Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-120/2025 24.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 özünün mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları, zəbt olunmuş evinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin ******* nömrəli çıxarışına əsasən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən mənzil 23 noyabr 2016-cı il tarixdən etibarən ********** qeydiyyat nömrəsi ilə onun mülkiyyətindədir. Qardaşı Cavabdeh1 ailə üzvəri ilə birlikdə onun evində yaşayır. O, öz payına düşən hissəni (0.0553 ha) daşınmaz əmlakın 13 avqust 2015-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında satmışdır. Məhz onun payına düşən hissə satıldığı üçün onun evindən çıxmalıdırlar. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən yaşayış evinin özünə vərəsəlik qaydasında verildiyini, qardaşına da eyni qaydada keçdiyini, qardaşının öz payını ona bağışladığını, həmin həyətdə başqa ev də olduğunu, cavabdehin 9 il həbsdə qaldığını, yanına getdiyini, qızını özünün evləndirdiyini, belə bir bacı olduğunu, ancaq cavabdehin onu 5 ildir süründürdüyünü, aralarında barışıq sazişi olduğunu, cavabdeh 10000 manat pul ödəsəydi evi onun adına qeydiyyata aldıracağını, ancaq onun ödəmədiyini, indi də özünün razı olmadığını, evindən çıxarılmasını istədiyini, cavabdehin Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən yaşayış evində yaşamadığını, həmin evdə başqa şəxslərin yaşadığını, həmin həyətdə olan digər evdə yaşadığını, həmin evi qeydiyyata aldırmadığını, texniki pasportda yardımçı tikili kimi göstərildiyini, cavabdehin əlavə tikdiklərini qanunsuz olaraq tikdiyini, həmin evin özünün torpaq sahəsində yerləşdiyini, cavabdehin yaşamaq üçün başqa evi olduğunu, qayınatasının 4 otaqlı evi olduğunu, gedib orda yaşamasını, özünün kirayədə yaşadığını, artıq kirayədə yaşamaq istəmədiyini, gəlib evində yaşayacağını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında müqavilə imzaladığını, özünün payından sadəcə torpaqdan 103 m2 satdığını, sonradan müqavilədə öz payını iddiaçıya bağışladığının da qeyd edildiyini gördüyünü, bu haqda məlumatı olmadığı üçün mübahisələndirmədiyini, özünün başqa heç nəyi olmadığını, yaşamağa yeri olmadığını, mülkiyyətində heç bir daşınmaz əmlak olmadığını, hal-hazırda yaşadığı evin əvvəl 1 otaqdan ibarət olduğunu, sonradan özünün düzəltdiyini, xərc çəkdiyini, məhkəmə tərəfindən evə çəkdiyi xərclər olan 25000 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsinin qət edildiyini, iddiaçının həmin pulu ödəmədiyini, ödəsə çıxacağını, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən yaşayış evində yaşamadığını, həmin həyətdə olan digər evdə yaşadığını, ancaq yaşayacağını, evdən çıxarmaq istəyirsə də kompensasiya ödəməsini istədiyini, o şərtlə evdən çıxacağını, arvadı Cavabdeh2 Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən yaşayış evinə 1989-cu ildə gəlin köçdüyünü, 1994-1995-ci ilə qədər həmin evdə yaşadıqlarını, sonra həmin vaxt həyətdəki digər tikilidə yaşamağa başladıqlarını, oranı düzəltdiyini, hal-hazırda da həmin evdə yaşadığını, başqa yaşamağa yerinin olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olması, Cavabdeh1 həmin evdə yaşaması, Cavabdeh2 isə 1989-cu ildə Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək həmin evdə yaşaması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında 0.545 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 72.80 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5264 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarına əlavə olunmuş Azərbaycan SSR Komunnal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun təsdiq edilmiş surətindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması; -iş materiallarına əlavə olunmuş 13 avqust 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən 0.0553 ha torpaq sahəsindən İddiaçı çatan 5/7 hissə paydan 103 m2 sahəsini satması, Cavabdeh1 özünə çatan 2/7 hissə payını İddiaçı bağışlaması və həmin 103 m2 torpaq sahəsini 3000 manata X1, alqı-satqı müqaviləsinin 4Ə-474 reyestr nömrəsi ilə rəsmiləşdirilməsi; -iş materiallarına əlavə olunmuş xx.xx.1951-ci il tarixli, ИE seriyalı, 118763 nömrəli evlənmə haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X9 ilə X10 arasında 01 noyabr 1951-ci il tarixdə nikah bağlanması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 21 avqust 1996-cı il tarixli, İV-ЖГ seriyalı, 457621 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X5 05 avqust 1996-cı il tarixdə beyninə qansızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 30 iyul 2004-cü il tarixli, AZ-İ seriyalı, 072962 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 09 iyul 2004-cü il tarixdə beyin insultu səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan MR Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 12 may 2006-cı il tarixli, 166 nömrəli arayışın surətindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında 521.9 m2 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 57.8 m2 yaşayış, 73.2 m2 qeyri-yaşayış, 64.3 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətində olması; -iş materiallarına əlavə olunmuş 25 sentyabr 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən 05 avqust 1996-cı il tarixdə vəfat etmiş X5 əmlakına vərəsəsinin Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yaşayan qızı İddiaçı olması, şəhadətnamə verilən miras əmlakın Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən, 4 otaqlı, 57.8 m2 yaşayış, 73.2 m2 qeyriyaşayış sahəsindən ibarət şəxsi yaşayış evinin 5/7 (yeddidə beş) hissəsindən ibarət olması; -iş materiallarına əlavə olunmuş 07 iyul 2015-ci il tarixli notarial təsdiqli ərizənin təsdiq edilmiş surətindən Cavabdeh1 İddiaçı adına olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 120 m2 sahəsinin satılmasına heç bir etirazının olmaması; -iş materiallarına əlavə olunmuş 07 iyul 2015-ci il tarixli notarial təsdiqli ərizənin təsdiq edilmiş surətindən X6 İddiaçı adına olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 120 m2 sahəsinin satılmasına heç bir etirazının olmaması; -iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında 0.0553 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 72.80 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 5/7 hissədə İddiaçı, 2/7 hissədə isə Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 03 avqust 2015-ci il tarixli, 2027 nömrəli arayışın təsdiq edilmiş surətindən Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən 1 mərtəbəli, 4 otaqlı, 57.8 m2 yaşayış, 73.2 m2 ümumi, 15 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin 2/7 hissəsinin Cavabdeh1, 5/7 hissəsinin İddiaçı adına qeydiyyata alınması aydın olur. X2 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işlə əlaqədar Naxçıvan şəhəri, 6-cı küçə, ev 75 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Azərbaycan SSR KTN-nin 1962-ci il tarixli 3649 inventar nömrəli texniki pasportunda göstərilən B (saray) tikilisinin tikintialtı sahəsi 21,00 m2, ümumi sahəsi isə 15,96 m2 olmaqla xx.xx.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin köməkçi tikilisi kimi qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda əmlaka naturada baxış keçirilən zaman həmin tikiliyə əlavələr edildiyi tikintialtı sahəsinin 96,50 m2, ümumi sahəsinin isə 71,15 m2 olduğu haliyyədə fərdi yaşayış evi kimi istifadə olunur. Eyni zamanda həmin fərdi yaşayış evinə bitişik tikintialtı sahəsi 22,85 m2 olan naves salınmışdır. Həmin tikilinin texniki pasportda göstərilən tikilidən əlavə hissəsinin iddiaçı Cavabdeh1 tərəfindən tikildiyi iddia olunur. İddia olunan tikilinin ümumi sahəsi 71.15 m2, yaşayış sahəsi 23.55 m2, köməkçi sahəsi 47.60 m2-dır. Yuxarıda qeyd olunan B (saray) tikilisinə əlavə olunmuş digər tikililərin inventarlaşdırılması və qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq əsasverici sənədlər təqdim edilməlidir. Belə ki, Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sitarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədləri təqdim etməlidir. Hazırda iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 (yeni ünvan: ünvan 1 Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, 13 avqust 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən daşınmaz əmlakdan Cavabdeh1 özünə çatan 2/7 hissə payını İddiaçı bağışlamış və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında 0.545 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 72.80 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5264 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yəni tərəflər arasında mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvü olmadığından onların iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli fərdi yaşayış evinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evində olması iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Həmçinin məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 izahatında hal-hazırda yaşadığı Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəl 1 otaqdan ibarət olduğunu, sonradan özünün düzəltdiyini, xərc çəkdiyini bildirsə də həmin xərclərin mülkiyyətçi olan İddiaçı tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 364/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş 12.81 kv.metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası, təmiri üçün ümumilikdə xərclənmiş vəsait 2024cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 25033,68 (iyirmi beş min otuz üç manat altmış səkkiz qəpik) manat pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddiaçı Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 15 yanvar 2024-cü il tarixdə 27715 nömrəli qəbzlə ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131.43 (bir yüz otuz bir manat qırx üç qəpik) manatının cavabdeh İddiaçı alınaraq iddiaçıya qaytarılması, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 30 (otuz) manatın cavabdeh İddiaçı tutularaq büdcə təsnifat kodu 142330, X13 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-364/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 (yeni ünvan: ünvan 1 Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı; -iddia təmin edildiyindən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 75 (yeni ünvan: ünvan 1 Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. İddia təmin edildiyindən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-120/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-120/2025
24.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver