kompensasiya məbləği çox azdır. Həmin pulla evdən çıxıb özlərinə heç bir yaşayış yeri seçə bilməzlər. İki körpə uşaqla qış günü hara gedə bilər?. Bunu icra məmuruna da bildirmişdir. Verilən kompensasiyanı yoldaşı götürməmiş və 20000 (iyirmi min) manat kompensasiya tələbi olduğunu bildirmişdir. Əlavə olaraq iddiaçının qeyd etdiyi qətnamədən kassasiya şikayəti vermişdir və hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmaqdadır. Bunu Cavabdeh1 pul təqdim edilərkən də icra məmuru bilmişdir. Onlar təqdm edilmiş pulu da götürməmişlər. Hələ də icranın depozit hesabında dayanır. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 25 may 2021-ci il tarixli, 2(108)-97/2021 nömrəli qətnaməsinin surətindən məlum olmuşdur ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh1 qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(078)-128/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021ci il tarixli 2(078)-128/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı tərəfindən Cavabdeh1 10000 (on min) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri H.Əliyev prospekti 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkib hissəsinə Cavabdeh1 yaşayış və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 yaşayış və istifadə hüququna kompensasiya ödənildiyi gündən xitam verilməsi müəyyən edilmişdir. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan aydın olur ki, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-97/2021-004 nömrəli 03 avqust 2021-ci il tarixli icra sənədi 02 sentyabr 2021-ci il tarixdə icraata daxil olaraq iş üzrə icraata başlanmışdır. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli aktdan aydın olur ki, icra sənədində göstərilən məbləğ tələbkar İddiaçı alınaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsinin 28 sentyabr 2021-ci il tarixli 1751 nömrəli arayışından aydın olur ki, Nağıyev X5 şəhəri H.Əliyev 10, ev 41 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə üzvləri vardır: Cavabdeh2-həyat yoldaşı; X6-qızı; X7-qızı. İşin faktiki halları yuxarıda tədqiq edilən xüsusatlara əsasən müəyyən edilmiş hallardan ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmənin müəyyən etməli olduğu mühüm hal Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında olan mənzildə istifadə hüquqlarının olub-olmamasını müəyyən edilməsidir. Məhkəmə ilk olaraq iddia tələbinin Cavabdeh1 mənzildən məcburi qaydada çıxarılmasını müzakirə edir və tələbin həmin hissədə əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 25 may 2021- ci il tarixli 2(108)-97/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, sözügedən qətnamə ilə İddiaçı tərəfindən Cavabdeh1 10000 (on min) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri H.Əliyev prospekti 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkib hissəsinə Cavabdeh1 yaşayış və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 yaşayış və istifadə hüququna kompensasiya ödənildiyi gündən xitam verilməsi müəyyən edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmış, sözügedən qətnamədən daha sonra kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra mərhələsində İddiaçı tərəfindən 10000 (on min) manat pul 21 sentyabr 2021-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd edilənlərlə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, qanuni qüvvədə olan qətnamə ilə Cavabdeh1 yaşayış və istifadə hüququna kompensasiya ödənildiyi gündən xitam verilməsi müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilən kompensasiya artıq İddiaçı tərəfindən ödənildiyindən Cavabdeh1 mövcud kompensasiya məbləğini götürmədiyi və ya götürməkdən imtina etdiyi halda belə artıq onun mübahisəli mənzildən yaşayış və istifadə hüququna xitam verilmişdir. Çünki mülki qanunvericilik yaşayış və istifadə hüququna xitamı həmin kompensasiyanın cavabdeh tərəfindən qəbul edilib və ya imtina edilməsi ilə deyil kompensasiyanın ödənilməsi ilə şərtləndirmişdir ki, hazırki vəziyyətdə iddiaçı müəyyən edilən kompensasiya məbləğini ödəmişdir. Bu halda isə hazırki iddia ilə iddiaçının tələbi uğurlu hesab edilməli və cavabdeh Nağıyev X5 şəhəri H.Əliyev 10, ev 41 ünvanından məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 mənzildən məcburi qaydada çıxarılmasına dair hissəsini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib həmin hissədə də iddia tələbinin təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla müəyyən edilir ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 4-cü mərtəbəsində 55 kv.metr ümumi, 28.13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 22 aprel 2009-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh1 və X4 06 sentyabr 2018-ci il tarixdə nikah bağlamış və bu barədə 352 nömrəli akt qeydi icra edilmişdir. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 22 aprel 2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə cavabdehlər Cavabdeh1 Mehdi oğlunun və Cavabdeh2 rəsmi nikah qeydiyyatından 06 sentyabr 2018-ci il tarixdə keçərək iddiaçının mülkiyyətində olan evə gəlin gəldiyi tarixi nəzərə alıb hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçının gəlininə münasibətdə tələbinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30- cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Dogər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iş üzrə Cavabdeh2 qızı iş üzrə iddiaçının ailə üzvü deyil və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdən biri olmasını sübut edə bilməmişdir. Belə olan təqdirdə iş üzrə İddiaçı xüsusi mülkiyyətindəki fərdi yaşayış evindən iş üzrə Cavabdeh2 məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahlarından 10 iyun 2019-cu il təvəllüdlü X6 və 19 oktyabr 2020-ci il təvəllüdlü X7 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin məzmumuna görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı tərəfindən 28 sentyabr 2021-ci il tarixdə “Kapital Bank”ın Naxçıvan filialına 10936 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən 28 sentyabr 2021-ci il tarixdə “Kapital Bank”ın Naxçıvan filialına 10936 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1192/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1192/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver